Əbədiyaşar
şəxsiyyətlər, işıqlı xatirələr
Elə görkəmli şəxsiyyətlər var ki, onların adları qoca tarixin özünə çıraq tutur, əsrlərin uzun yollarını işıqlandırır. Hardasa unudulmuş, təhrifə uğramış, ən incə təfərrüatlar, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər bu işıqda öz yerini tapır.
Elə görkəmli şəxsiyyətlər var ki, onların adlarına bir xalqın, bütöv bəşərin tarixi güvənir. Elə şəxsiyyətlər var ki, biz onları babalarımızın, atalarımızın mənəvi yaşadığı kimi tanıyır, sevirik. Şəxsiyyətlər də var ki biz onların adları qarşısında sehrlənir, həqiqi qəhrəmanlığın vətəndaşlığın vətəndaşlığın azadlıq çırağı yandıranların ünvanı kimi bu adları ehtiramla çəkirik.
Tarixin hökmü ilə doğma Azərbaycandan bir qədər aralı düşmüş Naxçıvan bütün zamanlarda bəşər tarixinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bütün bu əfsanəyə çevrilmiş şəxsiyyətlər haqqında zəngin ədəbiyyat yaranmışdır.
Səttarxan hərəkatında (1906-1911), Azərbaycan Xalq Cümhuriyyəti dövründə, erməni qəsbkarlarına qarşı aparılan mübarizədə Naxçıvan ziyalıların müstəsna xidmətləri olsa da tələskənliklə yaradılmış Naxçıvan Ensiklopediyasına onların böyük hissəsinin adı düşməmişdi. Fətulla bəy Hüseynov, partizan Əfruz (əri ilə birlikdə Şərur və Dərələyəzdə ermənilərə qarşı vurulmuşdur) və Çivə (Dərələyəz) müqavimət hərəkatın yaradıcısı və başçısı Bala bəy Vəkilov, Ordubad müqavimət dəstəsinin komandiri, Müsavat hökuməti zabiti, Naxçıvanda idman hərəkatının qurucularından olan İbrahim Xəlil Axundov, Səttarxan hərəkatında fəal iştirak etdiyinə görə Şeyxülislam tərəfindən mollalıqdan məhrum edilmiş, “Müdjəddin”, “Difai” partiyaların şöbələrini Naxçıvanda yaratmış, erməni işğalçılarına qarşı mübarizədə müstəsna rolu olmuş, sovet hakimiyyəti illərində Azərbaycanı öyrənmə cəmiyyətinin üzvü, Naxçıvan tarixşünaslıq müzeyində rəhbər vəzifədə çalışdığı dövrdə akademik Meşşaninovun, Ələkbərovun arxeoloji qazıntılarında iştirak etmiş Hacı Mir Bağır ağa Heydərzadənin və s. bu cəfakeşlərin apardıqları mübarizə bu gün belə tariximizin açılmamış səhifələrindəndir.
Görkəmli yazıçı, jurnalist, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış etmiş, ömrünün bir hissəsini sovet dövründə Sibirdə keçirmiş Əli Səbri Qasımov hələ 92 il bundan əvvəl Transqafqaz Ali Komissarı general Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaqdır. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bu bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq əldə edən xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu mütləq nəzərə alınmalıdır.” (“Azərbaycan”, qəz., 1919 ¹ 193).
Bu həmin Əli Səbri Qasımovdur ki, Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Ələkbərzadə, Hüseyn Cavid və digər nüfuzlu xalq dəstələrinin yaradılmasına təşəbbüs qaldırmış, onların əlaqələndirilməsində xüsusi rol oynamışdır.
Bu həmin Əli Səbri Qasımovdur ki, Ordubaddan Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə 1919 il sentyabrın 9-da Tiflisdə olmuş, Naxçıvanın neytral zona elan olunmasına etirazını bildirərək 17 maddədən ibarət tələbləri qərb diplomatlarına təqdim etmişdir. Məhz bu cəsur, qəhrəmanlıq qarşısında 1920 ci ilin yanvarında bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk edirlər. Ermənilərin Naxçıvanda möhkəmlənmək niyyətləri puça çıxır. Təəssüflə qeyd edək ki, ermənilər silahla əldə edə bilmədiklərini Sovet hakimiyyətinin ilk illərində əldə etdilər.
... 1965-ci il. Qəribə standartlar şəraitində yaşayırıq: Lenin Milli siyasətinin təntənəsindən ağızdolusu danışdığımız halda Ermənistanda quldur Andranik milli qəhrəman kimi alqışlanır və Azərbaycan rəhbərliyi həmin “şənlikdə” böyük nümayəndə heyəti ilə iştirak edir. Qəribə deyilmi?! İrəvanda soyqırım matəm mitinqləri keçirilir. Onu da deməliyəm ki, həmin anlarda Naxçıvanda dinc durmur, hər bir keçirilən müxtəlif səviyyəli dövlət tədbirlərində etirazlar açıq-saçıq bildirilir (partiya funksionerləri dinləyir, münasibət bildirmirlər), kütləvi etiraz məktublarla rəsmi Moskvaya yağdırılır.
Sözümün canı budur ki, həmin vaxtlarda Naxçıvan yalnız bu metodlarla öz etirazlarını bildirmək zorundaydı. Məhz bu etirazlar nəticəsində rəsmi Kreml sahibləri Naxçıvanda və Dərələyəzdə “dostluq həftələri” keçirmək barədə Azərbaycan rəhbərliyinə göstəriş verir.
... Görkəmli vətəndaş alim Abbas Zamanovun anadan olmasının yüz illiyi münasibəti ilə Prezident sərəncamını mətbuatda oxuduqda ibrətli xatırlama istər-istəməz qələm məhsuluna çevrildi:
Səməd Vurğunun akademik M.A.Dadaşzadənin sədrliyi ilə keçən xatirə gecəsində natiqlər bir-birini əvəz edərək dünyasını vaxtsız dəyişən böyük şairimizin həyat və yaradıcılığından danışırlar. Söz Abbas Zamanova verilir:
– Əziz həmvətənlilər.... Əziz Səmədsevərlər, Vurğun xalqımızın kisəsindən getdi. Vurğun ruhu haqqında danışmaq azdır, onun canından da çox sevdiyi Azərbaycan torpağının taleyi, müqəddəratı uğrunda mübarizə aparmaq lazımdı.. İndi elə biraz bundan əvvəl buraya gələndə köhnə naxçıvanlı bir alimlə (Bakıda ezamiyyətdə olan Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi Əli Əliyev nəzərdə tutulur. – A.Ə.). Vurğunun xatirə gecəsinə getdiyini biləndə fikirli-fikirli dedi: “Abbas, Naxçıvanı ermənilərə verirlər.... Görəsən Səməd Vurğun sağ olsaydı, buna nə ad verərdi? Dedim, sağ olsaydı, deyərdi: Qədim Naxçıvan torpağı Azərbaycanındır və biz onu heç kəsə verməyəcəyik!
Elə bu dəm zal gurladı, hamı ayağa
qalxıb natiqi alqışladı... Məmməd Arif handan-hana dedi:
– Yoldaşlar Naxçıvan
məsələsinin Vurğun
gecəsinə dəxli
yoxdur. Hörmətli alimimiz Abbas
müəllim yəqin
ki öz səhvini boynuna alar.
Bu anda Abbas Zamanov
yerindən durub qəzəblə dedi: “Əsla yox!”
Məmməd Arif vəziyyətdən
çıxmağa çalışaraq
dedi:
– Yoldaşlar, Abbas Zamanov nahaq narahat
olur. Naxçıvana muxtariyyət verən
Lenin milli siyasəti onun muxtariyyətini qoruyacaqdır.
Salondakılar onun bu sözlərinə
də möhkəm əl çaldılar.
... Torpağımızın müqəddəsliyi, ulu xalqımızın şərəfli yolunda mübarizə aparmış
odlu-alovlu vətəndaş
alim Türkiyə Dil qurumunun həqiqi
üzvü seçildi.
Öz halal qazancı hesabına Ərzurum Universitetinə, Təbrizin
Təbiət Universitetinə
müntəzəm olaraq
qiymətli kitablar alıb göndərirdi.
Ərzurum Universitetinin kitabxanasına
türk dünyasının
ləyaqətli, fədakar
oğlu Abbas Zamanovun adı verilmişdir.
Atam Əli Əliyev Abbas müəllimdən yeddi yaş böyük idi, hər ikisi
Şərur rayonundan idi. Məlum hadisədən sonra
Abbas müəllim 6 ildən artıq müddətdə sınmadı,
mübarizəsini davam
etdirdi, işinə və partiya sıralarına bərpa edildi. Atamın o illərdə dediyi sözlərini olduğu kimi oxuculara çatdırıram: “Məni
tənbeh etsələr
də, yerlipərəstlikdə
günahlandırsalar da,
nə bilim, lap şişə taxsalar da, bir danılmaz
həqiqəti deməliyəm
və ömrüm boyu deyəcəyəm: Naxçıvan-Azərbaycanın misilsiz elm, mədəniyyət
mərkəzi, onun ürəkparasıdır. Müqəddəs
Azərbaycanımızın döyünən qəlbi,
düşünən beyni
olmuşdur, Azərbaycanın
vuran əlidir Naxçıvan... Alim qardaşım Abbas Zamanov da bu
odlu torpağın od ürəkli,
vuruşqan, atəş
saçan cəngavər
oğullarından idi...
Əgər Azərbaycan
qədim Odlar Yurdu Türk dünyasının qızıl
üzüyüdürsə, Naxçıvan onun qeyrət qapısıdır...”
Mən Abbas Zamanovun rəhbərliyi altında görkəmli publisist Hüseyn Minasazovun publisistikasından
bəhs edən elmi əsər üzərində çalışan
ilk aspirant olmuşam. Üç
il birgə
işlədiyimiz müddətdə
elmi rəhbərim və mənə tapşırılan tədqiqat
işinin qəhrəmanı
arasında biri digərini tamamlayan oxşarlıqlar görmüşəm
və bundan təsirlənmişəm.
Arif ƏLİYEV,
Azərbaycan DBTİA-nın kafedra
müdiri,
Əməkdar müəllim
525-ci qəzet.- 2011.- 23 noyabr.- S.7.