Dünyanın məhvi onun ölümündən sonra başlayacaq

  

“Zəhmət çəkən bal yeyər”. Azərbaycanda məşhur olan bu məsəl nahaq yerə deyilməyib. Zəhmət çəkən adamın sonda bala layiq görülməsi balın qiymətli bir qida növü olduğunu az-çox bəlli edir. Lakin nəzərə alsaq ki, ölkəyə gələn xarici turistlərin əksəriyyəti “şirin sirop” adlandırdıqları balı hardan əldə etməkdir buna tam əmin olmaq olar.

 

Vitamin ambarı”

 

Bal şəfalı xüsusiyyətlərə malikdir. Bal ən həssas mədə tərəfindən də asanlıqla həzm edilmə qabiliyyətinə malikdir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir. Bal fruktozaqlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Arıların son elmi-tədqiqat işlərinin nəticəsinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı həddən çox gümrahlaşdırır, onun fiziki qüvvəsini və daxili enerjisini artırır. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də bilavasitə yardım edir. Bədəndəki qan dövranını nizamlamaq və asanlaşdırmaq yönündə xüsusi təsiri var. Bal həm də damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olmasıdır. 20 ildən artıq bir müddətdə balı araşdırmaq sahəsinə rəhbərlik edən və Yeni Zellandiyadakı Vayxato Universitetində biokimya professoru vəzifəsində çalışan doktor Peter Molan bu əvəzolunmaz qida məhsulunun antimikrob xüsusiyyətləri ilə bağlı bir mütəxəssis kimi deyib: “Təsadüfi təcrübələrlə müəyyən olunub ki, bal yanıq yaralarındakı infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalarda əksər hallarda antibakteriya dərmanı olaraq istifadə edilən gümüş sulfidiazindən daha təsirlidir və yeni toxumaların inkişafını sürətlə hərəkətə gətirir”. Bütün bu deyilənlərdən bir daha aydın olur ki, təbii bal şəfaverici təsiri çox güclü olan bir qida növüdür.

 

Arılar yüksək gəlir gətirir

 

Balın istehsalı yalnız təbii yolla mümkündür. Bu isə arıçılıq təsərrüfatı sayəsində başa gəlir. Arıçılıq bir o qədər populyar olmasa da əslində biznes sahəsi kimi çox gəlirli sahədir. Hətta arıçılıq kənd təsərrüfatı sahələri arasında ən gəlirlisidir. Lakin gərək bu işi qaydalara uyğun həyata keçirəsən. Arıçılıq təsərrüfatı üçün ilk olaraq sağlam arı ailəsinə sahib olmaq lazımdır. Təsərrüfat yaratmaq üçün ən səmərəli vaxt yaz aylarıdır. Çünki yayda bal yığımı olurbu zaman arı satılmır. Payızda isə arı almaq risklidir. Çünki payızda alınan arıların qışdan salamat çıxması bir qədər çətindir. Xüsusən, arıçılıq təsərrüfatına yeni başlayanalara payızda arı almaq məsləhət görülmür. Ən münasib vaxt mart ayıdır. Mart ayında bir neçə arı təknəsi alaraq işə başlamaq olar. Təknə nə qədər çox olarsa işin səmərəliliyi də bir o qədər çox olar. Yəni, mövsüm zamanı daha çox məhsul əldə etmək olar. Yaz vaxtı bir təknə arını 100 manata almaq olar. Arıçılıq üçün iqlimə gəlincə, aran rayonları daha sərfəlidir. Çünki aranda təbiət tez oyanır və arıların yem ehtiyatları qurtarmamış çiçəklər açılır. Arı üçün çiçəyin nə qədər önəmli olduğunu nəzərə alsaq bu, çox müsbət haldır. Arıların inkişafını təmin etmək üçünbu prosesi sürətləndirmək üçün yemləmənin böyük faydası var. Arıların yemlənməsi aprelin sonuna kimi davam etdirilir. Yemləmə ilə yanaşı arıya müəyyən vitamin və antibiotiklər də verilə bilər. Bu tədbirlər onların fəaliyyətini və sayını artırır. Lakin arıları nəzarətsiz qoymaq olmaz. Yaz vaxtı onların təknələrinə və pətəklərinə nəzarət etmək lazımdır. Əks təqdirdə ziyanvericilər zəif və müdafiəsiz arıları məhv edə bilərlər. Azərbaycanın iqlimibu təsərrüfat üçün əlverişlidir. Aran rayonlarında çiçəklər solan vaxt dağ rayonlarında çiçəklər təzəcə açmağa başlayır. Həmin vaxt arıxananı dağlıq ərazilərə köçürməklə məhsuldarlığı artırmaq olur. Bal yığımı aran rayonlarında iyun ayının sonlarında baş tutur. Dağlıq rayonlarda isə iyulun ortalarına kimi davam edə bilər. Lakin bu işi vaxtında görmək lazımdır. Çünki gecikərsə məhsulun 60-70 faizi itkiyə gedər. Və həm də çiçəklərdən gələn qida bitən kimi arı ailəsi daxili məhsuldan istifadə edir. Məhsuldarlığa gəlincə, bir arı ailəsindən 50-60 kiloqram və hətta daha çox məhsul götürmək olur. Bir təknədə 5-6 arı ailəsinin olduğunu nəzərə alsaq bu, çox böyük rəqəmdir. 1 kiloqram balın qiymətinin 20 manat olduğunu nəzərə alsaq təsərrüfatı yaratmaq üçün çəkilən xərcdən 5-6 dəfə çox gəlir götürməyin mümkünlüyünü demək olar. Arıçılıq təsərrüfatı yaratmaq çətin deyil. Sadəcə olaraq arının becərilməsi, xəstəliklərin vaxtında aşkarlanaraq müvafiq tədbirlərin görülməsi lazımdır. Müasir dövrdə arıçılığın ən güclü inkişaf etdiyi əsas ölkələr ABŞ, Argentina, Türkiyə, Çin və Rusiyadır. Hər il dünya bazarına çıxarılan 375 min ton balın 25 faizi isə Argentinanın payına düşür. Bu ölkədə ildə 100 min tona yaxın bal istehsal olunur. Argentinada istehsal olunan bal keyfiyyətinə görə dünyada ən yaxşı məhsul hesab edilir. ABŞ-da da hər il 100 min tona yaxın bal istehsal olunur. Avropa İttifaqının üzvü olan ölkələr arasında isə ən çox bal istehsalı İspaniyadadırildə 30 min ton. Fransada 27 min, Almaniyada 20 min, Yunanıstanda 14 min, Portuqaliyada 11 min, İtaliyada 10 min, Avstriyada 9 min, İngiltərədə 3 min, Danimarka, Finlandiya Belçikada 2 min, İsveçdə isə 1000 ton bal istehsal olunur. Avropada ən az bal istehsal edən ölkələr İrlandiya Niderlanddır – 100 ton. Avropada 150-dən az olmayaraq arı ailəsi saxlayan arıçılar peşəkar sayır. Bu gün dünyada Arıçılıq Birlikləri Təşkilatları Federasiyası adlı qurum da fəaliyyət göstərir. Hazırda Federasiyada 50 ölkədən 60-a yaxın arıçılıq assosiasiyası birləşir.

 

Bal satmaq üçün bazar yoxdur

 

Təəssüflər olsun ki, Azərbaycanda bu sahəyə diqqət yetərincə deyil. Bizdə bal verən bitkilər əkilmir. Təbii yem bazası olan çəmənliklər isə azalır. Meşələrin vəhşicəsinə qırılması da arıların məhvinə səbəb olur. Arıçılar Kənd Təsərrüfatı Nazirliyinin arıçılıqla maraqlanmadığını söyləyir. Arıçılıqla bağlı dövlət proqramı da yoxdur. Bu gün arıçıları narahat edən məsələ müxtəlif xəstəliklərdir. Amma bizdə arı xəstəliklərinin diaqnostikası mərkəzi yoxdur. Respublikamızda bal analiz edə biləcək laboratoriyanın olmaması da narazılıq yaradır. Bu səbəbdən saxta bal satan möhtəkirlər rahat şəkildə bazara daxil ola bilir. Azərbaycanda arıçılığın inkişafını əngəlləyən ən böyük çətinliklərdən biri kimi arıçılar arasında adamlarının olmaması göstərilir. Belə ki, ölkədə arıçıların hamısı yalnız istehsalçıdır. Bu səbəbdən arıçılıq məhsulları daxili bazarla məhdudlaşır. Ekspertlər bildirir ki, hazırda yerli arıçılıq məhsullarını aparıb ölkədən kənarda sata bilən adamlarına ehtiyac duyulur. Bundan başqa, arıçılar bu sahəni inkişaf etdirmək, genişləndirmək üçün onlara kredit verilməsinin böyük köməyi olacağını deyir. Azərbaycan arıçılığının qarşısında duran əsas məsələlərdən biri balın digər arıçılıq məhsullarının satışıdır. Bütün dünyada arıçılıq məhsullarının satışı iki istiqamətdə gedir. Birincisi, arıçı istehsal etdiyi balı şəxsi ticarət şəbəkəsi vasitəsilə qonşulara, qohumlara tanışlara satmalıdır. İkincisi, qalan hissəni bal satışı ilə məşğul olan firmalara satır. Adətən bu istiqamətlərlə satışın qiymət fərqi 2 dəfədən çox olur. Lakin Azərbaycanda bal satışı ilə məşğul olan firmalar hələ formalaşmayıb. Yalnız ayrı-ayrı cəhdlər mövcuddur. Bal satışı əsasən birinci istiqamət üzrə gedir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov da bu fikirdədir: “Ölkəmizdə yerli balın qiyməti çox bahadır. 1 kq balın qiyməti 15-50 manatdır. Dünyada isə balın qiyməti daha ucuzdur. Məsələn, ölkəyə xaricdən idxal edilən balın 1 kq-nın qiyməti iki dəfə ondan ucuzdur. Həm xaricdən idxal olunan balın keyfiyyəti yerli məhsuldan qat-qat aşağıdır. Bizdə kifayət qədər bal var. Ancaq onu satmaq üçün bazar yoxdur”. Azərbaycanda isə bu sahənin inkişafı üçün təbii şəraitin olmasına baxmayaraq, demək olar ki, hələ bütün arıçılıq məhsulları xaricdən idxal edilir. Bu günə qədər sözügedən sahəyə hər hansı bir investisiya da qoyulmayıb.

DeyirlərDünyanın məhvi sonuncu arının ölümündən sonra başlayacaq”. Bu xəbərdarlıq ilahi mənşəlidir, o, səmavi dinlərin müqəddəs kitablarının, demək olar ki, hamısında yer alıb. Bu da təsadüfi deyil. Çünki arı insan tərəfindən bəslənən yeganə ucan həşəratdır. Arıların diqqətdən kənarda qalması dünyanı məhv etməsə bu təsərrüfatın tənəzzülü iqtisadiyyatımıza ciddi zərbə vura biləcək.

 

 

Günay FƏRHADQIZI

 

525-ci qəzet.- 2011.- 2 noyabr.- S.2.