İsa Həbibbəyli
Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib. İnstitutun prezidenti cənab Evans tərəfindən imzalanan
diplomda yazılır:
“Akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun rəhbərliyi tərəfindən
çoxcəhətli fəaliyyəti
araşdırılaraq cəmiyyətə
mühüm elmi və mədəni uğurlar təqdim etdiyinə, elm sahəsində
böyük nailiyyətlər
qazandığına görə
görkəmli alim kim institutun
akademiki seçilmişdir”.
Qeyd edək ki, Azərbaycan
Respublikasının Milli
Məclisinin deputatı,
tanınmış ictimaiyyətçi,
görkəmli elm xadimi,
çoxsaylı elmi əsərlərin və məqalələrin müəllifi
İsa Həbibbəyli
səmərəli və
məhsuldar elmi fəaliyyətinə görə
dünya elmi ictimaiyyətində yetərincə
tanınır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü kimi fəaliyyət göstərən
İsa Həbibbəyli
nüfuzlu beynəlxalq
elmi təşkilat və qurumlarda da milli təhsilimizi
layiqincə təmsil etməkdədir. Tanınmış
alim 1999-cu ildə Türkiyənin Atatürk
Araşdırma Mərkəzi
üzrə Atatürk
Kültür, Dil və Tarix Qurumunun
müxbir üzvü,
2001-ci ildə Nyu-York Elmlər Akademiyasının,
2008-ci ildə isə Birləşmiş Millətlər
Təşkilatı Yanında
Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının həqiqi
üzvü seçilib.
Akademik İsa Həbibbəyli elmi nailiyyətlərinə görə
2001-ci ildə ABŞ-ın
Bioqrafiya İnstitutu tərəfindən “İlin
adamı” adına layiq görülüb, müxtəlif vaxtlarda BMT-nin nəzdində fəaliyyət göstərən
Beynəlxalq İnformasiyalaşdırma
Akademiyası tərəfindən
“İnformasiya aləminin
elitası”, “XIX-XX əsrlər
Azərbaycan ədəbiyyatının
(Mirzə Cəlilin) və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatları
və “Elmi istiqamətin rəhbəri”
medalı ilə təltif olunub. İsa Həbibbəylinin rektorluq fəaliyyəti, rəhbərlik və təşkilatçılıq bacarığı nəticəsində
Naxçıvan Dövlət
Universiteti son on beş
ildə Azərbaycanda
elmin, təhsilin tərəqqisinə göstərilən
yüksək dövlət
qayğısından bəhrələnərək
hərtərəfli inkişaf
edib, müasirtipli bir universitet kimi formalaşmış, ölkənin qabaqcıl ali məktəblərindən
birinə çevrilib.
Təsadüfi deyil ki, dünya
elm, təhsil sisteminə
uğurla inteqrasiya edən bu ali
məktəb elmin, təhsilin və yeni texnologiyaların tətbiqinin inkişafındakı
mühüm nailiyyətlərinə
görə 2009-cu ildə
Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının
“Minilliyin universiteti” adlı beynəlxalq mükafatına layiq görülüb, Asiya Universitetləri Assosiasiyasının
və Avropa Rektorlar Klubunun üzvü seçilib.
Biz də görkəmli
alim və ictimai xadim, maarifpərvər ziyalı,
gözəl insan, bacarıqlı təşkilatçı
İsa Həbibbəylini
növbəti böyük
uğuru – Amerika Bioqrafiya İnstitutunun akademiki seçilməsi münasibətilə ürəkdən
təbrik edir, ona daha böyük
nailiyyətlər arzu
edirik.
Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri
525-ci qəzet.-
2011.- 13 may.- S.3.