Belarus balet ustaları Bakı səhnəsində

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında P.ÇaykovskininQu gölübaletinin tamaşası keçirilib. APA-nın məlumatına görə, tamaşada əsas rollarda Belarus Akademik Böyük Teatrının solistləri, Belarusun xalq artisti Olqa Qayko Belarusun əməkdar artisti Oleq Yeromkin çıxış ediblər. Anşlaqla baş tutan tamaşanın əsas partiyalarının ifası tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb. Tamaşadan sonra təəssüratlarını bölüşən Olqa Qayko bildirib ki, Belarus teatrının bir sıra aparıcı solistləri dəfələrlə Bakıda olub: “Onlar hər zaman bu teatr haqqında yüksək fikirlər söyləyirdilər. Bu gün mən tərəf-müqabilim buna bir daha əmin olduq. Sizin çox gözəl balet truppanız, orkestr dirijorunuz var. Bu tamaşada çıxış etməkdən çox böyük zövq aldıq. Tamaşaçı alqışları bizə daha çox ilham verir ruhlandırır. Teatrın direktoru Akif Məlikova dəvətə qastrol səfərimizin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk. Sizin gözəl şəhəriniz teatrınız haqqında ən xoş təəssüratlarla bir daha bu şəhərə qayıtmaq, bu səhnəyə çıxmaq arzusu ilə Bakını tərk edirik”.

 

 

525-ci qəzet.- 2011.- 3 may.- S.7.