Məhəmməd
Əmin Rəsulzadə
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
ƏsərləriÜçüncü cild
(1915-1916)
(Əvvəli ötən şənbə saylarımızda)
lll
Prometyin cəzası quşlara yem olmaqdır. Buna
sözümüz yox. Yalnız zavallı
Şücaüddövlənin günahı nə idi ki,
müxbirlər onu da öldürdülər.
Günahsız
“öldügü” üçün olmalıdır ki, xan həzrətləri
müxbirlərin canbəxş nəfsinə ərzi ehtiyac
göstərmədən xortdadı və isbati-vücud edərək
müxbir əfəndilərin tam gözünə
tıqandı da:
– Yox,
ağalar, yox, bən ölməmişəm! – dedi.
Fəqət müxbirlər susmuyor, gündən-günə
meydanlarını genişlədiyorlar.
Müharib
dövlətlərdə adam azalınca
haman bitərəf məmləkətlərə əl
atıyorlar. Əfqan əmiri də hələlik bir ay təcrübə
– bir dəfə öldürülüb dirildi;
Ancaq yazıq bizim Əhməd bəy bu günə qədər
daha müxbirlərin tərhimini cəlb edə bilmədi.
Birisi
öldürüldü – dedi, durdu, daha dalısı gəlmədi.
Fəqət dirildigini də söyləmədilər.
Gülnəzərli müxbirlər görünüyor
ki, “bəsbədülmüvvət” əqidəsinə qaildirlər. Bunlarca ancaq
öldükdən sonra hər kəs üçün bir
dirilmək müqərrərdir. Əhməd
bəy bu vəqtə qədər dirilmədisə, demək
ki, daha öldürülməmişdir.
lll
Fəqət müxbirlərin iqtidarı yalnız
öldürüb diriltməklə qalmıyor. Onlar eyni
zamanda gözəl müvərrix, cəfərülfiyadə
mütəbhür lisaniyatda mahir əddi olunmaqdadırlar.
Məsələn: keçəndə “Yeqipet”in türklər
tərəfindən – Misir “pəra”nin bəg
oğlu Adriyannupolun – Ədirnə, Aleksandropolun – İskəndəriyyə
– deyə yazılıb oxunacağını bu fəzilətməab
ağaların elm və dərrakələri sayəsində
ögrəndik.
Bu xüsusdakı teleqraf xəbərlərini yəqinən
“İqbal” qareləri-yox a – oxucuları oxumuşlardır. İstəsələr,
bən onlara bu müxbirlərin bundan sonra verəcəkləri
teleqraflardan da bir nümunəsini göstərə bilərəm.
İştə:
Moskva –
Tiflisdən Moskva qəzetələrinə verilən xəbərlərə
görə, Qafqasiya müsəlmanları bu qərara gəlmişlər
ki, bundan sonra Yelizavetpola – Gəncə, Aleksandropola –
Gümrü və Nuxaya – Şəki, Şamaxıya –
Şirvan, Şuşaya – Şişə, Bakıya da Badukubə
– deyib o surətlə yazsınlar. Hətta məşhur şəhərlərin
adları müsəlman qəzetələrində haman bu qərar ilə yazılmağa başlanmışdır.
lll
Qəzetə müxbirlərinin yuxarıda
saydığımız fəzilətlərini isbat etmək
üçün Bakı qəzetələrindən biri
Lehistan qəzetəçilərinin Qafqasiya həqqində nəşr
elədikləri xəbərlərdən topluyaraq bir “əfsanə”
nəşr eləmişdir. Bu əfsanədə deniliyor ki:
“Varşava mətbuatı Qafqaz ərkani-hərbinin təbliğatından
bəhs edərkən “K.S.” yazıldığı vəch ilə,
Qafqasiya ilə bilaxassə sərhəddə vaqe olan şəhərləri,
qəsəbələri həqqində qəribə məlumata
malik olduqlarını göstəriyorlar. Məsələn,
“Varşavski utro” qəzetəsi uzun bir məqalə yazıb
burada Qafqaz komitələrinin türk qəsəbəsi olan
Sarıqamışda vücuda gətirdikləri iaşə mərkəzlərindən
bəhs ediyor. Bu Sarıqamış məzkur
qəzetənin dediginə görə, müharibə
başlandığı zaman ruslar tərəfindən zəbt
olunmuş”. Məqalə sahibi haman zəbt
olunan bir şəhərdə böylə bir sürət və
ciddiyyətlə işə girişib də bu kibi müəssisələr
vücuda gətirən qafqasiyalılara qarşı bəyani-heyrət
ediyor.
Polşa qəzetələrindən biri rus ordusunun
ildırım kibi vaqe olan hücumundan bəhs edərək
“kürd ocağı olan İqdır”ın alınmasını
alqışlıyor.
Digər polyak qəzetəsi bu günlərdə heyrətəngiz
bir xəbər nəşr eləmişdir. Böylə ki: “Azərbaycan
şəhrində İrəvan quberniyasında İran ermənilərini
yoldan çıxarmaq üçün İstanbuldan göndərilmiş
əlli türk eysi həbs olunmuşdur”.
Coğrafiyaya
aid bu kibi kəşfiyyatlar da var:
“Ərzurum istehkamlarının keçilməz bir səngərini
təşkil edən Ararat silsilələrində olmazın
qarlar yağmış və erməni
padşahlığının paytaxtına olan hücumumuzu
saxlamışdır”.
Və
yainki:
“Tarixi
Araz çayı vasitəsilə qət olunan Fərat dərəsi
hal-hazırda Van səncaqındakı müharibələrə
qanlı bir meydan təşkil eləməkdədir”...
Fəqət müxbiri-məxsusindən alıb da
aşağıdakı teleqrafı nəşr edən bir
Polşa qəzetəsi bu xüsusda “küyi-səbqət”
qazanmışdır. İştə o teleqraf:
“Ənvərin
rus bəndləri Trabzon vasitəsilə Ərzuruma keçmək
istədisə də, müvəffəq ola
bilmədi”...
Siz Allah,
bundan əlvan bir qurama olarmı?
lll
Yuxarıdakı əlvan quramaya rusca nəşr olunan məhəlli
qəzetələrindən birisi “əfsanə”-deyə
gülmüş və bunları da gülmək xatiri
üçün qəzetəsində dərc eləmişdir. Fəqət
müharibəyə aid teleqraf qismində dərc edildigi
aşağıdakı teleqrafı da “əfsanə” qisminə
keçirsə idi, daha müvafiq olmazmıdı?
İştə
o teleqraf:
– “Yafədə böyük bir mitinq olmuş və bir
alman keşişi cəmaətə xitabən söyləmişdir
ki, Hacı Vilhelm həzrət Məhəmməd əleyhissəlamın
bacısı nəslindən yetişmişdir. Və qeyrə...”
Fəqət bu teleqrafı dərc edən idarə
yaxşı olardı ki, zəhmət çəkib də
Lehistan qəzetəçilərinin məlumatına müraciətlə
təhqiq edəydi ki, əslində Məhəmməd əleyhissəlamın
bacısı olmuşmu, olmamışmı?
Niş
“İqbal”,
12 yanvar 1915, ¹ 837
Prometə
– yunan əsatirində baş ilahiyə asi
olmuş bir sərkəşi-ileyhdir ki, Qafqasiya
dağlarında işgəncələrə məhkum
olmuşdur – M.Ə.
Dəha –
düha
Mütəvaliya
– ardıcıl, mütəmadi
Tərhimini
– rəhm etmə, yazığı gəlmə
Eysi –
xristian
Kuyi – səbqət
– keçid rayonu, döngəsi
Milli bir vəzifə
qarşısında
Aşağıda
Kars qubernatorunun müsəlman cəmiyyəti-xeyriyyəsi rəisi
adına çəkdigi bir
teleqramını dərc ediriz.
Bu teleqraf “İqbal”ın dekabr 22-si tarixli məqaləsi
ilə cəlbi-nəzər etdigi məsələni, məəttəəssüf
tabyid etməkdədir.
Kars mahalının müsəlmanları gərək
general qubernator Zuyevin dünki qəzetələr vasitəsilə
nəşr olunan bəyənnaməsindən və gərək
bu gün nəşr elədigimiz Kars qubernatoru polkovnik
Podqorskinin cəmiyyəti-xeyriyyə naminə çəkdigi
teleqramından anlaşıldığı kibi müharibədən
olduqca xəsarət çəkmiş və ianəyə
möhtac olmuşlardır. Bu ehtiyac müdhiş
və vaseh bir dərəcədə olmasaydı, şübhəsiz
ki, qubernator cəmiyyəti-xeyriyyəni rahatsız etməzdi.
Karsdan qaçıb da Bakıya gələnlər o tərəf
müsəlmanlarının nə kibi bir halə giriftar
olduqlarını anlatmış və dərdlərinə dərman
istəmişlərdi. Fəqət xeyrat və ehsan sahibi olanlarımız
işə ciddiyyətlə yapışmaq və ianəyə
ehtiyacın lüzumunu hiss edə bilmək üçün 17
nəfərin şəhadətini kafi görməyib, daha əsaslı
məlumata müntəzir qalmışlardı. Bittəbii
bu “əsaslı məlumat”ı da aramaq zəhmət və
müşkülatına təhəmmül etməginə
degil, hüzurlarında hazır və nazir olaraq görmək
diləmişlərdi. Artıq rəsmi məmurların
müraciəti ilə böyük bir ehtiyacın mövcud
olduğu sabit olmuş deməkdir.
Əfkari-ümumiyyənin
hissən və qəlbən dərk etmiş olduğu şeyi
imdi haman rəsmən bir əmri-vaqe şəklini
almışdır.
Bu əmri-vaqeə qarşı müsəlman cəmaəti
nə eləyəcək, müsəlman cəmiyyəti-xeyriyyəsi
nə istiyəcək?
cəmiyyəti-xeyriyyədən
milli mətbuat neçə zamandan bəri bu xüsusda rəsmi
bir tədbir və iqdamda bulunub da ianə etmək və əlindən
gələn köməgi istəyən xəlqə yol
göstərib də, onların himmət və həmiyyətlərini
təhrik və təşviq eləməgi tələb
etmişdi.
Bu kərə
idarə və himayəsinə tapşırılan Rusiya təbəəsi
müsəlmanların qorxunc ehtiyaclar içində
qaldığını görüb öz əlindəki vasitələrlə
o qədər böyük bir ehtiyaca müavinət edə bilməyəcəgini
hiss etmiş olan Kars qubernatoru dəxi eyni bir müraciətlə
Bakı cəmiyyəti-xeyriyyəsinə müraciət ediyor.
Eşitdigimizə görə cəmiyyəti-xeyriyyə
idarəsi bu xüsusda Bakı qorodonaçalnikinə
müraciətlə müharibədən xəsarətdidə
olan müsəlmanlar üçün ianə yığmaq və
bu xüsusda bir ianə dəftəri açmaq xahişində
bulunacaqdır.
Fəqət, bizcə məsələnin ibtidasi bittəbii
böylə başlamaqla bərabər, bu xüsusa daha ciddi
bir surətdə həll edib bu işə luzumunca əhəmiyyət
verməlidir.
Əvvəlcə
də təklif elədigimiz kibi müsəlman cəmiyyəti-xeyriyyəsi
cünbində müharibədən xəsarətdidə olan
müsəlmanlara kömək qəsdilə bir şöbə
təşkil olunmalı, cəmiyyət əzaları
miyanında işləyəcək vəqti müsaid və fəal
adamlar az isə kənardan adamlar cəlb
olunmalı və onlardan iş istəməlidir. Böylələri yox degildir. Yetər
ki, siz onları dəvət edib işləmək təklif edəsiniz.
Xüsusi surətdə təşəkkül edəcək
olan bu komsiyonun vəzifəsi, əlbəttə, bir tərəfdən
bu xüsusə sərf olunan əsasi-sərmayənin
çoxlaşdırılması ilə cəmaət
arasında təşviq və tərğibdə olub ianə
yığmaq, digər tərəfdən xüsusi adamlar
göndərib məhəlində ehtiyacın nədən və
nə qədərdən ibarət olduğunu ögrənməkdir.
Bu xüsusda cəmiyyəti-xeyriyyə ümummüsəlman
cəmiyyətləri ittifaqının mərkəzi komitəsi
ilə də işlərini birləşdirə bilər. Məlum
olduğu üzrə cəmiyyətlər ittifaqının qərarlarından
birisi də müharibədən xəsarətdidə olan
müsəlmanlara müavinət etməkdir. Bu xüsusda lazım gələn yerindən icazə
alınmış olursa, o halda cəmiyyəti-xeyriyyə edə
bilər ki, həmiyyət və himmət tələb edən
səsini bütün Rusiya müsəlmanlarına da
eşitdirsin və ianə işini daha vaseh və mətin əsaslar
üzərinə qursun.
cəmiyyəti-xeyriyyəmiz
nədən isə bu kibi xüsuslarda haman nəzərini
müəyyən əşxasə tutub alacağı ianələrdən
ötrü “qapı-qapı” gəzməgi çox da sevmiyor. cəmiyyəti-xeyriyyə hər hanki bir
ehtiyacı qapamaq üçün ancaq istinad elədigi
varlı və həmiyyətli ağaların səxavət və
ikramına iktifa eləməgə çox maildir.
Əlbəttə, əyanlarımızın bu surətlə
vaqe olan səxavətlərinə qarşı təşəkkür
edəriz. Fəqət
ümumi və milli ehtiyacların dəfi və rəfi
üçün ən gözəl və faidəli iş
ümummillət və cəmaətin iştirakı ilə
vaqe olan müavinətdir. cəmiyyəti-xeyriyyə
idarəsi, əlbəttə, gərək ki, ümum cəmaətimizi
bu kibi işlərə ögrətsin. Bunu yapa
bilərsə, əmin olsun ki, ən böyük bir xidməti
ifa eləmişdir.
cəmiyyət tərtib edən vəzifədən bəhs edərkən
cəmaətimizin bir çoxları tərəfindən
istehqar olunan “qara cəmaətin” vəzifəsindən də bəhs
etmək məcburiyyətindəyiz.
Biliriz ki, cəmaət arasında milli
ehtiyaclarımıza qarşı böyük bir həyəcani-ruh
vardır. Müsəlman mühacirləri məsələsi mətbuatda
çıxar-çıxmaz bir çoxları idarəmizə
müraciət edib də nə vasitə ilə bu xüsusda
müavinət ediləcəgini və toplayacaqları ianələri
hankı bir mərkəzə verəcəklərini soruyorlar.
cəmiyyəti-xeyriyyənin bu xüsusda lazım gələn
müsaidəsini aldıqdan sonra açacağı ianə dəftəri
bittəbii açıq və aydın bir surətdə verilən
bu suallara şafi bir cavab olacaqdır. Fəqət bunu gözləmədən
dəxi ianə etmək istəyənlər haman
işə başlayıb qüvvələrindən gəldigi
qədər müavinət edə bilərlər. Bu xüsusda Murtuza bəy Palavəndov cənablarının
gözəl nümunəsi meydandadır.
Şübhəsiz ki, hər qism ehtiyacın dəfi
üçün pul, pul və yenə pul lazımdır. Qanuna məmnu
olmayan bir məqsəd üçün hər zaman və hər
yerdə hər kəs istədigi qədər ianə edə
bilər. Buna bina edə ianə etmək fikrində olan
varsa, gözləmədən haman qeyrət
və həmiyyətə gəlib şəxsən və yaxud
neçəsi bir yerdə qüvvələri yetdigi məbləği
qəzetə idarəxanələrinə və yaxud, cəmiyyəti-xeyriyyə
kassasına verib tələb edə bilər ki, bu pul
müharibədən xəsarətdidə olan müsəlmanlara
sərf olunacaq əsas sərmayəsinə hesab olunsun. Böylə bir şərt və qeydlə verilən
pulu da bittəbii cəmiyyəti-xeyriyyə başqa bir məqsədə
sərf edə bilməyib, eyni məqsədə sərf olunmaq
üçün saxlayacaq və ehtiyacı təhqiq edib də
müsadeyi-rəsmisi alındığı kibi məhəlinə
sərf edəcəkdir. Müsaidə almaq isə iki
günün və cəmiyyət tərəfindən
qorodonaçalnikin adına yazılacaq bir ərizənin
işidir.
Məsələnin rəsmi tərəfi ilə
ehtiyacın feli cəhəti iştə bu haldadır.
Müharibə meydanına yaxın olan yerlərin müsəlmanları
müşkül güzar keçiriyor və böyük xəsarətlər
görüyorlar. Bu hal bizdə bir hissi-müavinət
oyatmalı qeyrət və həmiyyətimizin də bir təməlidir.
Bu kibi mövqelərdə
başqalarını misal göstərmək qəzetəçiliyimizin
əsas üslublarından birini təşkil eləmişdir.
Fəqət bən buna lüzum
görmüyorum. Çünki
yaxınlarına kömək etmək insanlıq vəzifəsini,
müsəlmanlıq təklifini və qardaşlıq borcunu
iddia etmək üçün rəqabət hissinə
müraciət etmək mənsub olduğumuz cəmaətin əsli
hisslərdən məhrum olduğuna qənaət yetirmək
deməkdir.
Bu kibi tarixi mövqelərdə millətdaşlarımı
bən böylə ruhsuz və hissiz bir halda təsəvvür
etmək istəməm.
Müsəlman cəmaəti, əvvəlcə də
söylədigimiz kibi, müharibə münasibətilə
öhdəsinə düşən vətənpərəstlik
vəzifəsini parlaq bir surətdə ifa elədi. Milliyyətpərvərliginə
tərəttüb edən xidməti şübhəsiz ki, o dərəcədə
parlaq bir surətdə ifa etməlidir.
Növbət imdi bu xassəyi isbat eləmək və bu
xüsusdakı həkk olmuş olmadığını
göstərməgə gəlmişdir.
Haydı, qardaşlar, uzadınız əllərinizi
Karsdaki fəlakətzədə qardaşlarınıza,
artıq dayanmaq zamanı degildir.
Rəsmi bir teleqraf “fəlakətin qorxulu” olduğunu
etiraf edirsə, Kars soyuqlarındakı müsəlmanların
nələr çəkdigini təsəvvür ediniz, ediniz də
islamiyyətin tərvic etdigi rəhm və təavünhiss və
xassəsindən məhrum olmadığınızı isbat
ediniz.
M.Ə.Rəsulzadə
“İqbal”,
13 yanvar 1915, ¹838
Məhəl
– yer, məkan, məqam
Tərsib
– müdafiə etmə, qoruma
İstehqar
– saymama, etina etməmə
Müsaid
– kömək edən
Tərəttüb
– tərtib edilmiş
Şafi –
kafi, qənaətləndirici
İdarədən:
İanə edəcək olursa – bu məqsədlə təsis
olunacaq ianə mərkəzinə təhvil vermək şərtilə
“İqbal” idarəsi kəndinə tapşırılacaq ianələri
qəbul etməklə bərabər, ianə edənlərin
ismini nəşr etməgə də kəmali-minnətlə
hazır olduğunu elan edər.
Tarixi vaqeələr
qarşısında Qonşuluq münasibati
Böyük Rusiya böyük və ağır günlər
keçiriyor.
Müştərək vətənin vermək məcburiyyətində
olduğu imtahanda onun övladları bilafərq millət və
məzhəb bir dərəcə vətənpərəstlik əlaqəsi
göstərib hər kəs məmləkətinə
qarşı sadiq və səmimi qaldığını
bütün qəlbilə ibraz etməkdə gecikmiyor. Bütün
Rusiya mətbuatının da təsdiq etdigi kibi bu xüsusda
Rusiyada yaşayan millətlər bilafərq millət və məzhəb
hamısı bir dərəcədə vətənpərvərdirlər.
Ən
mütəəssib və “inorodes” düşməni olan qəzetələr
belə bu gün xaricə qarşı Rusiyanın bu müəssir
bir surətdə göstərdigi ittihad və vəfaq
xüsusiylə iftixar etməkdədirlər!
Bu xüsus bilxassə bizim Qafqasiyada özünü
göstərdi. Məlum olduğu üzrə Qafqasiya
müxtəlif millətlərin yatağıdır. Və yenə məlum olduğu üzrə Qafqasiya
hüdudinə hücum etməkdə olan düşmən ilə
Qafqasiyadakı əhalinin bir qismi arasında dini bir rabitə
vardır. Bu rabitə Rusiya müsəlmanlarının hər
hankı bir vəqə qarşısında olursa-olsun sadiq bir
vətəndaş olduqlarını şayəsiz və
riyasız bir surətdə izhar elədiklərinə rəğmən,
bilxassə Qafqasiya islamlarının sədaqəti həqqində
xristian əhalinin “qeyri-mədəni” qismi arasında bir nov
“ehtiyat hissi”nin mucib olduğunu məəttəəssüf
hiss ediyoruz.
Xristian vətəndaşlarımızdan
bir qismi madam ki türklər və yaxud bir islam
hökumətilə müharibə olunuyor, bu müharibə
müsəlmanlarla icra olunuyor – deyə batil bir fikrə sahib
kibi görünüyor və bica təsəvvürlərə
düşmüş bir batil təsəvvürün verə
biləcəgi fəna nəticəyi düşünmədən
öz qapıbir qonşuları həqqində sui-niyyət bəsləmişlərdir.
Bu “sui-niyyət” məəttəəssüf
Kars mahalında olduqca müəssif bir nəticə hasil eləmiş
və general qubernator Zubovun bəyannaməsindən
anlaşıldığı üzrə xristian cəmaətinin
əvam və köylüləri tərəfindən
sülhcu yerli müsəlmanları həqqində bir taqım
narəva hallara səbəbiyyət vermişdir.
Rusiya məmləkətinin sair millətlərilə
bərabər vətənin hər bir qanun və qaidəsindən
bilsəviyyə mənfəətbərdar olmaq həqqinə
malik olan müsəlmanların bu kibi narəva hallara
qarşı müdafiyəsini hökumət öz öhdəsinə
götürüb “xristian əhalinin əvamı tərəfindən
vaqe olan bu fənalığın” önünü almaq
üçün hərb zamanının icab elədigi
“şiddəti-tədabir”in müfsid və müqəssirlər
həqqində icra olunacağı elan olunmuşdur.
Əlbəttə, müsəlman cəmaətinə
düşən vəzifə və tənbeəsini ifa elədigi
sırada hökumətin ədalətinə
sığınaraq malı ilə şəxsinin
mühafizət və məsuniyyətini ondan gözlədigi və
istədigi kibi onun tədabir və iqtidarına da etimad edər.
İştə Kars general qubernatoru Zuyevin bəyənnaməsi
ilə qubernator Podqorskinin cəmiyyəti-xeyriyyə naminə
çəkdigi teleqraf müsəlmanların bu
etiqadını müəyyid birər bir anlardır.
Fəqət bu kibi mövqelərdə yalnız hökumət
tədbirləri bəsdirmi?
Əhalinin
əvam və cahil qismi bin dürlü saiq və həyəcanlar
nəticəsində bu kibi müəssif hallara meydan verəcək
bir sövbədə isə, bu əhalinin mədəni və
məarifmənd qismi üzərinə tərtib edən
böyük bir vəzifə vardır ki, onun ihmalı
bütün məsuliyyəti haman məarifməndlərin
boynuna yüklədir. Xristian əhali arasında
imdiki vaqeələr münasibətilə bir çox
dedi-qodular çıxar, bu da bir çox fəsadlar törədici
əhvali-ruhiyyənin qabarmasına səbəb olar. Fəqət qərinələr, sənələrdən
bəri qapıbir qonşu yaşayan və bundan sonra da
yaşamaq məcburiyyətində bulunan millətlərin
başbilən, dil anlayan və mətləb qanan məarifmənd
qismi bu kibi hərəkətlərə meydan verildigini
soyuqqanlılıqla görə biləcəkmi?
Xristian əhalinin əvam qismi cəhalətindən
dolayı fəna bir işə qədəm qoymuş. Əcəba,
bu xristian əhalinin məarifməndləri nədən bu
işin zühurinə meydan vermiş və nədən bunun
çarəsini piş əz vəqt düşünməmişlərdir?
Xristian və
müsəlman başbilən və dərd anlayan məarifməndləri
bilməlidirlər ki, imdiki cahan müharibəsi, hər nə
qədər dəhşətli olursa-olsun, onun
yandırmış olduğu fitnə hər nə qədər
yandırıcı olursa-olsun, yenə bir gün gələcək
bu qətli-əqvam xitamə verəcək və ondan sonra da
dünyada adam övladi qalıb bu insanlar millətlərə
bölünəcək və bu millətlər mədəni
bir həyat ilə “qapıbir qonşu olaraq” yaşamaq məcburiyyətində
qalacaqlar.
Bu gün dövlətlərin siyasətən biri-birinə
qarşı açmış olduqları müharibə
yarın bitər və ehtimal münasibəti – siyasiyyənin
dəgişməsi nəticəsində bü günki
mühariblər yarın müttəfiq kəsilə bilərlər. Fəqət
bir məmləkətin övladını təşkil edən
əhali arasında hüznillah bünövrəsi bigünah
qanlarla islanmış palçıqdan yapma münafirət
binası yapılarsa, bu münafirət bir çox zaman məzkur
həmşəhrilərin həyati-mədəniyyəsini
durdurub onların ikisini də tərəqqi və təməddün
denilən himmətdən məhrum edə biləcəkdir.
Vəqt nə qədər ağır olursa-olsun, şərait
nə qədər dəhşətli kəsilirsə-kəsilsin,
əqli-səlim heç bir zaman Rusiya vətəndaşlarını
idarə etməkdən uzaqlaşmamalıdır. Bu xüsusda
bilafərq millət və məzhəb, xristian və müsəlman
məarifməndləri əl-ələ verib iləridə
qonşuluq hüsnü-münasibətini xələldar edəcək
hər hankı bir hərəkətdən sakınmayı tabe
olduqları cəmaətə və bilxassə onun əvam
qisminə təbliğ etməlidirlər. Bu
xüsusda ən böyük vəzifə şübhəsiz
ki, xristian məarifməndləri öhdəsinə
düşməkdədir.
General qubernator
Zuyevin bəyənnaməsində zikr olunan Kars vəqayi-müssifəsi
şəhərimizdə müxtəlif millətlərin məarifməndləri
tərəfindən təşəkkül etməkdə olub,
məqsədi bilafərq millət və məzhəb
qaçanlara müavinət etməkdən ibarət olan cəmiyyətin
öhdəsinə böyük bir vəzifə tərtib
etdiriyor.
Bu cəmiyyət məlum olduğu üzrə yalnız
qaçanlara müavinət etmək degil, eyni zamanda millətlər
arasına münafirət gətirməməsinə
çalışacağını və müharibədən
xəsarətdidə olanlara mütəmadi kömək edəcəgini
bildirmişdi.
Bu xüsus imdi məzkur cəmiyyətin nəzərini
Karsdakı müəssif vaqeələrə döndərməlidir. Məzkur cəmiyyətin əksər
əzası haman xristianlardan ibarətdir. Binaən ileyh bu xüsusda onlar pək əlatəsirat
yapa bilərlər. Ələlxüsus ki,
beynəlmilliyyət xassəsilə təşəkkül edən
bu cəmiyyət əzası olduqları üçün bu
xüsusda daha səmimi hərəkət edə bilər və
bu cəhətdən də vaqe olan təşəbbüsləri
təsirsiz olmaz zənnindəyiz.
Şübhəsiz ki,
tarixi vaqeələr qarşısında bulunyoruz. Öylə günlər, saətlər
keçiriyoruz ki, bəlkə də hər dəqiqəsində
bir çox canlar qurban olmaqda, bir çox bigünah qanlar
tökülməkdədir. Böylə
ümumi bir qətl zamanında bəlkə də bu yanda və
ya o yanda verilən fəzlə bir neçə qurbana o qədər
də əhəmiyyət vermək lazım degildir, deyənlər
bulunur. Başqa bir şərait təhtində
olsaydı, bəlkə biz də bu mütaliməyə şərik
olur və bu gün qonşuluq həqqində bəhsə
lüzum görməzdik. Fəqət iş fəzlə
və yersiz həqq qurbanlarda degil, bu “fəzlə
qurbanlar”ın daimi olaraq qonşuluq münasibatı üzərində
icra edə biləcəgi fəna təsirdədir.
İştə bu fəna təsiri
düşünərək tarixi zamanlarda bilxassə
qonşuluq həqqini gözləmək lazım olduğuna qənaət
gətiriyoruz və bu qənaət kəmali ilə
bütün məarifməndlərə, bilxassə xristian ərbabi-ürfinə
müraciətlə diyoruz ki: vətəndaşlar, səy
ediniz ki, qonşuluq hüsni-münasibatı üzərinə
sui-təsir icra edəcək vaqeələrə Qafqasiyamız
meydan olmasın! Çalışınız ki, Kars vaqieyi
–müəssifəsi haman oradaca qalıb daha ziyadə qüvvət
kəsb etməsin!..
Əvət, vətəndaşlar,
müharibə müvəqqətidir. Fəqət,
qonşuluq və onun həqqi daimi!
Daimi bir mənafe və rahətimizi
müvəqqəti hisslərlə həyəcanlara fəda
etmiyəlim: yoxsa mədəniyyət və tərəqqi
sözlərini unudalım!
M.Ə.Rəsulzadə
“İqbal”, 14 yanvar 1915, ¹839
Mütəəssib
– təəssüb çəkən
Müəssir
– iş görən, amil
Batil –
doğru olmayan
Müəssif
– kədər gətirən, təəssüf etdirən
Məsuniyyət
– toxunulmazlıq
Müəyyid
– əsaslandıran, qüvvətləndirən
Sövbə
– paltar, şəkil
Bu gün münasibətilə
İşıqlı bir gün – mövlidi Nəbi!
Dünyanın
ağır və bəlalı bir zamanındayız! Hər tərəfdə müharibə və
xunrizlıqlar, cəhənnəmdən nümunə kibi vaqeələr,
qiyaməti andıran hadisələr getməkdə,
böyük zülmət və vəhşət pərdəsi
dünya səfhəsini çulğalamaqdadır.
İslam aləmi də bu bəladan
kənar degil, o da mübtəlayi-fəcaye! İştə
dünyanın böylə bir zamanında bu işıqlı
günü istiqbal ediyoruz.
Övladi-bəşərin
başına bin bəlalar açmaqda olan bu zülmətə
də bu günün məşəli-işıqlıqlarının
əhəmiyyəti dərk edilərsə, yaxın bir zamanda
insan övladının arzu etdiyi işıqlı həyatı
da bulmaq mümkün olur.
Milyonlarla kütleyi-nasın min sənələrdən
bəri əql və fikri üzərinə hakim olan dinlərin
mənbəini təşkil etməkdə olan peyğəmbərlərin
mahiyyəti haman nuraniyyətindən ibarətdir.
Din rüəsalarında dərin bir səmimiyyət və əmiq
bir ruhaniyyət, bunlardan müttəhəssil parlaq bir nuraniyyət
olmuyunca əmin olunuz ki, onların təbliğ etdikləri din
də aləmşümül bir cəzaniyyət olamaz.
Bu gün bütün əqtari-aləmdə
üç yüz milyondan artıq qəlblər haman bir şəxsə və bir qəlbə,
qəlbi-əzəmə mütəvvəccədir. Bu böyük qəlb hankı bir
qüvveyi-mafövq əltəbiiyyə ilədir ki, bunca
böyük bir aləmi, bunca əsrlərdən bəri təsxir
edib gəlmiş və əlyovm—əlqiyyamə dəxi təsxir
edib gedəcəkdir.
Musa, İsa və sair
böyük peyğəmbərlər kibi Məhəmməd Əleyhissəlam
da müstəbinlərini ülviyyətə dəvət
ediyordu. Ülviyyət isə nuraniyyətdən
müştəqdir. Bunda daima yaxşılığa,
əbədi səadətə sövq edən xüsusiyyətlər
vardır. Dünya rəzalətlərindən,
yer səfalətlərindən aləmi-sufli zülm və vəhşətlərindən
bıkdığı vəqt, insan oğlu düşdügi
yas və ğəmdən qurtarmaq üçün
özünə bir çarə, bir pənah arar. Əksərən sığınacaq bir
ümidgahı daima dinlərin tərvic etdikləri ülviyyət
ilə ruha niyyətdə bular. Axirət və
aqibəti – umur həqqində bütün dinlərdə
mövcud olan etiqadlar iştə dünya rəzalətlərinə
qarşı xəlqi – əlnasda zühura gələn yas və
fiturə qarşı təbii, təbii olduğu qədər
də ülvi və səmimi bir tədbirdir.
Axirəti-aqibət mənasını
alırsaq, həqiqətən də bu yalnız dini etiqadlarda
degil, bütün etiqadların həssasət cəhətini təşkil
edən bir əqvəmdir.
Bir mütəddin axirətdə
naili-məram olacaq. Bir millət mütləqa bəslədigi
amali-təəssibə milliyyəsinə nail olacaq!
Dünyanın zəhmətini
öhdəsində bulunduran zəhmətkeşlər sinfi
bilaxirə dünyanın sahibi-əslisi olacaqdır!
Bəşəriyyət bir gün gələcək
də sözün tam mənası ilə məsud olacaq!
Elm və sənət
qarşısında layən həll bir məsələ
qalmayacaq!
Bəşəriyyət bütün
qüvvəyi-təbiyyəni özünə ram edəcək!
Xəstəliklərin hamısı
olmasa da, əksəriyyət çarəsini bulub təbabət
ararıq sonradan müalicəsini degil, pişəzvəqt dəfinə
də nail olacaq!
İştə bu kibi
bir çox etiqad və əmrlər ki, mədəniyyəti –
hazirə imdiki halda istiqbal həqqində bəslənilən
bu ümidlərlə yaşamaqda və bu etiqadlar sayəsində
tərəqqi və tərvic bulmaqdadır.
Şübhəsiz ki,
bəşəriyyətin səadət və
ümranını təmin eləyən bu istiqbal ümid və
əməlləri üzərində dinlərin aqibət həqqindəki
bəslətdirdikləri etiqadın hər nə cürsə
bir təsiri olmuşdur.
İştə böylə işıqlı bir gündə nurani vücudun dünyanı işıqlandırdığı günün nişində qəlblərimiz fəxri-kainat ileyhissəlamın o böyük qəlbinə mütəvəce olarkən onun daima tərvic elədigi aqibət fikrində olalım da, istiqbala qarşı ümidvar kəsiləlim.
Fəqət böylə mənəvi və ruhani bir safiyəti-vicdan və imanə nail ola bilmək üçün o büzürgvarın məhəbbət və üxüvvəti-islamiyyə həqqindəki böyük tövsiyələrini də unutmayalım. Unutmuyalım ki, müsəddəri-nəbutidən sadar olub da bizə təşnə bir xəbərə görə müfrindəki müsəlmanın canı acırsa, Məşriqdəki müsəlman onun acısı ilə mütəəssir olmalıdır.
Varmıdır bundan böyük, bundan ali bir ümümi təkafül və təavün düsturu! Mədəni millətlər arasında tərvic bulan təavun əsası iştə bundan artıq degildir.
Bu gün Nəbii-zişanımızın işıqlı günü olmaq münasibətilə müsəlmanlar yek- digərlərini təbrik edərkən şübhəsiz ki, Kars həvalisindəki hərbzədə qardaşlarını da unutmazlar. Onlar fəlakət və səfalət içində qalıb da qarlara, soyuqlara, qışın min dürlü şiddətləri ilə aclığın hər qism bəlayi-müsibətinə qatlanıyor və qubernator Podqorskinin teleqrafında degildigi kibi bir yerdən də müavinət görmiyorlar.
Bunun böylə olduğunu bilib də əlimizdən gələn müavinəti müzaiqə edəcəkmiyiz? Edərsək, bu günün şərəfini dərk etmək himmətindən məhrum olduğumuzu isbat etmiş oluruz.
M.Ə.Rəsulzadə
“İqbal”, 15 yanvar 1915, ¹840
Xunriz – qan tökən, zalım
Əmiq – dərin
Əqtar – ölkə, məmləkət, rayon
Mütəvəcc – rəğbəti olan
Mafövq – başçı, ali
Təsxir – istila etmə
Əlqəyyum – əbədi var olan
Müşəqq – düzəltmə
Süfli – etibarsız, pərişan
Ümur – qətlər, əmrlər
Xəndə – gülmə, gülüş
Fütur – süstlük
Ümran – rifah, tərəqqi
Büzürgvar – yüksək mövqe tutmuş
Müsəddər – önə çəkilmiş
Təşnə – arzukeş
Təkafü – eyni cür olmaq
Nişin – əlamət, iz, oturmuş, oturan, məclis
Zişan – şanlı, möhtərəm, hörmətli
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2011.- 8 oktyabr.-
S.26-27.