“Mən danışıqlar masasının tərk ediləcəyi barədə bir işarə görmürəm”

 

ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ: “ENERJİ TƏMİNATIMIZIN DİVERSİFİKASİYASINDA ƏSAS LAYİHƏ KİMİ “CƏNUB DƏHLİZİ” LAYİHƏSİNİ DƏSTƏKLƏYİRİK”

 

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin APA-ya müsahibəsi

 

– Cənab səfir, Almaniya Birliyi Günü oktyabr ayına təsadüf edir. Berlin divarının sökülməsindən və Almaniyanın birləşməsindən təqribən 20 il ötür. Siz indi bu günü neçə dəyərləndirirsiniz? Birlik Günü sizin üçünanlam daşıyır?

Almaniya Birliyi Günü böyük sevincbayram günüdür. 21 il öncə Almaniyanın parçalanmasına son qoyuldu. O vaxtdan bəri vahid Almaniya Avropa Birliyi və BMT kimi təşkilatların nüfuzlu üzvüdür. Bu il Almaniya Birliyi Günü kədərli bir hadisə ilə – 50 il öncə, 13 avqust 1961-ci ildə Berlin divarının ucaldılması tarixi ilə bir dövrə təsadüf edir. Berlin divarının mövcud olduğu 28 il ərzində Almaniya Demokratik Respublikasından qaçmağa cəhd edən 100-dən çox şəxs Şərqi Almaniya sərhəd qoşunları tərəfindən Berlində qətlə yetirilib. Təbii ki, yaxınlarını və dostlarını itirmiş şəxslər bu günemosional cəhətdən həssas qalırlar. Almanların “düşüncədə divar “ anlamına, yəni “Wessis” (Qərbi Almaniya vətəndaşı) və “Ossis( Almaniya Demokratik Respublikasının vətəndaşı) arasında qarşılıqlı anlaşmaya gəlincə bu istiqamətdə biz xeyli irəliyə getmişik. Almaniya Federativ Respublikasının keçmiş paytaxtı Bonnda rəsmi tədbirlərin izdihamlılığı onu göstərir ki, almanlar kimliklərini öz milli günlərində görürlər.

Almaniya Avropa iqtisadiyyatının lokomotivi kimi qəbul olunur. Lakin bəziləri qeyd edir ki, digər Avropa dövlətləri Azərbaycanda iqtisadi cəhətdən daha fəal olduqları bir vaxtda Azərbaycan birbaşa alman sərmayələrini cəlb edə bilmir. Daha çox birbaşa alman sərmayələrini cəlb etmək üçün Azərbaycan özünün işgüzar iqlimində nə dəyişiklər etməlidir?

– Mən Sizin sərmayə və ticari əməkdaşlıq bölgüsü ilə razıyam. Mən Almaniyadan Azərbaycana yatırılan daha çox həcmdə sərmayə görmək istərdim. Lakin burada alman biznesinin strukturunu anlamaq lazımdır. Kiçikorta müəssisələr bizim iqtisadiyyatın bir növ onurğa sütunudur. Bəzən onların rəqabət qabiliyyəti müəyyən məsələlərdən asılı olur. Buna görə onlar böyük hüquqi proseduraları özlərinə rəva görə bilmir. Onlar riskə meylli deyil və sərmayələrini Almaniyada olduğu kimi, hüquqi sistemin etibarlı olduğu və korrupsiyanın az səviyyədə olduğu ölkələrə yatırmağa üstünlük verirlər. İndi Azərbaycanda davam edən korrupsiyaya qarşı mübarizə və hüquqa söykənən sistemin bərqərar olması nə qədər uğurlu olacaqsa, alman sərmayələri üçün Azərbaycanın cəlbedicilik dərəcəsi daha yüksək olacaq. Əmtəə dövriyyəsinə gəlincə, qeyd edim ki, ötən il 700 milyonluq ixracat göstəricisi ilə Almaniya Azərbaycana müxtəlif mallar ixrac edən öndə gedən ölkələrdən biri olub. Biz müxtəlif çeşidli mallar, xüsusən avtomobillər satırıq, amma həm də maşın alətləri, tibbi avadanlıq və hətta – məni həmişə təəccübləndirən budurtütün də satırıq . Digər tərəfdən isə Almaniya Azərbaycandan əsasını neft təşkil edən və ümumi həcmi 1 mlrd. 300 mln. avro məbləğində mal idxal edir.

– Azərbaycanlılar arasında Almaniyaya səfər etmək geniş yayılıb. Siz hər il təqribən nə qədər viza verirsiniz?

Biz çox şadıq ki, Almaniya bir səyahət məkanı kimi belə bir müsbət şöhrətə malikdir. Ötən il biz 12 min viza vermişik. Avropa Komissiyasının viza rejiminin sadələşdirilməsinə dair mandat alması çox müsbət haldır və mən sürətli tərəqqiyə ümid edirəm. Eyni zamanda deyim ki, yalnız Bakıda deyil, habelə regionlarda da mehmanxanaların sayının artması şəraitində almanlar, avropalılar və digərləri üçün viza tələblərini aradan qaldırmaq Azərbaycana aid olan bir məsələdir. Əminəm ki, bu, ölkənizə səyahət edənlərin sayının kəskin artmasına öz töhfəsini verəcək.

Almaniya Qarabağ münaqişəsinin çözümü ilə 15 ilə yaxındır ki, məşğul olan Minsk Qrupunun üzvüdür. Lakin danışıqlarda tərəqqinin az olması ilə əlaqədar Azərbaycan cəmiyyətində məyusluq hissi yaranıb və belə bir şəraitdə münaqişə tərəfləri hərbi xərclərini artırırlar. Bütün bunları nəzərə alsaq, Qarabağ tənzimləmə prosesindəki son dinamikanı neçə dəyərləndirərsiniz?

– Tərəqqinin az olması səbəbindən yaranan məyusluğu mən anlayıram. Razıyam ki, hərbi xərclərin artması narahatedicidir. Lakin xoşbəxtlikdən mən – səhv yozula biləcək bəzi rəsmi bəyanatlardan savayı – danışıqlar masasının tərk ediləcəyi barədə bir işarə görmürəm. Qarabağ problemini daha çox müşahidə edib dərk etdikcə mən daha çox Almaniyanın müharibədən sonrakı tarixinin bir aspektini xatırlayıram. Söhbət alman məsələsinin həllinə nail olmaq üçün Almaniya Federativ Respublikası təsis ediləndən 20 il sonraya təsadüf edən bir epizoddan gedir. Mən Villi Brantın Helsinki prosesinə daxil edilən uzaqgörən Yeni Şərq Siyasətini nəzərdə tuturam. AFR və ADR 1949-cu ildə elan ediləndən 40 il sonra məhz bu siyasət Berlin divarının süqutuna gətirib çıxartdı. Mənim alman tarixindən ibrət götürdüyüm məqam – səbir və siyasi çözüm axtarmaqdır. Arxaya dönüb baxan isə gələcəyini itirəcək.

– Almaniyanın “Cənub Dəhlizi” layihəsinə yanaşması neçədir?

Enerji təminatımızın diversifikasiyasında əsas layihə kimi biz “Cənub Dəhlizi” layihəsini tam dəstəkləyirik. Ümid edirik ki, konkret boru xətti ilə bağlı yaxınlarda qərar veriləcək, çünki sərmayədarlara müəyyənlik lazımdır.

– “Eurovision” qələbəsi səbəbindən Almaniya Azərbaycan üçün özəl bir ölkə oldu. Azərbaycanın qalib gəldiyi son müsabiqə Almaniyada baş tutub. Habelə bizim qalib duet iştirakçılarından biri Almaniyada təhsil alıb. Mədəniyyət sahəsinə aid olan bubir sıra digər hadisələri nəzərə alan bəzi şəxslər deyir ki, indi Azərbaycan Avropaya mədəni cəhətdən daha yaxınlaşır, nəinki siyasi cəhətdən. Siz bu barədə nə düşünürsünüz?

Olduqca şadam ki, EllNikki Düsseldorfda Azərbaycana qələbə qazandırıblar və indi mən gələn il Bakıda keçiriləcək böyük hadisəni səbirsizliklə gözləyirəm. Mənim Eldarla bir neçə dəfə görüşmək fürsətim olub və deyə bilərəm ki o, açıq, tolerant və qərbyönümlü Azərbaycanın mükəmməl təmsilçisidir. “Eurovision” mahnı yarışması yalnız musiqi hadisəsi olsa da, Bakıda siyasi qərarların qəbulundan məsul şəxslər bu qələbənin əldə edilməsində böyük pay sahibidirlər. Eurovision” müsabiqəsinin təşkilat komitəsi açıq şəkildə bildirib ki, xarici qonaqlar üçün istər viza məsələsində, istər söz azadlığı və digər vətəndaş azadlıqları ilə bağlı müsabiqəyə ev sahibliyi edən dövlətdən nə gözləyirlər. İcazə verin kifayət qədər səmimi olum: hazırda biz Konstitusiya tərəfindən verilən ifadə azadlığı hüququndan istifadə edən insanların cinayət məsuliyyətinə cəlb edilməsini müşahidə edirik. Mən xatırlayıram ki, zati-aliləri cənab İlham Əliyevin 27 may tarixində elan etdiyi məqsədlərdə belə bir ifadə vardı. İqtibas gətirirəm: “Demokratik prinsiplər Azərbaycanın bütün sahələrində bərqərar edilməlidir. Ölkədə hüquqi dövlət quruculuğu davam edirbu istiqamətdə əlavə addımlar gözlənilir. Bu, xalqın arzusu və zamanın tələbidir”.

 

 

525-ci qəzet.- 2011.- 11 oktyabr.- S.5.