“San Yarlığımükafatı yeni laureatlara təqdim olunub

 

Ötən gün Atatürk Mərkəzində Türk Törə Ocağının “San Yarlığımükafatının təqdimetmə mərasimi keçirilib. Bu il “San Yarlığımükafatı müstəqilliyimizin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş ziyalılarımıza təqdim edilib. Tədbiri Mükafat komissiyasının sədri, yazıçı Elçin Hüseynbəyli açaraq təqdim edilən ödülün əhəmiyyətindən danışıb. Sonra Türk Törə Ocağının başqanı Elxan Zal “San Yarlığımükafatını laureatlara təqdim edib. Fəlsəfi-estetik əsərlərinə görə yazıçı Mahirə Abdulla mükafata layiq görülüb. Mahirə Abdulla “San Yarlığı”mükafatına layiq görüldüyü üçün təşəkkürünü bildirib bu mükafatı almasını yazar qadınlara verilən diqqət dəyər kimi qiymətləndirib. Son illərdə yazdığı tarixi romanlar silsiləsinə görə Yunus Oğuz, “Atropatena dastanıtrilogiyasına görə yazıçı Vahid Məmmədli, türk xalqları ədəbiyyatlarının yaxınlaşmasında göstərdiyi xidmətlərinə görə şair Əkbər Qoşalı, Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərə görə xeyriyyəçi Rafiq Hüseyn oğlu, rəsm sənətində qazandığı nailiyyətlərə görə rəssam Nəvai Məmmədoğlu “San yarlığımükafatı ilə təltif olunublar.

Qeyd edək ki, “San Yarlığımükafatı 2000-ci ildə Türk Törə Ocağı tərəfindən təsis edilib Türklüyə xidmətlərə görəverilir. “San Yarlığı” laureatları sırasında Süleyman Dəmirəl, Rauf Denktaş, Mustafa Kırımoğlu, Yaqub Dəliöməroğlu, Nizami Cəfərov, Firudin Cəlilov, Qənirə Paşayeva və başqa tanınmış insanlar ziyalılar var. 2008- ci ildən laureatlar Türk Törə Ocağının və Beynəlxalq Mahmud Kaşqari Fondunun birgə yaratdığı mükafat komissiyası tərəfindən müəyyən edilir. Mükafat komissiyasına Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi Elçin Hüseynbəyli, Türk Törə Ocağının başqanı Elxan Zal, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu, Qırğızıstan Yazarlar Birliyinin sədri Omar Sultanov, Qazaxıstan “Ulduz” jurnalının baş redaktoru Ulukbəy Orazbayulı və Leniara Səlimova daxildir.

 

 

GÜNEL

 

525-ci qəzet.-2011.- 18 may.- S.7