Seymur Orucov: “YAP Gənclər Birliyi Azərbaycanın ən böyük gənclər təşkilatıdır”

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovdur

 

– YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulanbu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın 540 mindən artıq üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal aparır. Eyni zamanda, beynəlxalq əlaqələrimizi də gücləndiririk. Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi bizim gördüyümüz işlərin keyfiyyətindən xəbər verir. Bir sıra bayramlarda YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyionun yerli qurumları kimsəsiz, ahıl insanlara yardımlar göstərirlər.

Onu da qeyd edim ki, gənclərin inkişafı istiqamətində uğurlu bir layihə saylan yay məktəbləri reallaşıb. “Yay məktəblər”ində ölkəmizin fərqli bölgələrindən yüzlərlə gənclər iştirak etdi. Biz bu layihəni 2007-ci ildən həyata keçiririk. Builki tədbir isə iştirakçıların say çoxluğu baxımından ötən ilkilərdən fərqləndi. Gənclərimiz “Yay məktəbləri”də 4 qrup halında iştirak etdilər. Lerik, Qəbələ və Oğuz rayonlarında reallaşanYay məktəbləri” çərçivəsində gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-birilə təmas, münasibət qurdular, eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olundu. Eyni zamanda, “Yay məktəbləri”ndə partiyamızı təmsil edən deputatlar, eləcə də hökumət nümayəndələri gənclərin qonağı oldu. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşdülər, gəncləri maraqlarından suallara cavab verdilər. Hesab edirəm ki, “Yay məktəbləri” gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihə oldu. Bununla yanaşı, bir neçə gün öncə Ramazan bayramı ilə əlaqədar Gənclər Birliyinin üzvləri cəbhə bölgəsində oldular. Əvvəlcə Bərdə və Ağdam rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər, az təminatlı və şəhid ailələri ilə görüşdük, onlara bayram sovqatı paylandı. Gənclər Bərdədə müvəqqəti məskunlaşan Milli Qəhrəman Yelmar Edilovun ailə üzvləri ilə də görüşdülər. Ağdam rayonunda aparılan geniş abadlıq və quruculuq işləri ilə yaxından tanış olduq. Rayon ərazisində müasir standartlara uyğun təmir edilən Ağdam mədəniyyət evi, Mərkəzi rayon xəstəxanası, eləcə də rayonun girişində tikilən Bayraq meydanı ilə tanışlıq xüsusi maraqlı idi. Hər bir görüşümüzdə insanların ölkə rəhbərliyindən, diqqət və qayğısından məmnun olduğunu gördük.

– Ümumiyyətlə, təşkilatınız digər siyasi yönümlü gənclər qurumları ilə öz fəaliyyətini əlaqələndirirmi və necə?

–YAP Gənclər Birliyində dövlətçiliyimizi dəstəkləyən, Ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər birləşib. Bizim üçün əsas məram, yeganə amal ölkəmizin inkişafı, vətəndaşlarımızın sosial rifahının yüksəlişi, o cümlədən, xarici ölkələrdə ölkəmizin imicinin yüksəlməsi və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bu gün ölkə Prezidentimiz, YAP sədri İlham Əliyev gənclərin bu arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artılır, yeni yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulanbu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Digər tərəfdən, bu gün gənclərə münasibətdə mühüm addımlar atılır, layihələr reallaşdırılır. Bir məqamı vurğulayım ki, bu gün Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Dünyanın nüfuzlu ali məktəblərində minlərlə azərbaycanlı gənclər təhsil alır ki, onlar Azərbaycan həqiqətlərini təbliğ edirlər. Təbii ki, bu prosesdə dövlətimiz gənclərə güclü dəstəyi var. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Təbii ki, qeyd etdiyim məqamlarla bağlı ölkənin digər gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etməyə hazırıq.

Yeri gəlmişkən, YAP Gənclər Birliyi beynəlxalq gənclər təşkilatları, o cümlədən hakim partiyanın əməkdaşlıq etdiyi bir sıra ölkələrin siyasi təşkilatlarının anoloji qurumları ilə təmaslara üstünlük verirmi və yaxın zamanlarda bu sıraya yenilərinin əlavə olunması gözləniləndirmi?

Qeyd etdiyim kimi Cənubi Qafqaz regionunun ən böyük partiyası olan YAP geniş beynəlxalq əlaqələrə malikdir. Bu əlaqələrin nəticəsi olaraq dünya ölkələrinin nüfuzlu siyasi partiyaları ilə münasibətlərimiz güclənir. YAP dünya ölkələrinin bir çox böyük siyasi partiyaları ilə əməkdaşlıq edir. Bu mənada YAP-ın Gənclər Birliyinin də beynəlxalq əlaqələrini genişlənir. Partiyamızın rəhbərliyinin dəstəyi ilə gənclərimiz bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Artıq ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər də intensiv xarakter alıb. Bir müddət öncə Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndələrinin ölkəmizə səfəri bu faktın gözəl nümunəsidir. Bildiyiniz kimi adıçəkilən partiyanın gənclər qurumunun nümayəndələri Azərbaycanda bizim qonağımız oldular. O cümlədən, biz də Rumıniyaya səfər etmişdik. Rumıniya Liberal Demokrat Partiyasının gənclərdən ibarət nümayəndə heyəti ilə səmərəli söhbətlərimiz olub. Onlara Azərbaycanın qazandığı uğurlar, eləcə də partiyamızın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qonaqlar ölkəmizin bir sıra bölgələrində də səfər ediblər. Rumıniyalı gənclər Azərbaycanın inkişafını əyani şəkildə gördülər. Ölkəmizin dinamik inkişafı onlarda xoş təəssüratlar yaradıb.

Bundan başqa, bizim Türkiyənin, Ukraynanın, Rusiyanın və digər ölkələrin hakim partiyalarının gəncləri ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, biz bir sıra beynəlxalq təşkilatlar yaxın əməkdaşlıq həyata keçiririkbu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Həmçinin, partiyamızın Gənclər Birliyi müxtəlif beynəlxalq tədbirlərə də dəvət alır və biz həmin tədbirlərdə fəal iştirak edirik. Hesab edirəm ki, bütün bunlar partiyalar arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı Azərbaycanın uğurlarını dünyada təbliğ etmək baxımından da əhəmiyyətlidir. Əlbəttə ki, beynəlxalq əlaqələrimizin daha da gücləndirilməsi bizim fəaliyyətimizdə əsas yerlərdən birini tuturbu yöndə siyasətimiz uğurla davam edəcək.

 

 

VAHAB

 

525-ci qəzet.- 2011.- 11 oktyabr.- S.5.