Dilimizi qorumağın yolu onu köklü bilməkdən keçir

 

Daimi oxucusu olduğum “525-ci qəzet”in 26 oktyabr tarixli sayında orta məktəb müəllimi İsa Musayevin “Dilimizi qoruyaq” başlıqlı yazısı diqqətimi çəkdi. Bütövlükdə yazının məramını, “kompakt”, “evakuasiya” kimi özgə sözlərin yerinə dilimizdə olan “sıx”, “köçürülmə” sözlərinin işlədilməsi fikrini alqışlayıram. Müəllifin ərəbcə “təxminən” sözü əvəzinə, yerindən asılı olaraq, “hardasa” sözünü işlətmək istəyini də dəyərləndirirəm... Amma irəli sürülən bir sıra fikirlərlə razı deyiləm, onları yanlış sayıram.

Məsələn, “şəffaf seçkilər” əvəzinə “ədalətli seçkilər” demək təklifi məncə yanlışdır. Çünki seçkinin “şəffaf keçirilməsi” əsasən seçki məntəqəsində gedən prosesə aiddir, hələ onun ədalətli keçirilməsi deyil. Yaxud götürək onun etiraz etdiyi “vəziyyəti” sıxışdıran “durumsözünü. “Vəziyyət” ərəb sözüdür, dilimizə çevirəndə elə “durum” alınır. Müəllifə məsləhət görərdim ki, belə gərəkli yazıları yazarkən ərəb və fars sözlüklərinə baxsın...

İsa Musayev bütövlükdə daim gündəmdə olmalı olan bu yazısı ilə dilimizin yaralı yerinə toxundu, bu sətirlərin müəllifini neçə illər öncələrə apardı, o çağlarda yazdığım, lakin sovet senzurasının “pantürkçu” damğası vurub buraxmadığı yazımı mənə təzələtdi.

... Ölkəmizdən uzaqlarda ərəb dili üzrə dilmanc işləyirdim. Evdən bağlama almışdım. Həmkarım Volodya Polosuxin bağlama bükülmüş qəzeti gözdən kecirib gülə-gülə dedi:

İndi başa düşdüm, niyə sizin uşaqlar ərəbcəni yaxşı bilirlər. İstərsən bu yazını ruscaya çevirim.

O, bir az yanlışla olsa da “Qələbədən ruhlanan kollektivimizin fəal üzvləri müvəffəqiyyətdən arxayınlaşmayacaq, mütəşəkkil surətdə təsərrüfatın məhsuldar sahəsini inkişaf etdirəcəkdir” cümləsini ruscaya çevirdi. Sözləri saydım. On dörd sözdən yalnız iki fel bizimki idi...

İllər keçsə də bu atmaca heç yadımdan çıxmır. Yazanda, danışanda dilimizdəki rus, fars sözləri bir yana, ərəb sözlərinin yerinə özümüzünküləri işlətməyə çalışmışam. Çünki işlətdiyimiz ərəb sözlərinin çoxunun dilimizdə qarşılığı vardır. Sadəcə olaraq onları tapıb ön cərgəyə – dilimizin, qələmimizin ucuna çəkmək gərəkdir. Bax elə bu yazıda “lazımdır” yox, “gərəkdir”, “səhvlər” yox, “yanlışla” sözlərini işlətdiyimiz kimi....

Ancaq yazarlarımızın bəzisi bilərəkdən ağına-bozuna baxmadan, bəzisi bilməyərəkdən, bəzisi də tənbəllikdən ərəb-fars sözlərini, izafət birləşmələrini işlədir, söz-sözə gələndə isə onların “ədəbi dilimizdə vətəndaşlıq hüququ” qazandığını söyləyirlər. Məncə, bu anlayış, bu baxım çox gülüncdür. Axı bir vaxt “nöqteyi-nəzər”də “vətəndaşlıq hüququ” qazanmışdı və çox asanlıqla öz yerini “baxım”a verdi. Belə nümunələri çox göstərmək olar.

XIV-XIX yüzilliklərdəki ədəbiyyatımızı oxuduqda, o dil bizə ağır gəlir. Biz o çağlarda yazanların dilində çoxlu ərəb, fars sözlərinin olduğunu deyirik, hətta bəzən onları sadə el dilində yazmamaqda qınayırıq . Bəs indi necədir? Bəyəm o izafət tərkibləri indi dilimizdə yoxdurmu? Çox güman ki, lap yaxın gələcəkdə bizi də beləcə suçlayacaqlar, ona görə ki, biz bu gündilimizin qapılarını taybatay açmışıq, başqa dillərdən alınma sözləri bolabol işlədirik. Doğrudur, ötən yüzillikdə bir çox ziyalılarımıza “pantürkçü” damğası vurulmasına baxmayaraq, dilimizin təmizlənməsində, saflaşmasında böyük dəyişiklik, irəliləyiş olmuşdur. Ancaq bu, elə bir prosesdir ki, həmişə qayğı, araşdırma, axtarış istəyir. Şəhər əhalisinə su hər gün təmizləyici qurğularda süzülüb, arılanıb verildiyi kimi hər gün oxuculara içirilən sözlər də ayrıca süzgəcdən keçirilməlidir. Düşündüklərimi oxuculara çatdırmaq üçün gündəlik işlənən bir neçə ərəb sözünü götürək:

Beynəlxalq, mədəni, nazir, həqiqət, xətt, əvvəl, axır, ittifaq, müqəddimə, nailiyyət, inkişaf, təbliğ, ətraf, lüğət, məlum, dəfə, həll, mərkəz, müharibə, xüsusi, müxtəlif, sabah, istifadə, qəlb, şərq, qərb, müvəffəqiyyət, mütəşəkkil və bu kimi...

“Beynəlxalq” sözü ayrı-ayrılıqda olan “beynə” (arası, arasında) və “xalq” (yaranmış) sözlərinin izafət birləşməsidir. Bizim işlətdiyimiz “xalq” anlayışına ərəbcə “şəab” deyirlər, halbuki, “beynəlxalq dostluğun yerinə “ellərarası dostluqyaxud Anadolu türkləri kimi “uluslararası” söz birləşməsini işlətmək olar. “Mədəni” sözü ərəbcə “şəhərli”, “mülki şəxs” deməkdir. Ruscadan “kulturnıy çelovek” sözlərini ərəbcəyə çevirdikdə “insan musaqqaf” olacaqdır. Əgər bizim əlifbanı bilən ərəb oxucusu azərbaycanca “mədəni insan” sözlərini oxusa, bunu “şəhərli, ya da mülki adamkimi anlayacaqdır. Yaxud dilimizdəki “lüğət” sözünü götürək: o ərəbcə “dil” dəməkdir (luğat-ul-fəransiyyə-fransız dili). Ərəblər isə bu anlamı “Lüğət” yox, “qamuskimi işlədirlər, halbuki biz elə ruscadanslovarsözünü dilimizə çəvirməklə “lüğət” yerinə “sözlük” işlədə bilərik. (Türkiyə türkcəsində olduğu kimi.) Bu söz daha anlamlıdır... “Müvəffəqiyyət, mütəşəkkil” sözlərini deməyə çox adamın dili dönmür: el arasında bu sözlər, bir qayda olaraq, “uğurla”, “ellikcə” daha çox işlədilir. (Gəlişin uğurlu olsun, hamı ellikcə köməyə getdi).

Bəli, bu gün işlətdiyimiz belə qondarma sözləri gördükdə istər-istəməz özün-özündən soruşursan: “Dilimizdə qarşılığı olan əcnəbi sözlərin yerinə niyə özümüzünküləri işlətməyək? Bəyəm yuxarıda göstərdiyimiz ərəb sözlərinin dilimizdə qarşılığı yoxdurmu? Vardır: həqiqət – düzlük, doğru, gerçək; xətt çəkmək – cızıq çəkmək; əvvəl – ön, qabaq, birinci, başlanğıc; ittifaqbirlik; inkişaf – irəliləyiş; təbliğ – çatdırma, yayma; ətraf (tərəfin cəmidir) – yan-yörə; məlum oldu – aydın oldu; şərik – ortaq; istifadə etmək – işlətmək; qəlb – könül; mərkəz – özək; orta (mərkəzi bazar – ortalıq bazarı), müharibə – dava, savaş; xüsusi – ayrıca; müxtəlif – ayrı-ayrı, çeşidli, cürbəcür; şərq – günçıxan; qərb – günbatanbu kimi...

Sovet dönəmində “Yazıçılar İttifaqı” deyərdik, indisə “Yazıçılar Birliyideyib yazırıq. Özümüzüm diləyatan, çox işlənən “birliksözümüzü qoyub, anlamı oxucuya aydın olmayanittifaq” işlədirdik. Demək istəyirəm ki, orta məktəb şagirdibirliksözünün kökünü araşdırıb, gedib çıxacaq bir, birləşmə sözlərinə. Ancaq “ittifaq”ın kökünü tapmaq üçün kəpək ərəb dilini biləsən. Atalarbirlik harda, dirilik ordadeyiblər, “ittifaq harda, dirilik ordayox... Yaxuddövretmənin yerinəfırlanma, dolanma”, “dövranyerinədönəmişlətmək olmazmı? Yer Günəşin ətrafında dövr ediryerinəYer Günəşin başına fırlanırdesək anlaşılır.

“Elm həyatdərgisinin adındakı sözlərin üçü ərəbcədir. “Elm” sözünün ərəbcə kökübilməkfelindəndir. Bu kökdən dilimizdə onlarca söz var. Axıbilik, bilikli, bilgi, bilicisözlərinin nəyi “elm, elmli, elmisözlərindən pisdir?

Qoy elə başa düşülməsin ki, dilimizdəki bütün ərəb, fars, rus və başqa dillərdən alınma sözlərə qarşı “səlib” yürüşünə çağırıram. Hamıya aydındır ki, dünyada təmiz dil yoxdur. Bir dildə olmayan yeni söz, yeni anlayış başqa dildən gətirilərək onu zəginləşdirir. Dillər də bir-birinə qaynayıb qarışır. Məsələn, ərəb dilinin Suriya dialektində bizim boya, soba, doğru, gözlük, yemiş, İraq dialektində çöl, yavaş, guzu, xoş kimi sözlərimiz işlənir. Bizim işlətdiyimiz “xəyal” ərəb sözünün yerinə iraq dialektində “dalğa, dalğın” işlədilir. Ərəbcəyə keçmiş bu sözləri mən hələ neçə illər qabaq Bağdadda, Dəməşqdə eşitmişəm.

Çağdaş rus dilində türk sözləri “n” qədərdir. Çünki türklərin soykökünə ortaq olduğu, əski türk torpaqlarında yaranıb formalaşmış rus xalqının və dilinin bugünkü yüksəkliyə çatmasında öz yeri vardır. Fars dilində də çoxlu türk sözləri vardır, özəlliklə orduda əsgəri sözlərin çoxu bizim dildən keçmədir. Bu gün fars dilində çox işlənən ağa, an, , tək, basma, çömçə, çomaq, elçiaz işlənən uğur sözünədək Azərbaycan türkcəsindən keçmiş yüzlərlə söz vardır. Sputnik, kolxoz, sovxoz kimi rus sözləri bir çox dünya dillərinə olduğu kimi köçürülmüşdür. Çünki həmin anlayışı – sözləri ruslar yaratmışlar. Demək istəyirəm ki, dilimizə rusavropa dillərindən sözlər gətiriləndə çərçivədən qırağa çıxılmamalıdır: Əgər həmin anlayış dilin özündə varsa, dilin özündəki sözlərdən düzəldilə bilərsə, əcnəbi sözü dilə gətirmək nəyə gərək? Əgər yoxsa, bu başqa məsələ.

Gülməli burasıdır ki, dil, onun təmizliyi, zənginləşməsi haqda yazılar yazan, çıxışlar edən dilçilərimizin öz yazıları yersiz əcnəbi sözlərlə doludur. Adama elə gəlir ki, bəziləri yazılarında əcnəbi sözlər işlətməklə özünü savadlı göstərmək istəyir. Ədəbiyyatçıların çox işlətdiyi “sözün siqləri” ifadəsini götürək. Çox güman ki, “siqlət” sözünün dəqiq mənasını çoxları bilmir. “Siqlət” ərəbcə “ağırlıq”deməkdir. Klassik ədəbiyyatda az-çox işlənibsə də, el arasında işlənmir, bu söz canlı el dilinə girə bilməmişdir. İndi həmin sözü bugünkü dilimizə gətirmək nəyə gərək? Məncə “sözün ağırlığı” heçpis səslənmir.

Məni qınamayın, həp kərə “hazırda, təyyarə, müəllim, kraska, peç, mərtəbə, məcmuə, nəşriyyat” kimi sözləri eşidəndə sinirlərim gərilir. Onların hamısının dilimizdə qarşılığı vardır. Axı bu gün kim bizə deyir ki, indi, boya, soba, qat, toplu yerinə yuxarıda sadaladığımız sözləri işlədək? Dilimizdəki bu qondarmaçılığa nə vaxt son qoyacağıq?

Bu yazını yazarkən radioda “tələbələrin təhsil alması”, “müəllim” sözləri səsləndirildi. “Təhsil” ərəbcə “əldə etmə, alma”, dördüncü mənası isə “öyrənmə, oxuma”, “müəllim” isə “ələm, kədər verən”deməkdir. “Muallim”-bilik , elm öyrədənə deyirlər.

Göründüyü kimi, bir çox anlayışlar dilimizdə ola-ola, biz ərəb sözlərini işlədirik. Ancaq elə ərəb sözləri var ki, onları dəyişmək gülünc olardı. İstəsək belə cənnət, cəhənnəm, məscid, müsəlman, şeytan kimi qarşılığı olmayan digər sözləri dildən çıxarmaq baş tutan deyil.

Yeri gəlmişkən yada salım ki, ötən yüzilliyin 20-30-cu illərində dilimizin təmizliyi uğrunda çalışanlara uydurma bəhanələrlə pantürkçü damğası vurub fiziki məhv etdilər. Ancaq sonrakı nəsillər qorxub geri çəkilmədi, bu mübarizəni davam etdirdilər.

Bəli, bu yazını çox uzatmaq, çox qondarma sözlər göstərmək olar. Məncə indiki cağda dilimizin təmizlənməsi, saflaşması, öz sözlərimizlə zənginləşməsi yönündə (istiqamətinsə yox!), dilçilərimizin işində köklü dönüş, öz işlərini yenidən qurmaları görünmür. Məncə, “525-ci qəzet”in qaldırdığı bu məsələ çevrəsində, Anadolu türkləri demişkən, dartışmalıyıq, düşüncələrimizi ortaya qoymalıyıq.

 

 

Fazil GÜNEY (Abbasov),

ərəb filologiyası üzrə

fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 11 noyabr.- S.6.