Rəssamlar İttifaqında dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan sərgi açılıb

 

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan sərgi gerçəkləşib. Sərgidə Azərbaycan rəssamlarının müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunan rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş etdirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan mədəniyyətinin son 20 ildə dünyanın inkişaf edən ölkələrin sırasında özünəməxsus yerə sahib olduğunu diqqətə çatdırıb. Sərgidə 75 rəssamın son 20 ildə çəkdiyi 100-ə yaxın əsəri nümayiş olunub. Nümayiş olunan əsərlərin müəllifləri arasında Siruz Mirzəzadə, Asif Rzayev, Arif Hüseynov və başqaları olub. Sərgidə ARİ-nin katibi, xalq rəssamı Ağaəli İbrahimov, xalq rəssamı Altay Hacıyev və başqaları iştirak edib. Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.7.