El adamı

 

“Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Ümummilli ilder Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycanın dağlar gözəli olan Laçını və laçınlıları daha yüksək səviyyədə səciyyələndirir. Doğrudan da, Laçın gözəl təbiətli, mərd, etibarlı, məğrur və qonaqpərvər insanlar diyarı idi.

Mən bu yazımda Laçının yetişdirməsi, nurlu ziyalı, xeyirxah insan Rəfael Səttar oğlu Məhərrəmov haqqında söhbət açacağam.

Öz uşaqlıq aləminə baş vurmaq, xatirələri yada salmaq qəlbən təmizlənmək xoşbəxtlikdir. 1962-1963-cu illərdə Laçın şəhər orta məktəbinin son siniflərində oxuyarkən həyat məktəbində bizi hansı çətin və mürəkkəb dərslərin gözləyəcəyinin fərqinə varmadan orta məktəbi tezliklə bitirib, dərslərdən qurtulmağı düşünürdük. Bizim dövrümüzdə gənclər üçün başqa meyarlar, mənəvi dəyərlər var idi. Əfsanəvi partizan Mehdi Hüseynzadə, general Həzi Aslanov, xalq qəhrəmanı Babək, ilk kosmonavt Yuri Qaqarin və başqaları bizim üçün qəhrəmanlıq örnəyi idilər. Hətta bizdən yuxarı sinifdə oxuyan uşaqlardan elələri var idi ki, onlar da bizim gözümüzdə qəhrəman kimi görünürdülər. Belələrindən bizdən iki sinif irəlidə oxuyan uşaqlar məktəbimizin tarixində xüsusi bir iz qoymuşdular. Onlar yaxşı oxumaqla, ictimai işlərdə fəal iştirak etməklə bərabər, çox yüksək səviyyədə təşkilatlanmışdılar. Bununla yanaşı, olduqca nadinc, davakar idilər. Məktəbdə yaramaz hərəkət edən uşaqlara qarşı, hətta həddi aşan müəllimlərə qarşı da cəza verməkdən çəkinmirdilər. Ancaq haqsız yerə heç kəsi cəzalandırmırdılar. Qızlara sataşan, özlərindən kiçik, zəif uşaqları döyüb incidən, ədəb-ərkan qaydalarını gözləməyənlər haqqında təsirli tədbirlər görürdülər. Bir dəfə məktəbimizin cavan idman müəllimini gözünün altı qaralmış gördük, onu hansısa günahına görə cəzalandırmışdılar. Onlar sinifdə yarıgizli təşkilat yaratmış, təşkilata özlərindən sədr, prokuror, məhkəmə sədri və icraçı yasovullar seçmişdilər. Həmin təşkilat “RCD” adlanırdı, mənası – “Rütbəli Cənablar Dövləti” idi. Təşkilat bir məsələ haqqında qərar qəbul edir, sənəd tərtib olunaraq əldə düzəldilmiş möhürlə təsdiqlənir və yasovullar tərəfindən icra edilirdi.

“RCD”nin yaradılmasının təşəbbüskarı və sədri Rəfael Məhərrəmov, fəal üzvləri Yusif Vəliyev, Akif Məhərrəmov, Elbrus Xıdırov, Eldar Məhərrəmov, Ərşad İbrahimov, Nadir Səfərəliyev, Ərəstun Kərimov, Yaşar Şamilov və başqaları idilər.

Dəfələrlə onların nizam-intizam məsələləri müzakirə üçün qaldırılsa da, əla və yaxşı qiymətlərlə oxuduqlarına və bəlkə də rayonda olduqca nüfuzlu ailələrin övladları olduqlarına görə cəzalandırılmırdılar.

“RCD”nin dəstəyi ilə rayonda müxtəlif idman oyunları, teatr tamaşaları oynanılırdı, onlar rayonrespublika olimpiadalarında məktəbimizi fəal təmsil edirdilər. Dəfələrlə rayon mədəniyyət evində klassiklərin dram əsərlərinin tamaşalarını qoyurdular. Yadımdadır ki, tamaşalar o qədər baxımlı keçirdi ki, yer olmadığı üçün insanların çoxu həyətdə dayanıb pəncərələrdən tamaşanı seyr edirdilər.

“RCD” üzvləri hamısı bir nəfər kimi orta məktəbi bitirən il ali məktəblərə qəbul oldular.

Rəfael Məhərrəmov 1968 ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək doğma rayona qayıtdı. Bəlkə də “RCD” yaratmaqdan qaynaqlanan təşkilatçılıq qabiliyyəti qısa müddətdə rayonun ictimai həyatında fəal iştirak etməyə və mühüm mövqe tutmağa ona kömək etmiş oldu. İlk əvvəl Rəfael rayonda yeni təşkil edilmiş Bərdə 5 saylı Peşə Texniki Məktəbin kurslarına rəhbərliklə işə başladı. Rayonun ayrı-ayrı sahələrində müxtəlif ixtisaslı peşə sahiblərinə olan tələb və ehtiyac nəzərə alınaraq filial böyüdüldü, kursların sayı artırıldı. Beləliklə Bərdə 5 saylı PTM-nin filialı müstəqil məktəbə çevrildi. Məktəbə olduqca nüfuzlu, mərd, cəsur, yüksək səviyyədə savadlı, seçilib-sayılan el ağsaqqalı – Əliş Tanrıverdiyev direktor, Rafal Məhərrəmov isə müavin təyin edildilər. Onunla birlikdə çalışmaq gənc Rəfaelin gələcək karyerasında böyük, həm də həlledici rol oynadı. Onlar qısa müddətdə Bərdə peşə texniki məktəbinin filialını maddi-texniki imkanları daha böyük müstəqil bir məktəbə çevirdilər. Laçında mühasib, mexanizator, sürücüs. ixtisaslı mütəxəssislər hazırlandı, onlarla müəllim bu məktəbdə özlərinə yerləri tapmaqla bərabər rayonda ixtisaslı peşə kadrlarına olan tələbat ödənildi.

1970-ci ildə Rəfael müəllim rayon avtobazasına istismar rəisi vəzifəsinə keçdi. Onun işgüzarlığı, xüsusən də avtobaza kimi çətin bir təsərrüfatın kollektivi arasında qazandığı böyük nüfuz rayonrespublika nəqliyyat nazirliyi rəhbərlərinin diqqətindən yayınmadı. 1972-ci ildə rayon avtonəqliyyat müəssisəsinin, yəni avtobazanın direktoru kimi çətin və məsul bir vəzifə ona həvalə edildi. Rəfael iri yük tutumlu avtomobillər, taksilər, avtobuslar hesabına avtomobil parkının kəmiyyət və keyfiyyət tərkibinin kökündən dəyişdirilməsinə nail oldu. Laçının 120-dən çox kəndi olmasına baxmayaraq rayon üzrə cəmi 5 avtobus marşrutu var idi. Rəfael müəllimin təşkilatçılıq səyi nəticəsində bu marşrutların sayı 26-ya çatdırıldı. Kollektivdə tələbkarlıqla yanaşı səmimiyyət, inam, etibar hökm sürürdü. O, sözünün sahibi olan, gözü-könlü tox bir rəhbər idi, kollektivdə hamı qayğı və diqqət ilə əhatə olunmuşdu.

Onun təşəbbüsü ilə avtobaza işçiləri üçün çox mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdi. Rayonda bir çox idarə-müəssisə rəhbərləri bu nəcib təşəbbüsə qoşuldular.

Dağ rayonu olmasına, böyük zavod-fabrik və digər iri müəssisələrin olmadığına görə Laçında adamların işlə təmin edilməsində böyük çətinliklər var idi. Bunu nəzərə alan rəhbərlik rayonda maddi texniki bazası olduqca zəif olan, artıq fəaliyyəti dayanmaq üzrə olan Yerli Sənaye Kombinatının istehsal fəaliyyətini genişləndirmək məqsədi ilə 1988-ci ildə Rəfael müəllimi geri qalmış bir sahəyə direktor vəzifəsinə tövsiyə etdi. Qətiyyət və bacarıqla işə başlayan Rəfael müəllim qısa vaxtda kombinatın istehsal sahələrini genişləndirdi, yerli xammal hesabına yuyucu tozlar, mərmər, xüsusi geyimlər və s. müxtəlif tikiş məmulatları istehsal edən sexlər təşkil etdi. Tələbat yarandığı üçün rayonda böyük ehtiyatlara malik mərmər yataqları aşkarlandı. Müəssisədə istehsal olunan məhsullar Pribaltika ölkələrinə göndərildi. İşçilərin sayı 12-dən 100-ə çatdırıldı. Ucqar kəndlərdə istehsal sexləri açıldı. Rayonun HoçazBozdoğan kəndlərində böyük ehtiyatlara malik olduqca qiymətli mərmər yataqları aşkarlandı və istehsalı üçün müvafiq tədbirlər görüldü.

Laçın rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq təşkil edirdi. Maddi texniki təchizatın kənd təsərrüfatı istehsalındakı mühüm və əsas rolunu nəzərə alan rəhbərlik Rafal müəllimi 1989-cu ildə Rayon Maddi-texniki təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinə baş direktor vəzifəsinə təyin etdi. O, yuxarı respublika təşkilatları ilə əlaqə qurmağı olduqca yaxşı bacardığından kənd təsərrüfatı kimi çətin və mürəkkəb bir sahənin texniki təchizatını qısa müddətdə yüksək səviyyədə qura bildi.

... Vətənimizin üzərini təhlükə alanda, erməni qəsbkarları öz havadarlarının köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonların dinc əhalisinə qarşı istilaçılıq müharibəsinə başlayanda Rəfael müəllim özü üçün yeni bir yol seçdi. O, əyninə hərbi mundir geyinərək özünümüdafiə alayı komandirinin texnika üzrə müavini kimi silaha sarılıb rayonun müdafiəsinə qalxdı. İşçilərdən ibarət özünümüdafiə dəstələri yaratdı. Sərhəd kəndləri ilə kəsilmiş əlaqəni mərkəzləşdirilmiş naqilsiz hava telefonu rabitəsilə bərpa etdirayonun bütün ərazisi ilə daimi telefon əlaqəsi yarandı.

...1992 ci il may ayının 18-də yağı düşmən ölkədaxili siyasi çəkişmədən istifadə edərək qeyri bərabər qüvvə ilə mühasirədə tək qalmış Laçın özünümüdafiə qüvvələrinin müqavimətini qıraraq yurdumuzu işğal etdi. Erməni qəsbkarları Laçını Qarabağın qara qapısı adlandırırdılar. Onlar arzularına çataraq, Ermənistandan Dağlıq Qarabağa bir başa yol açdılar, müqəddəs torpaqlarımız qoca tarixinvaxtsa cəzasını verəcək xəyanət nəticəsində yağı tapdağına məruz qaldı. Rafael müəllim döyüş meydanı olan Laçınımızı ən son tərk edənlərdəndir. Hətta onun döyüşdən sağ çıxmadığı haqqında söz söhbətlər belə gəzişirdi. Dəhşətli döyüş meydanında keçirdiyi ağır psixoloji sarsıntılar bu gün onun səhhətində özünü göstərir.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin torpaqların qorunması üçün xalqa müraciətinə qoşulan Rəfael müəllim respublikayerli mətbuatda laçınlıları Milli Orduya səfərbərliyə çağıran və laçınlılardan ibarət alay yaratmaq təşəbbüsü ilə çıxış etdi. Bu haqda 06 noyabr 1993-cü ildə “Bərdə” qəzetində Rafael Məhərrəmovun laçınlı məcburi köçkünlərə müraciəti çap edildi. O, yaradılacaq alayın təşkili üçün pul vəsaiti köçürməyi və döyüşçülərin arxa cəbhədə qalan ailə üzvlərinə maddi yardım göstərməyi öz öhdəsinə götürdü. Onun bu müraciətinə laçınlılar müsbət cavab verərək, nəzərdə tutulandan da xeyli artıq sayda çağrışçılar göstərilən ünvana toplandılar. Gələnlər içərisində hətta başqa respublikalarda yaşayanlar, hərbi xidməti başa vuranlar və yaralı əsgərlər də var idi.

...Rəfael müəllim 1999-cu ildə Azərbaycan Dövlət Avtonəqliyyat Konserninin Qarabağ regional müfəttişliyinin rəisi, sonralar isə Bakı şəhər İcra Hakimiyyəti Xidmət Departamenti Cənub İdarəsinin rəisi işləmişdir. O, bu vəzifələrdə işləyəndə də qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin qayğısına qalmış onların kiçik sahibkarlıqla məşğul olması üçün hər vasitə ilə şərait yaratmışdır.

Rafael müəllim 2003-cü ildə “Azneftİstehsalat BirliyininQum adası” NeftQaz Çıxarma İdarəsi avtomobil təsərrüfatına rəis müavini vəzifəsinə təyin edildi. İşgüzarlığı, bacarığı, idarəçilik qabiliyyəti, insanları öz arxası ilə aparmaq qabiliyyəti, ən çətin anda belə təmkin, səbr və müdrikliyini itirməmək az zaman içərisində bu kollektivdə də ona böyük nüfuz və hörmət qazandırdı. Hamı onu özünə ağsaqqal hesab etməklə, məsləhət yeri kimi bildilər.

Rəfael müəllim yüksək qabiliyyətli bir təşkilatçı olmaqla bərabər, həm də həssas qəlbli bir insandır. Onun Vətənə, məcburi köçkünlərin dağıdılmış doğma ocaqlarına həsr edilmiş şerləri vətəndaş bir övladın laçınlı dünyasının, laçınlı günlərinin kövrək və kədərli mənzərələrini əks etdirir. Laçınsoy təxəllüsü ilə yazıları respublika mətbuatında çap olunmuşQalmaz yada, qalmaz Laçın”, “Mənə qaçqın deməyin”, “Turşuyum mənim” və s. şerləri sabaha tam və qətiyyətli çağrışdır.

Rəfael Vətənini, millətini sevən qürurlu, mərd bir azərbaycanlı olmaqla bərabər, sözün əsl mənasında həm də böyük bir DOSTDUR. O, gəncliyindən dost dediyi şəxslərlə bu gün də əlaqəni kəsmir. Kin-küdurət, həsəd, paxıllıq ona yad olan xüsusiyyətlərdir. O, Laçından kənarda və rayonda nüfuzlu adamların olmasına ürəkdən sevinən, imkan daxilində dostlara şərait yaratmağa hər cür kömək göstərən bir insandır. O, dostlarını özündən yüksəkdə görməklə fəxr edən, bu zirvəyə çatmaq üçün onları istiqamətləndirən, çətinlikləri olanda bildirmədən bu yükü öz boynuna götürən, düzgün yol göstərən sədaqətli DOSTDUR.

Rəfael müəllimin zəngin həyat və əmək fəaliyyəti bir yazıya sığmaz. Yüksək bacarığa malik təşkilatçı, Vətənini, yurdunu, el-obasını ürəkdən sevən vətənpərvər bir ziyalı, həssas və kövrək qəlbdən sızılıb gələn şerlər müəllifi olan Rəfael müəllim haqqında sanballı bir kitab yazmağı qələm əhli olan dostların öhdəsinə buraxaram. Bu yazdıqlarım peşəkarcasına olmasa da, onunu haqqında mənim ürək sözlərim idi.

 

 

Qəzənfər HÜSEYNOV

 

525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.6.