Musa Urudnecə varsa

 

Bildirişdə oxudum ki, Musa UrudunHər varsakitabının təqdimatı olacaq. Kitabı axtarıb tapdım. Köhnə adətimdir. Əlimə düşən hər təzə kitabın mütləq əvvəlcə sonuncu səhifəsinə baxıram. Bu gün baxdım. Son şeir “Bu dəstə hara gedirpoemasına “Son söz yerinəadlanırdı. Çox yerinə düşən sözdür, bu!

 

Daş havalı, daş səbrli heykələm,

Atam oğlu, yapış məni silkələ!”

 

Bu dərd təkcə Musa Urudunmu dərdidir? Yox!

Bu düşmən tapdağında inləyən bütün işğal torpaqlarının Zəngəzurun, Dərəlyəzin, Qarabağın dərdidir. Musa Urudun şeirində cingildəyir. Bu dərd bütövdür. Hər nəyimiz para-para bölünsə dərdimiz bölünməyib. Musa Urud bu bölünməz dərdi olan şairlərdən biridir.

Kitabı çevirib, birinci səhifəyə qayıdıram. Qapını açıb kitabşəhərin misra küçələrində dolaşıram. Gözümə ilkin dəyən lirik şeirlər oldu. Bir-bir oxuduqca gördüm bunlar şərq əxlaqındadır. Bunlarda kənddən gələn səmimiyyət, sədaqət, ilkinlik, saflıq hələ yaşayır. Utancaq bir kənd qızına bənzəyir bu şeirlər. Mən Musanı tanıyanda o, həkim idi. Həkim olan şairlər o qədərdir ki! Amma Musa qədir bilənlərdəndir. Mənim barmaqlarım tutulurdu. Getdim onun yanına. Məni doğma adamı kimi qarşıladı. O zaman o, bizə daha yaxın idi. Həmsöhbət, həmdərd idi. İndi onunla görüşmək çox müşgüldür. Onda, onun mehribanlığı, qayğısı sayəsində barmaqlarımın ağrısı qəlpə-qəlpə qopub dağa-daşa tökülürdü.

 

lll

 

O, şeirlərini dost-tanışdan gizlədə-gizlədə axır ki, gəlib böyük şair Məmməd Araza sirrini açdı. Şairlərə qarışdı.

Dedi:

 

İrəlidə tufan, qar,

geriyə yol var.

Sevgiyə gedən yollar

Dərdə aparır bizi”.

 

Bu yollar dərddən keçir, sonra sevgiyə çatır. Sevgiyə çatandan sonra yoruldumu, əsla! Bu yollar ta haqqa qədər gedir. Şair haqqa çatanda şair olur. Musa UrudDərd torpağından nəşvü-huma tapıb, boy atıb, ucalıb haqqa. Özü etiraf edir ki, mən haqqı demək üçün gəldim dünyayaDeyilşeirində deyir ki,

 

Şairi yıxan mərtəbə

Ucalıq deyil.

şah qapısı, elçi daşı

Musalıq deyil”.

 

Çox uzağa getdim. Bir məktub yazşeirinə rast gəldim.

 

Sən bir göldə kəpənək,

Mən içimdə ah çəkənəm.

Sevgini bük kəfənə,

Bir məktub yaz!...

 

Bu şeir, elə zərifdir ki, diqqətlə baxsan sözün bu üzündən o üzü görünür. Amma, içində fikir gizlənir.

Musa Urudklassik şeirimizi , müasir şeirimizi , xalq şeirimizi yaxşı bilir. O, gözünü dünyaya açandan görüb-götürüb, kamil olub. Özü kamilləşdikcə şeiri mükəmməlləşib.

Əgər, şair dəryaya baş vurub, balıqqulağını görmürsə inci tapa bilməz! Yeri varşeirini burda misal çəkməyin yeri var.

 

Hanı yağmur, hanı sərin

Bu yaylığı hara sərim.

Bu üzüyü kimə verim

İçində barmaq yeri var”.

 

Bu bir bənd! Sonra daha üç bənd, bənd-bənd üst-üstə qalanıb, qala olub bugünkü hoqqabaz Şairlərin qabağında.

Musa Urud uşaq çağlarından əsl şeirin olduğunu bilirdi.

Bayaq dedim, Musa həkimdi. Məni sağaltdı. Təmənnasız-zadsız, hələ sonralar da hal-əhval tuturdu: İndi, köhnə dostlarını unutsa da, Musa Urud elə həmin Musa Uruddur. Mən onda, ona bir gəraylı da yazmışdım.

 

Bilməzmisən kiməm, nəyəm.

Quma atılmış gəmiyəm,

Qocayam, uşaq kimiyəm,

Uşaq bilib aldat məni.

 

Amma o, yalan demədi. Onun doğma kəndi, orda eşitdiyi qoşmalar, tanıdığı şairlər doğruçuluq öyrətmişdi ona! Haqqına danışdı. Səhhətim yaxşılaşdı.

 

lll

 

Bu kitabda toplanan şeirlər haqq işığından ziyalanıblar. Dəmir suda suvarılır ki, polad olur. İti tiyələri ovxarlı. Düşmən gözünə! Yolda gördüm bir pəncərədən işıq gəlir. İşıq-şeir!

 

Arzularım yaşıl-yaşıl,

Verib baş-başa ağlaşır.

Yol azan, gəl mənə qoşul!

Yol kəsən, haqqa gedirəm!”

 

Hətta yol azanı da, yol kəsəni haqqa çağırır.

Musa Urud olduğu kimidir. Şeir onun ürəyindəki gizlinləri açar. Vətənə sevgi, hər kəsə qayğı görürəm bu şeirlərdə illah da ki, səhiyyə baxımından Musa Urudhəkim, millət vəkili təkrar-təkrar bu sahədə öz həkimlik təcrübəsindən çıxış edir. Müsahibələrdə öz sözünü deyir. Millət sağlam güclü olmalıdır. Dörd bir çevrəmizdəki düşmənlərin acığına! Təkcə çölümüzdə yox, içimizdə o qədər namərd var ki! İndi kitab oxuyan yoxdur. Oxusan tanıyarsan dost-düşməni. İndi özünü güdənlər, özünü sevənlər çoxalıb. Vətəni sevməyə macal yoxdur. Bu əzəli-əbədi vətən sevgisini yenə şairlər yaşadır. Musa Urud – el şairidir. Şeir dili əlamətçilikdən uzaq, ata-anasının danışdığı dildir. Doğma torpağının, dağlarının, çaylarının, gül-çiçəklərinin susub qulaq açdığı dildir. Başa düşdüyü dildir. Bundan böyük qədirşünaslıq olmaz ki! Şairin sevgisinin əks-sədası təbiətin təbəssümüdür. Dağlarının zirvəsindən çənin çəkilməsidir. Çaylarının sakit axmasıdır. Otlarının üzərində parıldayan günəş şehidir. Yaşıl çəmənlikləri bəzəyən al-əlvan gül-çiçəkləridir. Şairə elə bunlar bəs edər!

Bu kitabda xeyli səyahət şeirləri gördüm. Gəzdiyi-gördüyü yerlərdən; Krım şeirləri, “Sevdim səni İstanbulum “Saki” şeirləri, Çeçenistan təəssüratı, Fransa səyahəti. Bu şeirləri yığıb oxuyanda siyasi lirikanın yaxşı nümunələrini görürsən.

Baxdım yan-yana dörd açıq pəncərə gördüm. Gözləri gün işığına möhtac! Hər pəncərədən şeir səslənirdi. Bu birinci:

 

Su var saman altındadı

Yağ var yaman altındadı.

Dağ var duman altındadı,

Dağ var dumandan ucadı!

 

Bu da ikinci:

 

Alma çiçəklədi, nar çiçəklədi,

Laçının qaşında qar çiçəklədi.

Tumurcuq dağlarda yar çiçəklədi

İlahi, gözəl başlayıb bu yaz!

 

(Vallah-billah, gözəl deyib!)

 

Üçüncü: Bu – “Minacatşeirinə bax!

...Gəl məni bir quşa döndər, ilahi!

Bir böcəyə döndər, bir qurda döndər.

İlahi, sən məni o yurda göndər,

İlahi, sən məni Uruda göndər.

 

Bu da dördüncü:

 

Bu varağı da açıb-örtdüm, bir addım da irəli getdim. Arxada qaldı bu evin dörd açıq pəncərəsi.

Burda şeytan var, ara vuran.

söz gəzdirən var, könül qıran.

Taledi, qismətdi, bəxtdi aparan

Gəl, gedək dağlara, dağlar gözəldi.

 

Oxudum bu şeir paraları;

 

Dörd günəş saçağıdır, bəlkə?

Dörd palıd yarpağıdır, bəlkə?

Dörd parça Vətən torpağıdır, bəlkə?

Şair qəlbində dağ boyda

dörd dərd dağıdır bəlkə?

 

lll

 

Dağlar dedim, axara yaxın birgördüm dağlar kəsib yolumu. Bu da yeni bir dağlar şeiridir. Bu şeir kitabındakı bütün dağlar şeirlərindən fərqlənir. Bu Musa Urudun bədii kəşfidir.

Dağlar yıxılmasın”.

 

Dağları qorusaqtorpaq qalardı.

Kökləri qorusaqbudaq qalardı,

Başları qorusaq papaq qalardı.

Düşən papaqları kim qaldıracaq!

...Çaylar qurusa da dağlar sağ olsun,

Yıxılsa dağları kim qaldıracaq.

 

lll

 

Axırda Magellanın gəmiləri kimi dövri-aləm səyahətindən dönüb, yenə “son sözəqayıtdım.

Allah, Allah bu şeir dünyası qəribə dünyadı! Yol boyu yoldaşlarım dərd oldu, sevgi oldu, haqq oldu, torpaq oldu (əlbəttə, Vətən torpağı).

Dərd, sevgi, haqq, torpaq

Bu dörd sözü üst-üstə gəlib toplayandaşair alınır!

 

P.S. Bu qeydləri şairin bu il aprelin 21-də keçirilən kitabının təqdimatı üçün yazdım. Amma heyiflər olsun ki, həmin gün birdən-birə ayaqlarım tutuldu (qocalıqdandı bəlkə) evdən çıxa bilmədim. İstədim ki, bu yazı işıq üzü görsün. Bəlkə, şairin özü oxudu!

 

Aprel 2011

 

 

Fikrət Sadıq

 

525-ci qəzet.- 2011.- 2 noyabr.- S.7.