Nüfuzlu ziyalı, gənclərin yaxın dostu...

 

PROFESSOR ƏHMƏD VƏLİYEVİN 65 YAŞI TAMAM OLUR 

 

Görkəmli alim, peşəkar təhsil mütəxəssisi, məsuliyyətli rəhbər, nüfuzlu ziyalı, etibarlı millət vəkili, gənclərin yaxın dostu...

Bütün bunlarOdlar YurduUniversitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyevi xarakterizə edən xüsusiyyətlərdir. 65 yaşının tamamında Əhməd müəllimin zəngin, şərəfli həyat fəaliyyəti barədə xeyli danışmaq, gördüyü işlərin miqyası, ölkəmiz üçün faydası haqqında söhbət açmaq olar. Lakin Əhməd Vəliyev adı Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxşı tanış olduğu üçün buna ehtiyac görmürəm.

Təkcə onu demək kifayət edir ki, Əhməd Vəliyev cəmiyyətdəki statusuna, hörmət mövqeyinə, həyata keçirdiyi böyük faydalı işlərə görə qədər uca zirvədədirsə, insan olaraq sadə qayğıkeşliyinə görə bir o qədər yüksək pillələrdə qərar tutur.

Əhməd Vəliyev o rəhbərlərdəndir ki, onun qurduğu təhsil ocağında mövcud olan bütün imkanlar, formalaşmış yüksək işgüzar mühit yalnız yalnız tələbələrin, gənclərimizin keyfiyyətli təhsil almasına, dövlətimizə faydalı vətəndaş kimi yetişməsinə hesablanıb...

Əhməd Vəliyev o rektorlardandır ki, tələbələr onu görmək, dərdini, problemini, təkliflərini çatdırmaq üçün qəbul otağına üz tutmur... Çünki Əhməd müəllimin özü hər an tələbələrin arasındadır tələbələr universitetin koridorlarında, auditoriyalarında, şəhərciyində onunla sərbəst söhbət etmək, problemlərini çatdırmaq, bir ziyalı məsləhəti almaq imkanına malikdirlər...

Əhməd Vəliyev o Millət vəkillərindəndir ki, ölkəmizin iki ayrı-ayrı rayonunun seçiciləri ardıcıl olaraq iki dəfə ona etimad göstərib, özlərinə vəkil seçiblər...

Odlar YurduUniversitetinin bütün tələbələri adından 65 illik yubileyi münasibətilə dəyərli elm xadimi Əhməd Vəliyevi təbrik edir, ölkəmizin inkişafı üçün fəaliyyətində bol-bol uğurlar arzu edirəm!

 

 

Fərid ŞAHBAZLI,

Odlar YurduUniversitetinin

tələbəsi, “İslahatçı gənclər

İctimai Birliyinin sədri

 

525-ci qəzet.- 2011.- 25 noyabr.- S.2.