“Ulu öndər Heydər Əliyev xalqın xatirəsində” mövzulu
tədbir keçirilib
M.S.Ordubadinin
ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr edilmiş
“Ulu öndər Heydər Əliyev xalqın xatirəsində”
mövzusunda tədbir gerçəkləşib. Ziyalıların,
müəllimlərin, şagirdlərin, ictimaiyyət nümayəndələrinin
iştirak etdikləri tədbirdə ev-muzeyinin direktoru Lalə
Abaszadə ümummilli liderin həyat və fəaliyyəti
haqqında ətraflı məlumat verib. Muzeyin
elmi işçi İradə Vəliyeva “Heydər Əliyev və
muzeylər”, Laçın Mehdiyeva isə “Heydər Əliyev və
gənclər” mövzusunda məruzələrlə
çıxış edib.
Bülbülün ev-muzeyinin direktoru
Ədilə Məmmədova
çıxışında ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü
siyasətin xalqın xoş gələcəyi,
rifahına müsbət
təsirini dilə gətirib, bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə paytaxtın
Məmməd Rahim adına 7 nömrəli
məktəbinin şagirdləri
ümummilli liderə həsr olunmuş şeirlərdən ibarət
ədəbi-bədii kompozisiya
təqdim ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.-
12 may.- S.7.