Bakıda məşhur rus-sovet müğənnisi Klavdiya Şuljenko yad edilib

 

Rusiya İnformasiya Mədəniyyət Mərkəzində məşhur müğənni, SSRİ xalq artisti Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirin aparıcısı, Azərbaycanın xalq artisti Aleksandra Nikuşina tanınmış ifaçı Şuljenkonun həyat yaradıcılığı barədə məlumat verib. O bildirib ki, 1906-cı ildə Xarkovda anadan olan K.Şuljenko aktyor olmaq istəyib bu məqsədlə 17 yaşında Xarkov teatrına işə düzəlib. Xalq klassik musiqi əsərlərinin ifası onu konsert səhnələrinə gətirib, Şuljenko ömrünün sonuna kimi ifaçılıq sənəti ilə məşğul olub.

Tədbirdə K.Şuljenkonun müxtəlif dövrlərdə ifa etdiyi musiqilər səsləndirilib son konsertlərdən birinin videosu nümayiş etdirilib. Azərbaycan Musiqili Komediya Teatrının solisti Yuliya Sidorskaya Musiqi Akademiyasının müəllimi Natalya Turovskayanın ifasında K.Şuljenkonun ifa etdiyi musiqilər səsləndiriblər.

 

 

525-ci qəzet.- 2011.- 31 mart.- S.7.