“Vmesto pisma” – “Məktub yerinə”
Moskvanın
“İsloq” nəşriyyatında dəyərli şairimiz Məmməd
İsmayılın seçilmiş şeir və
poemalarından ibarət yeni kitabı çapdan
çıxıb. Bu, şairin Moskvada çap olunan 8-ci
kitabıdır. Kitab üç hissədən ibarətdir:
seçmə şeirlər, poemalar və şairin son dövr
yaradıcılığından yeni tərcümələr...
Nəfis şəkildə
çap olunmuş kitaba rus şerinin önəmli şairləri
Y.Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcümələri
daxildir.
Kitabın tərtibatçısı
və ön sözün müəllifi ədəbiyyatımızın
yaxın dostu, tərcüməçisi, Azərbaycan oxucusunun
da yaxşı tanıdığı ünlü rus şairi
Mixail Sinelnikovdur. Azərbaycan-Rusiya ədəbi əlaqələri
baxımından əhəmiyyətini nəzərə alaraq və
oxucularımız üçün maraqlı
olacağını düşünərək, kitabdan “Ön
sözü” çap etmək qərarına gəldik.
Hötenin belə bir məşhur
sözü var: “Şairi yaxından tanımaq
üçün ilk öncə onun vətənini görmək
lazımdır”. İş
elə gətirdi ki, mən Məmməd İsmayılın
şeirləri ilə, vətənindən öncə
tanış oldum. Və artıq uzaqdan gəl-gəl deyən,
gözəl Azərbaycanı yaddaşımda böyük Azərbaycan
şairi Məmməd İsmayılın bu və ya digər
misralarını tutaraq tanımağa başladım. Məmməd
İsmayıl uşaqlığından üzü bəri
bütün həyatı boyu doğma torpağının uzun
və çiləli tarixinin vazkeçilməz mənzərələrini
ruhunda daşıyan bir sənətkardır.
Qde jizn, çto
isçezla,
Uşla, kak trava
pod lemex,
Videnə bessledney?
Uşli, Aranqala, tvoy
prervannıy smex
İ krik tvoy
posledniy.
Poslednee slovo,
Nadejdı posledniy obman,
Molene
Ostalis i stali zemley.
Kak verblöjiy bolğşoy
karavan,
Zdes vremə molçit,
Pritomivşis i stav na
koleni.
(Perevod M.Sinelğnikova)
Mənə elə gəlir ki,
keçənlərin, itirilmişlərin və böyük vətənin
böyük xarabalıqlarına sığınıb qalan əzəmətinin
həsrəti şairi hələ uşaqlıq
cağlarından izləmişdir. Halbuki
bu uşaqlığın daha ciddi qayğıları və məhrumiyyətləri
mövcud idi. Bu qayğıların
başında amansız dünya ilə dil tapıb yaşamaq
gəlirdi. Oğluna, sonralar baxıb təsəlli
tapacaq şəklini belə qoymayan, müharibəyə gedib
geri dönməyən bir ata itirən Məmmədə
uşaqlığın ən çətin, ən ağır
yetimlik illərini yaşamaq qismət olmuşdur. Bir
parça qısır torpaqda amansız yaşam mübarizəsində
gücü son həddə çatan ana və bir də
ana-balanın yaşamaq adına olub
qopanları tək bir qoyun, tək bir gəzəl alma
düşünün! Bütün bunlar gözdən-könüldən
uzaq-hücrə dağ kəndi Əsrikdə yetim Məmmədin
ilk həqiqət və xəyal dünyası idi. Ac-yalavac uşaqlıq illəri, cavabsız
qalmağa məhkum olan ilk yeniyetməlik məhəbbəti
şairin ruhunda elə dərin və silinməz izlər
buraxmışdır ki?! Bu iki acı
başlanğıc, bu iki yaxıcı yaddaş Məmməd
İsmayıl poeziyasının tükənməz ilham
qaynaqlarıdır. Bəlkə buna görə də
şairin adı keçən qaynaqlarla təmasda yazılan
müxtəlif illərin şeirləri daha təsirli və
nüfuzedicidir:
i pervaya
löbov neizqladima!
Kak tenğ, vsö jizn tı xodiş za
lödmi,
Do smerti ot löbvi
neotdelima.
voy vzor vo tğme
qorit neuqasimo.
Vozmi menə, vozmi menya,
Vozmi!
(Perevod
A.Kuşnera)
Mən, uzaq bir kənddə
ehtiyac içində böyüyən, amma bütün bu həyat
əngəllərinə baxmayaraq çox erkən yaşda
ümumxalq sevgisi qazanan bir talenin həyat hekayəsini
bütün detalları ilə burada təkrarlamaq fikrində
deyiləm. Onsuz da bu həyat hekayəsi bütün
dolğunluğu ilə sahibinin əsərlərinə
çoxdan hopmuşdur. Amma əsas olan odur ki,
ömrün səhərində həyatın bütün
amansızlığını, adamların daşürəkliliyini
görsə də şair, dünyaya və insanlara
qarşı kin bəsləməmiş, bəxtinə
düşən taleyi insanlıq taleyinin ayrılmaz bir
parçası kimi qəbul etmişdir. Və
çılğın bir ilham anında böyük həyati
təsdiqi-əbədiyyəti mükəmməl bir
biçimdə şeirə gətirmişdir:
Koqda dvijenö
dano naçalo,
Koqda probilis
rostki poseva,
Kto to znaet, – qde
povstreçala
İ polöbila
Adama Eva?
Şli gti dvoe skvoz dojd
i vöqu,
İ pokolenya idut po sledu.
Vedet doroqa ot deda k vnuku,
Ona prodlitsya ot vnuka k
dedu.
Uxodyat v poçvu tısəçeletya,
Povitı nedra kornəmi dreva.
İ tolko dvoe jivut na
svete,
İx tolko dvoe – Adam i Eva.
(Perevod M.Sinelğnikova)
Həyatını örnək bir şəkildə
yaşamış hər bir həqiqi şairin,
özünün yubileyində, ya da yaradıcılıq gecəsində
ən azından ömründə heç olmasa bircə dəfə
“dahi şair” adlandırılmağa haqqı var. Amma Məmməd
İsmayıl poeziyasının belə xoşməramlı
şişirtmə təriflərə ehtiyacı yoxdur. Çünki onun poeziyası ədəbiyyat
dünyasında yüksək və davamlı bir hadisədir.
Onun haqqında “böyük” kəlməsini
işlətmək olsa-olsa məlum faktın təsdiqidir.
Məmməd xalqının sevimli şairi olaraq
qalır və onun misraları çoxlarının diləzbəridir.
Üstümüzə gələn zamansız və
amansız tarixi hadisələr M.İsmayılın taleyinin məcrasını
yox, yalnız həyatının axarını dəyişdirə
bildi. Onunla “zarafat” edən tale onu qürbətə
götürdü. (Bu qürbət onun
ruhuna və dilinə yaxın olsa da). Son
zaman kəsiyində M.İsmayıl Türkiyənin
Çanaqqala universitetində professor olaraq
çalışmağa başladı. Türkiyədə
onun türk filologiyasına və poeziyasına aid elmi əsərləri
yayınlanır. Öyrənciləri,
iş yoldaşları, Türkiyənin önəmli sənətkarları
arasında böyük nüfuza sahibdir, onu sevirlər. Bu
uzaqdan uzağa bir təsbit deyil, bir neçə il bundan əvvəl
köhnə dostumun yanına gedib onunla birlikdə Türkiyəni
gəzəndə, evində, pəncərələrindən
sularında davamlı gəmi və qayıqlar üzən
Dardanel boğazı görünən dərs dediyi universitetin
salon və auditoriyalarında bütün bu dediklərimin
canlı şahidi olmuşam. Məmməd
İsmayıl xeyli müddət ayrı düşdüyü
Azərbaycan oxucuları üçün də
unudulmamışdır. İki il əvvəl
şairin 70 illik yubileyində iştirak etmək
üçün Bakıda olanda M.İsmayıla xalq sevgisinin
partlayışını da öz gözlərimlə
gördüm.
Nəticə
çıxarmağın hələ tez olduğunu
düşünərək keçilən
yaradıcılıq yolları haqqında nə demək olar? Burada yalnız şairin poetikasında
geridönüşülməz dəyişikliklərin nədən
ibarət olduğunu açmaqdan söhbət gedə bilər.
Əlbəttə, bu poeziyanın əsasında
başlanğıcda nə vardısa o, yenə də davam etmədədir.
Çılğın xəyal gücü, müqayisə
olunması ağla gəlməyən nəsnələrin
müqayisəyəgəlməz qarşılaşdırılması,
forma və biçim ustalığı, misraların zərgər
dəqiqliyi ilə cilalanması, poetik güc; həm də
göründüyü kimi bu gücün aradan keçən
uzun zaman məsafəsində daha da vüsət alması...Və
əlbəttə keçilən sınaqlarda qorunub mühafizə
olunan daxili sənətkar özgürlüyü, bir də
böyük poeziyanın meydana gəlməsi üçün
gərək olan xarakterin gücü...Amma mənə elə gəlir
ki, bütün bu söylədiklərimdən başqa
şairin son dövr yaradıcılığına acı və
hüzün motivləri də əlavə olunmuşdur. Bütün bunlarla birlikdə kimsədən borc
alınmayan, təbii və müdrikliyin təsəlli qəbuletməyən
hikmət təcrübəsi, sözlərin dərinliklərindən
boy göstərən dini duyğuların hissolunacaq dərəcədə
(bəzən bir elə də gözə çarpmayan, amma var
olan) güclənməsi də üslub bənzərsizliyinin
gözə çarpan yönləridir.
Son dövr şeirlərinin
toxumalarında poeziya üçün heç zaman yad olmayan
qarşısıalınmaz İslam fatalizmi də gözəçarpacaq
həddə güclənmişdir.Yeri gəlmişkən
taleyin insan üzərindəki hakimiyyətinin var oluşu
düşüncəsi Qərb insanı üçün də
yad deyildir. Belə olmasaydı qədim
yunanlı Epikur misal gətirəcəyim fikirləri söylərdimi?
:”Tale ona boyun əyənləri aparır, müqavimət
göstərənləri isə sürükləyir”.
Ağlın bütün bu ruhsal hallarının səbəbləri
vardi və həm də heç də yaşla bağlı
olmayan səbəbləri...
Tarixdə Şərqin
və Qərbin, amansız siyasi olaylara qoşulan və ya
başqa bir şəkildə bu mübarizələrin
qurbanına çevrilən sənətkarları az
olmamışdır. Onlara örnək olaraq dünya
lirikasının banisi sayılan Arxiloxla yanaşı Danteni,
Vaqifi, Maxtımqulunu, Bayronu, Hüqonu göstərə bilərik.
Siyahını daha da uzatmaq olardı... Bu
gözlənilməz siyasiləşmənin əsas motivləri
əslində ən xeyirxah niyyətlərdən
başlayır: yaradıcı sənətkar tənhalığını
aradan qaldırmağa can atmaq, fəlakət anında
xalqının yanında yer almaq, günahsız yerə incidilən,
haqqı tapdalanan insanların köməyinə
çatmaq!
İzahı
çətin olmayan, mənəvi cəhətdən haqq
qazandırılan bu cür hərəkətlər əslində
şair fəaliyyəti üçün xarakterik deyildir.Və
mən yaxşı təsəvvür edirəm ki, Məmməd
İsmayıl siyasi olayların gətirib
çıxardığı yüksək dövlət vəzifəsindən nəhayət ki,
canını qurtararkən necə dərindən, rahat bir nəfəs
almışdır. Kimə məlum deyil ki, bu
cür məsul vəzifələr onsuz da
yaradıcılığına çox böyük ciddiyyətlə
yanaşan insanın məsuliyyətini ikiqat artırır
(unutmayaq ki, şair, yüksək vəzifələrdə
işləməyəndə belə xalqının taleyi
qarşısında məsuliyyətini dərindən
hiss edir, o ki qalsın yüksək və məsuliyyətli
dövlət vəzifəsini də daşımış ola. Buna görə də bu iki vəzifəni birlikdə
daşımaq şairin gücü xaricində olur).Vəzifədən
ayrıldıqdan sonra Məmmədin qarşısında
ehtiyacın ağır illəri başlamışdı. Ailəsini
aclığın pəncəsindən qurtarmaq
üçün gərgin və ağır mücadiləyə
başlasa da elə bilirəm ruhən xeyli yüngülləşmişdi.
Çünki öncədən göylərdən
onunçün ayrılmış özünün təbii fəaliyyət
aləminə, yəni şeirə geri dönə bilmişdi.
Axı heç kim anadan teleşirkət sədri kimi
doğulmur, amma bəzilər şair doğulur, fəqət
bu doğum da çox az adama qismət olur.
Yaşadığı
dönəmdə böyük şairləri əhatə edən
çevrə, dost yaxud düşmən olmasına baxmayaraq
onunla bu vəya başqa bir şəkildə yolları kəsişənlər,
onu sadəcə görənlər və görüş
şahidləri böyük sənətkarların müasirləri
kimi gələcək
nəsillər üçün maraq kəsb edirlər. Nəvələr,
nəticələr (o cümlədən sənətkarın
öz nəvə və nəticələri də)
böyük sənətkarları bu maraq dairəsinə
görə dəyərləndirirlər. Yeri gəlmişkən,
tarixçilərin dəyərləndirməsində iqtidar
sahibləri də eyni ölçüyə tabe olur... Amma necə
deyərlər, heç də bütün iqtidar sahibləri sənətkarlara
münasibətdə ağılla hərəkət edib
yüksək davranış səviyyəsinə çata bilməmişlər.
Burada qeydə dəyər istisnalar da yox deyildir. Misal olaraq Yuli
Sezarı xatırlamaq mümkündür. Qədim
dünyanın önəmli yunan şairi Katul Yuli Sezar
haqqında sətirləri min illərcə ağıllardan
silinməyən öldürücü satiralar
yazmışdı. Amma Katulun dəyərini bilən, onun
sözlərinin ölümsüzlüyünü hiss edən
Sezar, nəinki Katulla yaxşı davranmış, hətta dəfələrlə
onu saraya kef məclislərinə dəvət etmiş,
epiqramların müəllifi ilə onun yazdıqlarına əsla
eyham vurmadan həvəslə söhbət etmişdi. Bəli,
belə bir davranış və cavab üçün,
görünür, Sezar ruhunun böyüklüyü gərəkmiş.
1975-ci ilin yay günlərinin birini
heç unutmaram. Müvəqqəti
olaraq “Drujba narodov” jurnalının şeir şöbəsinə
rəhbərlik edirdim. O zaman iş otağıma
kitabının nəşriyyat redaktoru ilə birlikdə gənc,
qara saçlı, qara bığlı azərbaycanlı
şair gəldi. Mənə Məmməd
İsmayılın nəşrə hazırlanan
kitabının tərcüməsini təklif etdilər.
O dönəmdə tərcümə işim onsuz da
başımdan aşırdı. Həm də Azərbaycan
dünyasından uzaqdım, çağdaş Azərbaycan
poeziyası haqqında təsəvvürüm yetərincə
deyildi. Açığı sadəcə nəzakət
xatirinə: “Gərək mətnlə tanış olam”, –
cavabını verdim. Başqa nə cavab verə
bilərdim ki?! Və cavabımdan sonra azərbaycanlı
ziyarətçimin üzünün ciddiləşib gərildiyini
hiss etdim. Amma evdə kitabı bir-iki saat oxuduqdan
sonra anladım ki, çox güclü və özünəməxsus
ədəbi hadisə ilə qarşı-qarşıyayam.
Beləliklə, Məmməd İsmayılla
dostluğum başladı və şeirləri vasitəsilə
onun vətənini yaxından tanıdım. Məmməd İsmayıl şeirinin davamlı tərcüməçiləri
və dostları olacaq (baxmayaraq ki, hər birinin özünəməxsus
tanışlıq novellası var) Yuri Kuznetsov və Aleksandr
Kuşner də belə bir seçim edəcəkdilər.
Yeri gəlmişkən deyim ki, tərcüməçi
tərcümə etdiyi şairin siyası görüşlərini
və maraqlarını bölüşməyə də bilər.
Amma iş burasındadır ki, dostluq və poeziya hər
cür siyasətdən daha yüksəkdə dayanır. Və şair, əgər o doğrudan da həqiqi
şairdirsə, dostuna xəyanət edə bilməz, etsə,
belə bir xəyanət insanın özünün
özünə xəyanəti olardı.
Məmməd İsmayılın rus tərcüməçilərinin
hər birinin öz uğurları var. Bu ön sözdə mərhum
Yuri Kuznetsov tərəfindən edilən bir mükəmməl
tərcüməni xatırlamamaq ədalətsizlik olardı. Şeir “Nar” adlanır. (Nar, Məmməd
İsmayıl poeziyasının sevimli və simvolik
obrazıdır. Və təsadüfi deyil
ki, bir zamanlar şair rus dilində Moskvada çap olunan ilk
kitabına “Zerna speloqo qranata” (“Dəymiş nar dənələri”)
adını vermişdi).
Otkuda on, qranat? Otkuda
Eqo qustoy zernistıy znoy?
On svet, on malenkoe çudo,
On soverşennıy şar
zemnoy.
Soşlis vnutri, tesnə svobodu,
Qnezdo v qnezdo, zerno v zerno,
Strana k strane, narod k narodu;
Vnutri eqo krasnım-krasno.
Porədok i stolpotvorene
Nebesnıx vstreç, zemnıx
razluk.
O, to zvezdnoe skoplene!
O, polnıy taynami sunduk!
Kakoy obcem v neqo vmestilsya,
İ on ni leqok, ni tyajel!
Koqda Novruzu on prisnilsya,
Novruz löbimuö naşel.
Derju eqo , kak slovo
bratstva,
Razrezan nadvoe qranat
Tekuçim lezviem Araksa,
İ poluşariə qoryat.
Əlbəttə hələ sovet
dönəminin çətin zamanlarında bir vətənin
ikiyə parçalandığını dilə gətirən
bu şeir öz-özlüyündə çox
güclüdür. Ona görə
güclüdür deyirəm ki, bu şeirdə bir-birindən
uzaq olan ideyalar mükəmməl bir şəkildə
çarpazlaşdırılıb (şeirlə bağlı qədim
rus təsəvvüründə olduğu kimi). Az sözlə həm şəxsi, həm də
təmsil etdiyi xalqın taleyi haqqında o qədər
çox fikirlər deyilib, real dünya ilə nağıl
dünyası elə şahanə bir şəkildə bir
araya gətirilib ki?! Orijinalda olduğu kimi
şeirin rus dilinə tərcüməsində də,
Mandelştamın təbiri ilə desək, fikirlər misralara
– aorta-damarlara sığmır. Birdən-birə
cuşa gələn ilham (yox, belə ilham ekstazı saatlarla
yazı masasının arxasında oturmaqla gəlməz)
parlaqlığının gücü və tərcümə
etdiyin şairin taleyi ilə onun mənsub olduğu xalqın
taleyini canınla, qanınla hiss etmək bu tərcümədə
bir araya gəlmişdir. Özünü poetik sexin sənətkarlarından
biri kimi hiss edən bu yazının müəllifi qeyri-iradi
bir şəkildə Puşkindən Pasternaka (Pasternak dəsti-xətti,
səs tembri adıkeçən tərcümədə,
özəlliklə onun üçüncü
dördlüyün əvvəlində açıqca hiss
olunur) qədər uzanıb gələn ənənəvi rus
vəzninin taleyi haqqında da düşünməli olur. Və
mənə elə gəlir ki, belə bir tərcüməyə
görə Puşkinlə Pasternak öz “yetirmələrinə”
əla qiymət verərdilər... Düşünürəm
ki, yalnız bu səviyyədə bir tərcümə əsəri
Rus ədəbiyyatı faktına və onun ayrılmaz tərkib
hissəsinə çevrilə bilər. Və
tərcüməçi üçün bundan böyük tərif
yoxdur.
İnanıram ki, belə şeirlərin
müəllifi kimi Məmməd İsmayıl hər zaman
Rusiyada da öz minnətdar oxucusunu tapacaq!
Mixail
SİNELNİKOV
525-ci qəzet.-
2011.- 1 oktyabr.- S.24.