Biz teatrı sevirik

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrındaBiz teatrı sevirikadlı tədbir gerçəkləşib. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov tədbirdə iştirak edənləri salamlayıb. Gənc Tamaşaçılar Teatrında təmir-bərpa işlərindən sonra həyata keçirilən layihələr haqqında ətraflı məlumat verən direktor sözügedən layihələrin gənclərin bütün yaş hədlərini əhatə edən insanların formalaşmasındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb: Bir neçə ay öncə Gənc Tamaşaçılar Teatrında Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə gerçəkləşənTeatr, təhsil mənəviyyatımızlayihəsinin əsas məqsədi teatra geniş tamaşaçı kütləsinin marağının artırmaq gənc nəsli teatr müəssisələrinə cəlb etmək idi. Layihənin müsbət nəticəsi kimi bu gün teatrımızda nümayiş etdirilən tamaşalar geniş izləyici auditoriyasının maraq dairəsini əhatə edir. Biz teatrı sevirikadlı tədbirin əsas məqsədi gənc nəslin mənəvi cəhətdən kamilləşməsi, onların dünya görüşünün formalaşmasıdır. İnanırıq ki, bu layihənin da uğurlu nəticələri tez bir zamanda öz bəhrəsini verəcək”.

M.Həmidov teatrın maraqlı yaradıcılıq yolu və bu yolda böyük uğurlara imza atmış aktyorlar haqqında da tədbir iştirakçılarına məlumat verib.

M.Həmidov çıxışının sonunda tədbirdə iştirak edən Slavyan Universitetinin dosenti Svetlana Teymurlu həmin təhsil ocağının müəllimi Salatın Əhmədliyə, Azərbaycan Dillər Universitetinin dosenti Məhəmməd Teymurluya, professor Rəfiqə Əhmədovaya başqa şəxslərə teatrın ictimai həyatında ayrı-ayrı layihələrin gerçəkləşməsində fəal iştiraklarına görə minnətdarlığını bildirib. Azərbaycan Siyasi İctimai Universitetinin rektoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev Gənc Tamaşaçılar Teatrının gənclərin mənəvi aləminin zənginləşməsindəki rolundan danışaraq, repertuarda gənclərin tərbiyəsi məsələsinin hər zaman aktual olduğunu bildirib. Maştağa qəsəbəsinin 1¹-li xüsusi məktəbinin şagirdi Səbinə Səmədova “Biz teatrı sevirikmövzulu çıxışında gənc nəslin nümayəndəsi kimi teatrın rəhbərliyinə, onlara göstərdikləri hərtərəfli diqqət qayğıya görə dərin minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra xalq şairi Rəsul Rzanın, məzmununda xeyirxahlıq, mehribanlıq, qayğı kimi hisslərin təbliği geniş yer tutan “Ana qaztamaşası oynanılıb. Səhnə tərtibatı, işıq effektləri, aktyor oyunu və ümumilikdə hər bir detal tamaşanın uğurlu alınmasına rəvac verib, səhnə işi maraqla qarşılanıb.

 

 

 HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 24 may.- S.7.