İranda talış məsələsinin gündəmə gətirilməsində məqsəd azəri türklərinin ayağa qalxmasına alternativ yaratmaqdır”

 

 

Müsahibimiz “AssA-İradə” xəbər agentliyinin  Azernews” qəzetinin rəhbəri, şərqşünas,  fəlsəfə doktoru Fazil Güneydir.

 

– Mətbuatın yaydığı xəbərə görə, özünü “talışların lideri, hüquq müdafiəçisi” adlandıran Ələkrəm Hümbətov bu ay İrana gedəcək. O, İran hökumətinin dəstəyilə keçiriləcək “Talışların tarixi və mədəniyyəti” adlı silsilə tədbirlərə dəvət olunub. Sizcə, İranın bu məqamda talışları və separatçı Hümbətovu “xatırlaması” nə ilə bağlıdır?

– İranda hakimiyyətin yuxarı eşalonunda oturmuş şovinist ünsürlər yenə suyu bulandırırlar. Məqsəd Azərbaycan Respublikasının daxilində – cənubunda yaşayanfarsdillietnik qrup vasitəsilə özlərinə dayaq seçib aranı qarışdırmaqdır. Və bütün bunlar Urmiya gölünün quruması ilə İranın yarısını təşkil edən azəri türklərinin ayağa qalxmasına alternativ yaratmaqdır. Yeri gəlmişkən, onu da xatırladım ki, İran – dövlətin, coğrafi məkanın adıdır. Burada azəri türkləri, farslar, kürdlər, bəluclar, türkmənlər, giləklər, qaşqaylar, ərəblər hətta ermənilər yaşayırlar. Əcəba azsaylı ermənilərdən başqa digər millətlərə öz dilində danışıb yazmağı, öz tarixini araşdırmağı qadağan etmiş İranın hakim dairələri niyə birdən-birə qondarma talış tarixinə həsr olunan elmi toplantı keçirir? Axı. tarixi qaldıranda “talış” adı aparıb türklərə çıxacaq. Bəyəm onlar Azərbaycanın cənubunda məskunlaşmış, yerli əhali ilə qaynayıb qarışmış, birgə mədəniyyət yaratmış əhalinin kökünün İranın şərqində yaşayan giləklərə gedib çıxacağını müəyyən etmirlərmi? Ola bilsin ki, bunu nə günahsız qanların axıdılmasına səbəb olmuş Ələkrəm Hümbətov, onun yan-yörəsində toplaşmış özü kimi dayaz insanlar, nə də onların arxasınca kor-koranə gedən, cənub əhalisinin çox cüzi bir hissəsini təşkil edənlər bilirlər. Onlar Azərbaycanın müstəqil dövlət olmasını istəməyən xarici dövlətlər tərəfindən idarə olunurlar, erməni terror təşkilatları və siyasi qurumları ilə əməkdaşlıq edirlər. Keçən il iyulun əvvəlində Kazanda III Avrasiya elmi forumunda Ə.Hümbətovun ən yaxın silahdaşlarından olan F.Abaszadə Rusiya və İranı “demokratik talış dövləti”nin bərpasına çağırmışdı. Fikir verin, demokratiya sarıdan mağmun olan bu iki dövlətə bu müraciətin arxasında nələr durur?

– Yeri gəlmişkən, “talış” sözünün kökü, mənşəyi hardandır? Bu söz etnonimdir, yoxsa toponim? 

– “Talıştoponimi nəinki Azərbaycan torpaqlarında, həmçinin Türkiyədə, Orta Asiya respublikalarında, Dağıstanda, hətta etnonim kimi Suriyada işlənir. Yəqin ki, Ağdərə, İsmayıllı, Hacıqabul, Quba, Şəmkir, Tərtər rayonlarında, Qərbi Azərbaycanın Göyçə mahalındaTalışkənd adlarına rast gələndə çoxları təəccüblənib çiyinlərini çəkirlər. Səbəbi budur ki, ölkənin cənubunda özünütalışadlandıran əhali ilə onların arasında hansı eyniliyin, bağlılığın olub olmadığını bilmirlər. Eynən yuxarıda sadaladığımız bu bir-birindən uzaq diyarlardakıtalışlarlaAzərbaycanın bir neçə bölgəsində yaşayantalışlar”ı dil yox, ancaq ad bağlayır!.. Onu da bilmirlər ki, İsmayıllıdakıTalıstan”, CəbrayıldakıTulus Hacılıkəndləri, Qazaxıstan QırğızıstandaTalas meşələri”də eyni sözün dəyişilmiş şəklidir. Bir az dərinə gedəndə orta əsrlərdə Türküstanda Ağru Talas şəhərinin olmasını görürük. Bu sözlərin hamısı eyni kökə malikdir. Sadəcə bir çox dillərdə S – Ş səsləri bir-birini əvəzləyir. Biz bu günbaş”, “beş”, “daş”, kimi tələffüz etdiyimiz sözləri qazaxlar, qırğızlar “bas”, “bes “das” kimi səsləndirirlər.

 Uzunçuluq olsa da, bir maraqlı hadisəni- bir ərəb ölkəsində talış/talasla rastlaşmağımı danışmaq istərdim. Ötən əsrin 70-ci illərində Suriya Ərəb Respublikasının daxili işlər naziri general Mustafa Talasla çox mühüm bir toplantıda Sovet general-leytenantı, əslən qaraçay olan Sultan Göygözoviç Moqametova tərcüməçilik edərkən tanış olmuşdum. Dar çərçivədə olan görüşdə general Moqametov Qafqazlılarla bu ərəb ölkəsinin əski əlaqələrinə işarə edərkən, Suriya Ordusunun baş qərargah rəisi M.Talası göstərərəkElə general da sizlərdəndirdemişdi. Yalnız illər keçəndən sonra elmi araşdırmalar zamanı Talas soykökünün mənasını anladım... Bu söz Bayat, Türkeş s. kimi məşhur bir türk tayfasının adıdır.  

Bəs niyə bizim alimlər bu həqiqəti indiyədək araşdırıb ortaya qoymayıblar?  

Şübhəsiz, bu həqiqəti istər Azərbaycan, istərsə Rusiya türkoloq alimləri bilirdilər. Ancaq Sovetbolşevik ermənizm ideoloqlarının ortaya atdığı, türkdilli xalqlara müsəlmanlara qarşı amansızcasına işlətdiyipantürkizm”, “panislamizmdamğası həqiqəti deyib yazmağa imkan vermirdi. Yeri gəlmişkən, hamının bildiyi bir məsələni təkrarlamaq istərdim: bu iki anlametnonim toponim çox hallarda bir-birini əvəzləyir. Yəni tayfa, etnik qrup, xalq öz adını məskunlaşdığı yerə verir, həmin məkan bu tayfanın, xalqın adı ilə çağrılır. Bəzən isə tayfa, etnik qrup yer adını götürür bu halda əksinə, toponim etnonimə çevrilir. Tarixi bir paradoksu da göstərmək istərdim... Sovet qoşunları Əfqanıstanı tarımar edərkən Türkiyə oradakı türkdilli, İran dövləti isə farsdilli etnik qruplara yiyə durdu: qaçqınlara müxtəlif yardımlarla yanaşı vizalar da verilirdi. Bu zaman Əfqanıstanda yaşayan xəzərlər qaldılar ortalıqda... Çünki vaxtilə Dərbənddən indiki Rusiyanın Krasnodar adlandırdığı ərazidən keçib Kiyevədək uzanan torpaqlarda hökmranlıq etmiş xəzərlərdən Əfqanıstana köç etmiş etnik qrup adını saxlasa da, farsca danışırdı... Maraqlı burası idi ki, Rusiya dövlətində Uraldan tutmuş Altaya, Saxalinədək onlarla etnik qrupun dillərini, dinlərini məhv edərək, qıyıqgözlülərə İvanov, Petrov soyadlarını, xristianlığı, rus dilini qəbul etdirmiş Sovet hakimiyyəti dağılma ərəfəsində Moskvada talış, kürd mədəniyyət mərkəzləri yaratdı. Lakin o zamanlar Azərbaycanın cənub bölgəsinin əhalisi bunu dəstəkləməsə , xainlər tapıldı. Adətən belə işlər üçün lazımi savad təhsilə malik olmayan, hakimiyyət, var-dövlət vədlərinə şirnikləşən dayaz adamları seçirlər. Xarici qüvvələrin Azərbaycanı parçalamaq cəhdləri, onun bir-birinə qaynayıb qarışmış xalqının arasına nifaq salmaq fitnəsi baş tutmadı. El məsəlində deyildiyi kimi, ətlə dırnağın arasına girən, çirk olub çıxar. Siyasətdən az-çox başı çıxan hər kəs yaxşı bilir ki, kiçik xalqları, etnik qrupları qızışdıran dairələr öz maraqları xatirinə hər vasitəyə əl atırlar, qanunları istədikləri səmtə əyirlər, hətta elmi tarixi dəlillər icad edirlər. Xüsusilə, əhalisi islama etiqad edən dövlətlərə təsir təzyiq etmək üçünmilli müqəddəratın təyini”, “demokratiya”, “insan azadlığıistilahlarından bir vasitə, bəhanə kimi məharətlə, bəzən kobud şəkildə istifadə edirlər. Bu yazıda mən dərin ehtiram bəslədiyim, aralarında çox dəyərli dostlarım, qohumlarım, tələbə yoldaşlarım olan cənub bölgəsi əhalisindən özlərinitalışadlandıranlara bu reallığı xatırlatmaq istərdim. Sözügedən mövzuda obyektiv nəticəyə gəlmək üçün düzgün elmi-tarixi tədqiqatlar aparmaq, çox da dərində olmayan gerçəkliyi ortaya qoymaq gərəkdir.

 

 

AssA-İrada

 

525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.4.