ORALARDA KİMLƏR VAR: İSMAYIL KADARE
İSMAYIL KADARE KİMDİ
İsmayıl
Kadare Tirana universiteti tarix və filoloji fakültəsində,
sonra da Moskvadakı Qorki ədəbiyyat institutunda təhsil
alıb.Yazarın əsərləri 40-dan artıq dilə tərcümə
olunub.Nobel mükafatına namizəd olaraq dəfələrlə
adı keçib.İlk kitabı “Reklamsız şəhər”dir.
Kadare 1990-cı ildən Fransada yaşayır. İsmayıl
Kadare, son dərəcə maraqlı bir yazar. Son dönəmlərdə
adı Nobel Ədəbiyyat Ödülü ilə birlikdə
tez-tez anılır. Ölkəsinin ən çox
alqışlanan və sevilməyən yazarı. Kommunizmin son
günlərində səssiz qalmaqla, demokrasi dönəminin
ilk günlərindəysə Ənvər Xocanın adamı
olmaqla suçlandı. Ölkəsinin ən önəmli din
adamları tərəfindən “faşist və islamfobik” olaraq
tanındı. Kommunistlər üçün , “pozğun”, milliyyətçilər
üçünsə “xain” adlandırıldı ... Uzun illərdir
ölkəsindən uzaqda, Parisdə yaşamağa məcbur
olmuşdur.
Əsərləri:
Ölü
ordunun generalı
Tərs gələn
il
Şənlik
cəmiyyəti
Düyün
Piramid
Kosovaya
üç ağı
Canavar
Aldığı
mükafatlar
2005,Uluslararası
Man Vooker ödülü,
1992,Uluslararası
Çino Del Duça ödülü
...Ortada bir qəza
var: Bir taksi yoldan çıxar; bu taksidə olan üç nəfərdən
ikisi ölər : biri qadın, biri kişi. Onlar həm də
biri-birinə aşiq olan iki varlıqdı. Salamat qalan
şofer isə qəza necə baş verdiyini bir türlü
xatırlaya bilmir.
Hadisənin
nədən baş verdiyinə səbəb maşının
ortadakı aynasından baxanda arxada görünən nə isə
bax odu. Amma məsələ bundadırkı şofer də həmin
anın və həmin şeyin nə olduğunu bütün
aydınlığı ilə yada sala bilmir. Üstəlik də
bu yolçuların kim olduqlarını, haraya getdiklərini də
bilmir və buna görə də onlara aid bilinməyən
şeylərin də üstünü aça bilmir.
Bir eşq
hekayəti, bizim bildiyimiz ən bayağı bir şey ola
bilirkən, bəzən də ən anlaşılmaz və
açılmaz bir nöqtəyə qədər uzana bilir. Belə
hekayətləri öyrənmək üçün minlərlə,
milyonlarla insanın cəhdləri həmişə boşuna
olmuşdur. Məsələ bundadı ki, əslində
bütün bunların adi bir şey olduğunu
düşündüyümüzdə, görürük ki,
heç də belə deyil.
Eşqin əslində
nədən güc aldığını heç kəs son
ana qədər çözə bilməyib. Eşq həqiqətən
varsa, yoxsa o nədisə insanın bəzən
özünün də xəbəri olmadan içinə dolan
başqa bir dünyadı. Eşq yolunda bir suala cavab tapmaq,
başqa bir sualı ortaya çıxarır. Eşq həqiqətən
varsa, birisi onu anlada bilərmi?
Sənətinin
ən yüksək zirvəyə çadığı bir məqamda
yazdığı “Tərs gələn il “də İsmayıl
Kadare, anladılmaz görünən hər şeyi bir eşq
vəya cinayət hekayətini, hətta hər ikisinin də
üzərini maska kimi örtən bambaşqa bir hadisəni –
anlatmaya çalışmış. Bu hadisənin sonunadək
oxucunun ağlını və hissini eyni sual məşğul
etməkdədi.
Makedoniyanın
paytaxtı Üsküpdə Arnavut rejissor Fatmir Koci
İsmayıl Kadarenin “Tərs gələn il” romanı əsasında
“Quyruqlu ulduz zamanı” filminin son səhnələrini çəkir.
Bu film
haqqında çıxan xəbərdən sonra arnavut müsəlmanları
arasında söz-söhbətə səbəb olub.
İsmayıl Kadarenin “Tərs gələn il ” romanı
Arnavutluğdakı 1940-ci il hadisələrinin əleyhinə
yazılmış bir əsərdir. Bu dönəmdə
Arnavut müsəlmanları Uluslararası Kontrol Komitəsinə
Arnavutluğu bir xristian kolonisinə çevirmək və yenə
Arnavutluğa bir xristian kral qoymaq istəyən qərbli
güclərin planlarına qarşı üsyan etmişdi.
Orta Arnavut
Müsəlmanları Hacı Kamil, Tiran müftüsü Musa
Kazım və Əsat Paşa Toptani liderliyi altında Avstriya
ordusunu və onun Durrəstə yerləşmiş Hamid Karzai
modelindəki kralını yıxdılar. Kadarenin filmi bu hadisə
barədədi və Avropalı rejissor bu xalqın məqsədini
anlasa da, deyəsən anlamaq istəmir, onların mübarizəsini
həzm etməyən Müsəlman savaşçılara vətən
xaini və psikopat kimi yanaşır.
Çox baha
başa gələn bu film projesində Osmanlıların,
Arnavutlara kölə kimi baxdıqları, onları dini fanatizm
qurbanı və mədəni dünyadan qoparan, mədəniyyət
düşməni, Taliban tərzi insanlar olaraq göstərmək
surətiylə Osmanlı İmperatorluğunun Arnavutlukdakı
tarixini təhqir edir.
Fransız vətəndaşı
olan Kadare Arnavutluğun bu dönəmdəki avropalı
işğalçılarını pozitif terminlərlə
anladır. Avropalılar- fransızlar, hollandlar və
avstraliyalılar kral zühura gətirərək geri
qalmış İslam Arnavutluğunun mədəniləşəcəyini
düşünür. Kadarənin filmi Arnavutların və
xüsusiylə də orta və kuzey Arnavutluqda yaşayan geri
qalmış Gəgaların İslami görüşlərinə
hücum etdiyini anladır. Arnavutları vəhşi heyvanlar
kimi göstərirlər.
Başqa bir
rejissor İbni Fadlanın “Onüçüncü Savaşçı”
filmində iskilitlər necə göstərilibsə, arnavutlar
da onlara çox bənzəyir.Kadarə şimallıları
qorxunc Osmanlı isimlərinə sahib, Arnavutluk fikrindən nifrət
edən insanlar olaraq yazarkən, cənubu Arnavutları
Avropalılar kimi üstünlüklərə və isimlərə
sahib olmaları və dindar olmamaları səbəbiylə mədəni
insanlar olaraq göstərir. Filmdə Arnavutluk Müsəlmanları
orta Arnavutluka yerləşdirilir və qərbi inanclarla dolu,
Sultana inanan insanlar və Osmanlılar olaraq
canlandırılır. Bu adamlar “Allahu Əkbər” deyə bağıran
və sürəkli Türkiyənin və Sultanın çox
yaşaması üçün dua edən qondarma xocalar və
dərvişlər tərəfindən istiqamətləndirilir.
Onların ən böyük lideri Kus Babai olaraq
çağırılan bir dərvişdir. O, homoseksual
işlərdə olarkən, Quran üzərində namaz
qılan biri olaraq təsvir olunur.
İsmayıl
Kadarenin “Tərs gələn il” romanının orijinal
variantı 2003-cü ildə yayınlanmışdı. Əsərdə
sadəcə müsəlmanlar deyil, yəhudilər də təhqir
olunur. Kadare yəhudiləri fahişələr, eroin satan
tacirlər və şeytanlıq eləyən insanlar olaraq
göstərir. Kadarenin irqçiliyi çingənələrə
də yönəlir, onları oğru və Arnavutluğun nə
demək olduğunu anlamayan insanlar olaraq
çatdırır.Belə ki, filmdə Kadarenin yəhudilərə
qarşı hücumları onun Çingənə
qarşı təhqirləri ilə
uzaqlaşdırılır.
İsmayıl
Kadare “Quyruqlu ulduz zamanı” filminin ilk variantını 1985-ci
ildə yazdı. Kommunistlərdən sonra, 1944-cü ildən
1991-cu ilə qədər üstünlük təşkil edən
güneylilər və Ortodoks xristianlar idarə etdi
oranı.Bir çox müsəlman arnavut “Quyruqlu ulduz
zamanı” filmini kommunistlərin kommunist düşüncəli
arnavutlara və onların ən böyük dini İslama
qarşı olan irqi ayrıseçkilik rejiminin davamı olaraq
görür.
“CANAVAR” romanından
“...Nə
vaxtdan bəri onu narahat edən bir sual həmin anda yenidən
onu məşğul etməyə başlamışdı:
Truva Atı gerçəkdən vardımı? Yunanlar
Truvanı bu savaş hiyləsi sayəsindəmi ələ
keçirdilər, yoxsa, şəhərə girmək
üçün istifadə etdikləri başqa yolları
gözdən qaçırmaq gizlin saxlamaq üçün belə
elədilər- bunu çox gizli saxlamaq istəyirdilər və
buna üstünlük verirdilər- yoxsa bir tapmacaydı bu?
Beləydisə
burada heyrət ediləcək heç bir şey yox
idi.Müharibənin həqiqi səbəbləri, ilk günlərdə
baş verənlər, bazarlıqlar, qabaqcadan məlum olanlar,
planlar, güclərin hesablanması- bütün bunlar, Truva
Savaşını əməllicə bənzərsiz gözəllikdə
bir qadının yaşadığı eşqin hekayətinə
– ki, bu qadın əslində yaxşıca özünü
bir macəraya salmış ola bilirdi- nə vaxtsa izah etmək
üçün gizlin saxlanılmışdı. Çoxdan
bilinən bir şeydi bu.
Savaşın
neyçin baş verdiyinin gerçək nədənlərinin
gizlənildiyi açıqca bəllidisə, ələ
keçirilməsi, ad çıxarmış Truvanın məğlub
olması az da olsa insanlara bir şübhə
yaratmışdımı? Yunanların bu şəhəri fəthetmək
üçün istifadə etdikləri yolları, nə vaxtsa
yenidən istifadə etmək məqsədiylə gizli
saxladıqları düşüncəsi haçandı
bilinirdi və qəbul olunmuşdu – içərdikləri dəyərini
itirməməsi üçün uzun sürə gözlərdən
uzaq tutulan, gizlədilən cəsusluq dosyaları kimi. Daha
doğrusu yunanlar gerçəyi maskalamaq üçün bir
yol düşünməyə məcburdular.Truvayla
bağlı arxivlərə gəlincə, bunlar şəhərin
yağmalanması sırasında altüst edilmiş və
yandırılıb kül olmuşdu. Göz
yaddaşlarında qalan tək şey, qorxunun və
alovların yaratdığı böyük bir atdı. Fəqət
belə bir vəziyyət şəhərdən qaçmaqda
olan Truvalıların düşdükləri dəhşət
üzündən yaratdıqları bir həqiqət deyildimi?
Şeirlərindən
Arnavutluk həsrəti
İçimi
bir Arnavutluk həsrəti bürüdü
Bu axşam
troleybusla dönərkən
Çəkilən
o partizan siqarasının tüstüsü
Mavi-mavi
qıvrılır, halqalar yaradırdı
Yurtdaşlarım
Arnavutların dilindən gizlicə
Qulağıma
bir şeylər söyləmək istərcəsinə.
Bu axşam
Tirana sokaklarında
dolaşmaq
istəyir canım
Bəzən
yaramazlıqlar elədiyim,
bəzən
qımıldamadan
belə keçdiyim küçələrdə.
Məni
tanıyır o taxta qapılar
Məni
görüncə dişlərini qıcadıb
“vay səni
vay” deyə mənə baş əyəcəklər.
Amma xətrimə
dəyməz mənim bunlar
Çünki
içim həsrət dolusu.
Və quru
yarpaqlarla, sonbahar yarpaqlarıyla
Örtülü
dar sokaklarda yerimək istəyirəm
Nə ucuz
şeylərə bənzədirlər bu yarpaqları...
Gəzmək
istəyirəm
Qaranlıq mənim
mühakimə edəcəkmiş kimi
Yad bir adam
kimi
Balaca və
dəvəboynu bir küçədə,
Bir siqaret
yandırıb
Bir qəhqəhəylə
nəyəsə gülmək
Və bir
xatirəni, yerdəki yarpaqlar kimi
Dapdalayıb
keçmək istəyirəm.
Bizim
Arnavutluğun həsrəti bürüdü içimi
Həsrətəm,
o böyük, o geniş, o dərin göyünə
Adriyatik
dalğalarının o mavi dörtnalasını
Gün
batımında qalalar kimi başbaşa bulutlarını
Ağ
saçlı, yaşıl saqqallı Alp dağlarını
Damar kimi titrəşən
o ipək gecələrini
Dan
qızaranda qızıldərililərini xatırladan sislərini.
İstərəm,
lokomotivlərini, atlarını
Təri
içində əriyən və kişnəyən
atlarını
Sərvilərini,
davar sürülərini,
İstərəm,istərəm
Arnavut
qardaşlarımı.
Daha
dözmürəm,mütləq oraya dönəcəm
İstəklərin,
sislərin üzərindən uçaraq.
Uzağlığınla
cana daha yaxınsan yurdum.
Vıyıltılarla,
uğultularla titrəyəcək hava alanı
Uçurumlar
üstündə tükdən incə bulut dəstələri.
Beləcə
təyyarə sürətinə alışmış olanlar
Yurdlarından
zaman-zaman ayrı düşmüş olanlar.
Moskva, 1960
Türkcəsi:
Tahsin Saraç
Tofiq ABDİN
525-ci
qəzet.- 2011.- 12 noyabr.- S.23.