Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” oldu

 

Milli teatr sənəti sahəsindəki uğurlarına görə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülüb. Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Ölkənin tanınmış siyasətçilərinin, millət vəkillərinin, eləcə də incəsənət xadimlərinin layiq görüldüyü bu mükafatı Afaq xanım böyük sevinclə qarşılayaraq, mayın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gerçəkləşən rəsmi təqdimat mərasimi zamanı: “Layiq görüldüyüm hər bir mükafat mənə əzizdir, odur ki, bütün mükafatları almağa söz verirəm” – deyə bildirib.

 

HÜSNİYYƏ

525-ci qəzet. - 2011.- 4 may.- S. 7.