Bulanıq dünya”dan insanlara ibrət dərsi

 

BugünlərdəŞərq-QərbNəşriyyatında xalq yazıçısı Vidadi BabanlınınBulanıq dünyaadlı romanı işıq üzü görüb. Nəfis tərtibatda çap olunan kitabda yer alan roman günümüzün gənclərinə həsr edilib. İqtisad Universitetinin tələbəsi kimi təqdim olunan Əfsun Zamanlı əvvəldə oxucuya müsbət təsir bağışlasa da əslində bu heç belə deyil. Çox keçmir ki, onun insanlara olan yalançı münasibəti, çirkin niyyətlərini həyata keçirmək hərisliyi əsl üzünü göstərməkdə yardımçı olur. Əsərdə Əfsun kitabxanaçı Durna xanımın ailəsinə soxulmaqla bu ailənin xoşbəxtliyinə son qoysa da, uzun illərdən bəri uşaq səsinə həsrət Durna xanım üçün Əfsun övlad sahibi olmaqda bir vasitəyə çevrilir. Qadın bununla övlad sahibi olaraq, qaynanasının tənələrindən xilas olacağını düşünür Əfsunu öz qohumu kimi ailəsinə daxil edir. Bununla da, ailəsini dağıdır. Durna xanım peşman olanda isə artıq çox gec olur, qadın özünə bəraət qazandırmaq istəsə , artıq bu mümkün deyil. Lakin Durna xanımın həyat yoldaşı Bəhlul müəllim əhdinə vəfalı, sədaqətli çıxaraq Durnanı bağışlayır. Həbsə düşən Əfsun bundan da ibrət dərsi götürməyərək növbəti bəlalara düçar olur. Həbsdən çıxandan sonra yenidən Durnanın yanına gəlir, qadının onu bağışlayacağına ümid edərək. Lakin qadın ona pul verərək qovur, vaxtilə evində kirayədə qaldığı başqa bir qadının nəvəsini özünün pis əməllərinə alət etmək fikrinə düşür, şəhidlərin dəfni üçün toplanan ianə pulları çirkin məqsədləri üçün xərcləyir. Lakin onun pis yola düşmüş bir gənc qızı düşdüyü əxlaqsızlıq yuvasından xilas etməsi hələ insanlıq yoluna geri qayıtmağının mümkün olduğunu göstərir.

Romanda müəllif tələbə-müəllim münasibətləri, böyüyən nəslin mənəvi-əxlaqi keyfiyyətləri, Qarabağ hadisələri, keçid dövrü problemləri əks olunub. Müəllif dövrün düçar olduğu problemləri bir neçə ailənin timsalından fərqli baxış bucağından təqdim edib. Gənclər üçün böyük tərbiyəvi əhəmiyyətə malik olan bu romanın onların gələcəklərinin formalaşmasında əvəzsiz payı var.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 24 noyabr.- S.7.