“Tofiq Rüstəmov 75” adlı kitab çapdan çıxıb
Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə bağlı yeni kitab işıq üzü görüb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi tərəfindən nəşr edilən “Tofiq Rüstəmov 75” adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəkildə öz əksini tapıb.
Ön söz müəllifi BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə olan kitabda T. Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin tərbiyəçisi və hamisi kimi keyfiyyətləri sadalanıb. Nəşrdə, həmçinin görkəmli alimin elmi araşdırmaları və publisistik məqalələri, müsahibələri, tərcümələri, redaktə etdiyi elmi əsərləri, televiziya və radio üçün hazırladığı materialları əhatə olunub.
Qeyd edək ki, T.Rüstəmov
1936-cı ildə Qubada anadan
olub. 1953-1958-ci
illərdə Azərbaycan
Dövlət Universitetinin
jurnalistika şöbəsində
təhsil alıb. Ali təhsilini başa vurandan sonra "Uçitelskaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri işləyib. Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində keçib.
Burada o, tərcüməçilikdən informasiya verilişləri
baş redaksiyasının
baş redaktoru vəzifəsinədək yüksəlib.
Şəxsi təşəbbüsü və axtarışları
sayəsində "Ulduz"
radio proqramı ərsəyə
gəlib. 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının
"Qızıl qələm"
mükafatına layiq görülüb. Müxtəlif
illərdə Azərbaycan
Jurnalistlər İttifaqı
İdarə Heyətinin
katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin
müdiri, Azərbaycan
SSR Ali Sovetinin deputatı
və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə
"Kommunist" ("Xalq
qəzeti") qəzetinin
baş redaktoru vəzifəsində çalışıb.
525-ci qəzet.- 2011.- 14 may.- S. 7.