Koroğlunun Çənlibelə qayıdışıtamaşası göstərilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 15 İyunMilli Qurtuluş Günü münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının (NDMDT) “Koroğlunun Çənlibelə qayıdışıtamaşası nümayiş olunub.

Tamaşadan əvvəl çıxış edən şair Adil Babayev Vətənini dar gündən xilas edən ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi eyniadlı poemanı böyük məhəbbətlə qələmə aldığını diqqətə çatdırıb. Ulu öndərin xalqın təkidli tələbi istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin anarxiyadan xilas olunduğunu diqqətə çatdırıb.

Xalq artisti Kamran Quliyev, şair Ramiq Muxtar başqaları tamaşanı ulu öndərə həsr olunmuş layiqli əsər kimi dəyərləndiriblər. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Naxçıvan MR-in Əməkdar İncəsənət Xadimi Şəmsəddin Qasımovdur.

Tamaşada baş rolu xalq artisti Rza Xudiyev, rolları əməkdar artistlər Xəlil Hüseynov, Elmira Kərimova başqaları canlandırıblar.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet,- 2011.- 17 iyun.- S.7.