Əbülfəs Qarayev MDB-nin Mədəni əməkdaşlıq üzrə Şurasının növbəti iclasına qatılıb

 

Ukraynanın Kiyev şəhərində MDB iştirakçısı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclası keçirilir. İclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. İclasda MDB-nin 20 illiyi ilə əlaqədar qurumun üzvü olan ölkələrin Mədəniyyət nazirlikləri tərəfindən keçirilmiş və keçiriləcək tədbirlər, “Birliyin Mədəniyyət Paytaxtları” dövlətlərarası proqramı, MDB iştirakçısı ölkələrinin Ümumdünya mədəni irsinin qorunması mərkəzinin yaradılması, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində MDB dövlətlərinin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.İclasa MDB iştirakçısı olan ölkələrin Mədəni əməkdaşlıq üzrə Şurasının sədri – Rusiya Federasiyasının mədəniyyət naziri A.Avdeyev sədrlik edir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 21 oktyabr.- S.7.