Dünyanın gizli tarixinin mükəmməl
tədqiqat təşəbbüsü
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda
qeydlər)
Həvvanı
şirnikləndirən ilan olmuşdursa, bu ilan nədir ki,
dünyanı arzu ilə qürrələndirdi, cuşə gətirdi. Çox sayda adam
güman edir ki, xristianlıq yalnız bir Şeytanın –
başqa sözlə İblis və ya Lutsifer eyni mahiyyətə
malikdir, – mövcudluğuna razılıq verir. İblis
– Qaranlığın Sahibi materializmin nümayəndəsidir,
yunan və Roma mifologiyasında Saturn planeti ilə eyniləşdirilir.
Lutsifer- ilan şirnikləndirməkə, bəşəriyyəti
heyvan arzusu ilə coşdururdu. Bibliyada
İblis və Lütsifer eyni varlıqlar deyillər,
“İsayya” kitabında yazılır ki, “Ey Lutsifer,
sübhün oğlu, sən göydən necə
düşdün”. Dan ulduzu isə, əlbəttə
ki, Venera idi. Ona görə də Bibliya
Lutsiferi Venera planeti kimi təqdim edir. Lutsiferin
və Veneranın (qədim yunan mifologiyasında Afrodita) hər
ikisi heyvani arzu ilə bağlı idi.
Biz çox vaxt istədiyimiz
kimi olana inanırıq. İnsan təbiəti
eyni ilə digər qüvvə kimi
formalaşmışdır, bəşər övladı
düşünür ki, mən özümün heyvani istəklərimə
müqavimət göstərməliyəm. Əlbəttə ki, bu, mənim adi heyvana
çevrilməyimi dayandırır, qabiliyyətlərim
sırasından fikir və düşüncə
bacarığımı üzə çıxarır. Venera ənənəvi olaraq əlində
güzgü tutan qaydada təsvir olunur, bu heç də indiki
dövrdə güman edildiyi kimi əbəs yerə deyildir.
Güzgü arzunu müəyyən etmək
üçün əks etmə gücünün simvolu idi.
Əks etmə allahı Göydə
böyük ifadə allahı olmaqla, Ay idi. Bütün qədim mədəniyyətlərdə
Ay təkcə məhsuldarlığı deyil, həm də
fikiri nizamlayırdı. Faktiki olaraq
özünü həsr etmiş keşişlər
inanırdılar ki, lazımi şərait yaradılması
qaydasında insan fikiri mümkün olacaqdır, Kosmos
özünü xüsusi qaydada düzəltməli
olacaqdır. İnsanın əks etməsinin,
düşüncəsinin mümkün olması
üçün Günəş və Ay göydə özlərini
qaydaya salmalıdırlar ki, Ay Günəşin
işığını əks etdirməklə
aşağı, Yerə göndərsin. Onlar
həmçinin inanırdılar ki, Göydə bu qaydaya
salınma insan başının içərisindəki
kiçik tərəzidə də təkrar qaydada baş verməlidir.
Ay allahı qədim yəhudilərdə Yehovaya (rus dilində
Yaxveyə), müsəlmanlar üçün isə Allaha, ən
böyük allaha çevrildi. Biz gördük
ki, dünyanın yaranması dramasındakı
üçüncü böyük səhnədə Ay
allahı böyük qələbə çaldı. Beləliklə, Ay erası başlandı.
Kosmosun ilk üç epoxası – mineral, bitki və heyvan
eraları – Saturn günü, Günəş günü və
Ay günü, həftənin ilk üç gününün
(şənbə, bazar, bazar ertəsinin) adlarında
xatırlanır, bunu biz ingilis dilindəki gün adlarında
da müşahidə edirik. Həftənin bu
günlərində həmin göy cisimlərinin
üçü də təkcə özlərinə məxsus
səbəbə görə xüsusi qaydada olduqlarından,
sonralar bu günlər belə adlanmışlar. Bibliyada “Allahın oğlanları” ifadəsi mələkləri
təqdim etmək üçün işlənir, onlar göylərdən
aşağı düşən qasidlər idi. Mələklər aşağı enməklə
maddi dünyada da iştirak edirdilər. “İnoks
kitabı”nda qadınları sevən mələklər barədə
söhbət gedir, qeyd edilir ki, adamların uşaqları
çoxaldıqda, onların içərisində gözəl,
göz oxşayan qızlar da meydana gəldi. Göyün uşaqları olan mələklər
onları gördükdə ehtirasa gəldilər və bir-birlərinə
dedilər ki, “Gəlin – qoy adamların uşaqları
arasından özümüzə arvadlar seçək və
onlar bizə uşaq doğsunlar”. Onların
hamısı özlərinə arvad götürdü və
onlar bu qızları lətafətə və valeh olmağa
öyrətdilər və hamilə etdilər. Yer üzərində onlardan olan övladlara bənzəyən
uşaqlar əmələ gəldi. Baxmayaraq
ki, onlar ruhi varlıq olmaqla əbədi həyat
yaşayırdlar, lakin özlərini qadınların qanı
ilə pozdular, bədən qanı, həmçinin öləcək
və məhv olacaq varlıqların qanını
daşıyan uşaqları həyata gətirdilər. Onlar “göydən düşən mələklər”
idi. Bütün ənənələrə
görə Günəş sisteminin böyük
allahlarının sayı yeddidir. Biz yenidən
görürük ki, Bibliya hekayətlərində də, yunan
və Roma mifologiyalarında olduğu kimi eyni astronomik
allahların əhvalatları
kodlaşdırılmışdır. İnsan
qadınlarını yoldan çıxaran mələklər
isə Olimp allahlarından başqa bir şey deyildi. Qədim yunan mifologiyasına görə körpə
Yupiter (bu Roma mifologiyasına görə yunanlardakı Zevsin
adıdır) atası Saturndan (Kronosdan) gizlədildi. Ana
Yer Yupiteri Krit adasında, yeraltı mağarada saxladı.
O bilirdi ki, Yupiterin
doğulması ilə Saturnun ağalığının sonu
gələcəkdir. Saturn həm də öz
oğlanları və qızları olan titanlara
arxalanırdı. Onlar yeni həyatı udmaq və
“Ölüm kainatı”nı yaratmaq istəyirdilər.
Titanlar daim Yupiterin düşmənləri
olmalı idilər. Onlar dustaq edildikdə,
Yupiter Olimp dağının qeyd-şərtsiz
hökmdarına çevrildi. O, allahların
çarı və yeni eranın allahı idi. O, gözəl
saçlarını tərpətməklə bütöv yeri
silkələyirdi. O, yeganə elə güclü allah idi ki, yerə ildırım göndərə
bilirdi. Olimp allahları Yupiter, Apollon, Mars,
Merkuri, Diana, Afina və digərləri Saturnun qoyduğu məhdudiyyətlərə
qarşı qiyam qaldırdılar. Olimplilər
möcüzəli işlər gördülər və dəhşətli
monstrları məğlub etdilər. Yupiter
vurulduğu qadını ayıya çevirdiyi kimi, digər
İo adlı qızı inəyə çevirmişdi.
O, canavara çevirdiyi Likaonu kannibalizminə görə cəzalandırmışdı.
Appolon şəhvət bəslədiyi gənci
çiçəyə metamorfoza etdi, yaxınlıq etdiyi
Dafnanı dəfnə koluna çevirdi. Digər
bir Saturndan sonra Günəş, Venera, Ay və Yupiter yer
üzərindəki həyatın inkişafını
mümkün edən əsaslı şəraitləri yaratmaq
işində birləşdilər. Qədim
insanlar üçün təbiət qüvvələri
qış ərzində yatırdı və baharda – yeni təsirini
həyata keçirməklə yenidən oyanırdı.
Onlar allah kimi təkamül impulsuna
inanırdılar. Əgər yer üstündəki
primitiv həyat – bu həyat labüd olaraq bəşər həyatına
inkişaf edəcəkdi, – balığa bənzər primitiv
formanı aldı. Misirdə bu
möcüzəli hadisə heyvan həyatının
doğulması, Horun anadan olması kimi məlum idi və onun
ilkin formaları Yupiter kimi yarıadam, yarıbalıq idi.
Yunanlar və misirlilər, yunanlar və yəhudilər
kimi müxtəlif mədəniyyət paltarlarında olan eyni
allaha sitayiş edirdilər. Fənər
başlı adamlar sonralar tək buynuz at kimi
ideallaşdırıldı. Təkbuynuzlu
barədəki kollektiv yaddaş əlbəttə ki, ov edilən
varlıq barədə idi. İnsanlar Ana
Yerin dizləri üstündə özlərinə
sığınacaq tapmalı idilər, lakin dünya təhlükəli
məkana çevrildi. Protoinsanlar
bütünlüklə yer varlıqlarına çevrilən
kimi, həm də insanların əlaqə saxlaması
üçün yeni vasitələrin yaradılması zərurəti
yarandı. Bu Merkurinin təsirinin nəticəsi
idi ki, döş qəfəsi inkişaf etdi. Merkuri həmçinin əyilən və yararlı
olan bədən üzvlərini qaydaya qoydu, bu insanların
birinin digərinə tərəf hərəkət etməsi və
birlikdə işləməsi üçün daha
yaxşı idi. Əlbəttə, o, qasid
idi və allahları yazılı qaydada təsvir edirdi. O,
həmçinin aldatmanın və oğurluğun allahı
idi.
Qədim
insanlar reallığı, bəşəriyyətin və
dünyanın təkamülünün tarixini bürclərin
ardıcıllığında görürdülər, bu,
kollektiv qaydada xatırlanır və başa
düşülürdü. Onlar üçün
dünyanın tarixi ulduzlarda yazılmışdı. XIX əsrdə hinduizmin müqəddəs mətnləri
ilk dəfə Avropa dillərinə tərcümə edildikdə,
bir çox ezoterik biliklərə əgər əvvəllər
ehtiyatla nəzarət olunurdusa, bu vaxt onlar ictimai şüura
axmağa başladı. Bu ideyalara aludəçilik
Kabalaya və digər Qərb ənənələrinə
marağın təzələnməsinə aparıb
çıxardı və spiritualizm maniyasının
alovlanmasına kömək etdi. Həmin
dövrün böyük intellektuallarından çoxu spiritual
fenomenin araşdırılımasında elmi metodologiyanın
tətbiq edilməsinə səy göstərməyə
maraqlı oldular. Alimlərin daxil olduğu
çox sayda aparıcı intellektuallar inanırdılar ki,
ezoterik fəlsəfədə nəsə vardır və elmlə
fövqəltəbii hökmən bir yerdə olacaqdır.
Növlərin təkamülünün gizli
tarixi də hətta elmin nəzərdə tutduğu proqress
deyildi. Gizli doktrinaya müvafiq olaraq
heyvanlar inkişaf edib, bu gün müşahidə etdiyimiz
formalara keçirlər, onlar ulduzların və planetlərin,
məsələn, Şir bürcü tərəfindən
şirlərin və ya Taurus bürcü tərəfindən
öküzlərin təsirinə məruz qalmış
olurlar. Kosmik plan belə idi ki, dünyanın bioloji
formalarının hamısı tədricən bütün bəşəriyyətlə
birləşəcəkdir, bunun da niyyəti bütün
yaranmanın tacı olmaqdır. Gizli ənənəyə
görə eyni allahlar, eyni yaşayan varlıqlar sonralar klassik
yunan mifologiyasında daha inkişaf etmiş formada
xatırlanırlar. Qədim mətnlərdə
bu era həmçinin nəhənglərə böyük təsir
göstərən kimi təsvir edilir. Böyük
Aleksandr dövründən adamlar, uzunboylu adamların
ölçülərinə şübhə etmək səviyyəsinə
yüksəldilər və onlar ikiqat artıq yaşa malik
olmaqla ömür sürdülər. Gizli ənənədə
Əfqanıstanda bu yaxınlarda taliblərin
partlatdıqları nəhəng Bamyan heykəlləri
heç də Buddanın nəhəng abidəsi deyildi,
müxtəlif hündürlükdəki nəhənglərin
üç həyat ölçülü heykəlləri
idi. İlanlar, hörümçəklər,
böcəklər və parazit varlıqlar Ayın Qaranlıq
tərəfinin qəzəbli təsiri altında
formalaşmışdı. Sonra ötəri
eybəcərlər – bir ayaqlı adamlar, yarasa-adamlar, həşərat
– adamlar və quyruqlu adamlar gəlirdi.
Qədim Misir tarixçisi
Maneto (b.e.III əsrində) Mühafizələrin törəmələrinin
ənənələri barədə məlumat verərkən
bildirir ki, onlar iki qanadlı bəşər məxluqunu, həmçinin
dörd qanadlı və iki sifətli digərlərini, bir bədəni
və iki başı olan insan məxluqlarını, keçi
budları və başında buynuzları olan ilan
varlıqlarını həyata gətirirdilər. Burada həmçinin
adam başı olan öküzlər və
dörd başlı itlər var idi, axırıncıların
quyruğu onların kürəyindən balıq quyruğu
kimi uzanırdı və əjdahaya bənzər varlıqlar
kimi, bütün növlərdən olan digər monstrlar da var
idi. Fantastik ədəbiyyat onları həmin
dövrün kollektiv xatirəsi kimi təqdim edir. O
vaxtlar insanlar yer üzərində nəhənglərlə, əjdahalarla,
su pəriləri ilə, kentavrlarla, təkbuynuzlularla, favnlarla,
satirlərlə birlikdə yaşayırdılar. Qozbellərin, nimfaların və driadların və
digər aşağı ruhi varlıqların orduları
allahlara və insanlara xidmət edirdilər, onlarla birlikdə
vuruşur və bəzən onları sevməyə
başlayırdılar. Gizli tarixdə
insanlardan əvvəlki inkarnasiya edən axırıncı məxluqlar
insanabənzər meymunlar idi. Buna baxmayaraq,
gizli tarixdə insanların meymundan əmələ gəlməsinin
deyilməsi düzgün hesab edilmir. İnsanabənzər
meymunların bəşəriyyətin degenerasiyasını –
nəslinin pozulmasını təmsil etdiyi daha çox
güman edilir.
(Ardı var.)
Telman ORUCOV
525-ci qəzet.- 2011.- 21 may.- S.22.