Kamilə Əliyeva:
“Milli Məclisdə istəyə deyil, proseduraya önəm
verilir”
“MODERN.AZ”IN SUALLARINA MİLLİ MƏCLİSİN
DEPUTATI KAMİLƏ ƏLİYEVA CAVAB VERİR
–
Kamilə xanım, sizcə cəmiyyət üçün Azərbaycanda
aparılan islahatların hansı sahəsi daha vacibdir?
– Hesab edirəm ki, bütün islahatlar vacibdi. Ancaq mənim nöqteyi nəzərimcə ən vacib sosial-iqtisadi islahatların aparılmasıdır.
Çünki bu, birbaşa
insanların yaşam məsələsi ilə bağlıdır.
– Belədə maraqlı bir sual ortaya
çıxır. Milli Məclisin
üzv kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?
– Bunlardan birini digərindən nə önə çıxarmaq,
nə da arxa plana qoymaq
istəməzdim. Çünki
həm qanunvericilik prosesi vacibdir, həm də seçicilərlə iş.
Bunlar biri-birilə 50-50-yə təşkil
edirlər. Mən deməzdim
hansına daha çox üstünlük
verirəm.
– Sizin üçün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək
maraqlıdır, yoxsa
plenar iclaslarda iştirak etmək?
– Əlbəttə, mənim
üçün komitələrdə
işləmək daha
maraqlıdır. Komitələrdə daha çox
deputatın sahəsinə
uyğun məsələlərə
baxılır. Özümün üzv olduğum Elm və təhsil komitəsi də mənim sahəmlə bağlı olduğu üçün daha maraqlıdır. Bir qədər
də konkretləşdirsək,
komitələr təmayülləşmiş
yerdir, plenar iclas isə ümumu müzakirələr
yeridir.
– Bəs, vətəndaşlarla
işdə ən vacib məsələ nədir?
– Ən vacib məsələ odur ki, onların problemlərin həllinə
çalışasan. Vətəndaşları əsasən nə maraqlandırır? Onların problemləri,
qarşılaşdıqları çətinliklər nədir?
Problemləri həll etmək
üçün bütün
lazımı addımlar
atılmalıdır. Əgər onlar mənə etimad göstərib, məni seçiblərsə
mənim üçün
də ən vacibi onların etimadını doğrultmaq,
onların problemlərini
həll etməkdir.
– Seçicilərinizin problemlərini
həm də qəbul etdiyiniz qanunlarla həll edirsiniz. Necə hesab edirsiniz,
Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin
keçirilməsi lazımdırmı?
– Əlbəttə, lazımdır. Hər bir
millət vəkili xalq tərəfindən seçilib. Onsuz da hər bir bölgədən
xalq tərəfindən
bir nümayəndə
seçilib. Biz də xalqın içərisində oluruq,
onlarla ünsiyyətdə
oluruq, onların problemlərini öyrənirik
və həmin problemləri, məsələləri
gətirib Milli Məclisdə səsləndiririk.
Ona görə də mən ictimai dinləmələrə çox
önəm verirəm.
Onsuz da hər bir
millət vəkili seçiciləri ilə görüşür, onlarla
ünsiyyətdə olur
və onların həmin problemlərini iclaslarda üzə çıxarır.
– Maraqlı və özünüzə məxsus
məntiqiniz var. Sizcə,
qanun layihələrinin
müzakirələri harada
keçirilməlidir-komitələrdə,
yoxsa plenar iclasda?
– Onsuz da qanun
layihələrinin ilkin
müzakirəsi müvafiq
komitədə keçirilir,
ondan sonra plenar iclasa çıxarılır.
Birdən-birə hər hansı
bir məsələ plenar iclasa çıxarılmır.
Bu, bir prosedurdur.
Artıq
burada istək deyil, proseduraya önəm verilir.
– Deputat olaraq tədqiqat mərkəzləri
və QHT-lər tərəfindən verilmiş
təkliflər əsasında
qanun layihələrinin
hazırlanmasını səmərəli
hesab edirsinizmi? Bu məqamda ictimai
təklifləri necə
dəyərləndirirsiniz?
– Təbii ki, belə təşəbbüslərin
hamısını dəstəkləmək
düzgün olmazdı.
Ancaq istər tədqiqat mərkəzləri, istərsə
də QHT-lər tərəfindən arzuolunan
təkliflər olunarsa,
yəni ağıllı,
savadlı bir təklif olarsa, niyə də səmərəli istifadə
olunmasın. Bunu mən
əslində normal hesab
edirəm.
– Köməkçiniz sizə
işinizdə necə
kömək edir. Ümumiyyətlə, deputat köməkçilərində
vacib bacarıqlar hansılar olmalıdır?
– Mənə elə gəlir ki, deputat köməkçisi
öncə çox savadlı və çevik olmalıdır.
Ən əsası odur ki, savadlı olmalıdır. İşi apara
bilsin və ikinci növbədə çevik, operativ olmalıdır. Mən deputat
köməkçisində bu əsas xüsusiyyətlərin
olmasını istəyirəm.
Qaldı
öz köməkçimə,
mən ondan razıyam.
– Seçicilərlə ünsiyyətdə
hansı formalardan daha çox istifadə edirsiniz? Köməkçinizin bu məqamda
rolu nədən ibarətdir?
– Nadir hallarda olur ki,
mənim köməkçim
kimisə qəbul eləsin. Mən əsas önəmi
canlı ünsiyyətə
verirəm. Seçicilərimlə görüşmək üçün
Balakənə, Zaqatalaya
gedirəm, yaxud da seçicilərim Bakıdadırsa, onları
Bakıda qəbul edirəm. Yayda mən dincəlməyə
getməmişdən əvvəl
2-3 nəfər zəng
vurdu ki, sizinlə şəxsən
görüşmək istəyirik.
Dedim buyurun gəlin. Onları qəbul elədim
Milli Məclisin qəbul şöbəsində.
Mən şəxsən canlı ünsiyyətə
üstünlük verirəm.
525-ci qəzet.-
2011.- 7 oktyabr.- S.4.