Nəriman HəsənzadəninSeçilmiş əsərlərinin təqdimatı olub

 

80 YAŞI TAMAM OLAN XALQ ŞAİRİ HAQQINDA HAZIRLANAN “NƏRİMAN HƏSƏNZADƏ” ELEKTRON MƏLUMAT BAZASI DA TƏQDİM EDİLİB

 

Ötən gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar şairin yeni çapdan çıxmışSeçilmiş əsərləri”nin Milli Kitabxana tərəfindən hazırlananNəriman Həsənzadəadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, müasir Azərbaycan poeziyasında şair Nəriman Həsənzadənin xüsusi yeri olduğunu qeyd edib, onun xalq tərəfindən dərindən sevildiyini, geniş tanındığını bildirib.

 Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev Nəriman Həsənzadənin yaradıcılığından, poeziyasının xüsusiyyətlərindən danışıb: “Nəriman müəllim müasir Azərbaycan poeziyasında özünəməxsus yeri olan bir şairdir. Onun şeirlərində hər zaman səmimiyyət, təbiilik əks olunur. Nəriman müəllimin əsərlərində mənim diqqətimi hər zaman bir cəhət cəlb edib. Onun əsərlərində qadına münasibət xüsusi bir incəliklə qələmə alınıb. Bu da, sözsüz ki, yaradıcı insanın daxilində olan ülvi hisslərdən xəbər verir”. Şairin həyat yaradıcılığı barədə daha geniş şəkildə AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov danışıb. Alim yubilyar şairin ədəbi fəaliyyətindən, poeziya aləmindən, ziyalı mövqeyindən ictimai sahədəki fəaliyyətindən ətraflı söz açaraq, fikrini bu cümlə ilə ümumiləşdirib: “Nəriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası haqqında danışmaq deməkdir”.

 Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Nəriman Həsənzadənin öz gözəl, nəcib şeirləri ilə insan qəlbinə rahatlıqla yol tapa bildiyini, şeirlərində həyatın hər üzünə toxunduğunu qeyd edib. Akademik Budaq Budaqov, şairlər Ənvər Əhməd, Vaqif Bəhmənli, tənqidçi Rüstəm Kamal başqaları Nəriman Həsənzadə yaradıcılığından rəğbətlə bəhs edib, onun bir şair şəxsiyyət kimi daşıdığı məziyyətlərdən danışıblar. Sonra Milli Kitabxana əməkdaşlarının hazırladığı elektron məlumat bazası tədbir iştirakçıları üçün nümayiş etdirilib. Təqdim olunan elektron məlumat bazasında xalq şairinin həyat yaradıcılığı haqqında məlumat, onun öz əsərləri haqqında yazılanlar, görkəmli insanların yubilyar haqqında söylədikləri fikirlər, şeirlərinə bəstələnmiş musiqilər, fotoşəkillərdən ibarət qalereya öz əksini tapıb. Tədbirdə xalq artistləri Laləzar Mustafayeva İlham Əsgərovun ifasında Nəriman Həsənzadənin şeirləri səslənib dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

 Sonda söz yubilyara verilib. Xalq şairi ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə hər kəsə minnətdarlığını bildirib, elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxananın kollektivinə təşəkkürünü çatdırıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.7.