ORALARDA KİMLƏR VAR: CENGİZ DAĞCI

 

Öncə bir xəbər

 

Görkəmli Kırım-tatar ədibi Cengiz Dağcı vətən torpağına tapşırılıb.

 

YAZIÇININ DOĞMA KƏNDİ QIZILTAŞDA KEÇİRİLƏN DƏFN MƏRASİMİNƏ TÜRKİYƏDƏN 200 NƏFƏRLİK YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ QATILIB

 

Bu il sentyabrın 22-də Londonda dünyasını dəyişən görkəmli tatar yazıçısı və azadlıqsevər ictimai xadim Cengiz Dağcının cənazəsinin doğma kəndində dəfn edilməsi üçün Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun Ukrayna hökumətinin nümayəndələri ilə apardığı danışıqlar uğurla nəticələnib. Yazıçının cənazəsinin, onun 71 il öncə ayrıldığı Qurzuf yaxınlığındakı Qızıldaş kəndində dəfn edilməsinə icazə alınıb.

Cənazə oktyabrın 2-də Kırıma gətirilərək, Türkiyə Dəyanət İşləri başkanı professor Mehmet Görmezin imamlığı ilə Akmescid (Simferopol) Kəbir məscidində qılınan cənazə namazından sonra Qızıltaş kəndində aparılaraq, torpağa verilib.

Dəfn mərasimində Türkiyədən 200 nəfərlik bir heyət iştirak edib. Bu heyətdə Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu, professor Mehmet Görmez, Böyük Birlik Partiyası genel başkanı Mustafa Destici, partiyanın keçmiş sədrləri Hasan Celal Güzel və Mehmet Sağlam, TİKA Başkanı Serdar Çam, Böyük Birlik Partiyasının keçmiş sədri mərhum Muhsin Yazıcıoğlunun xanımı Gülefer Yazıcıoğlu, professor İlber Ortaylı, millət vəkilləri, universitetlərin rektorları, ziyalılar və yazıçılar, Kırımdan Türkiyəyə köç etmiş ailələrin övladları təmsil olunublar.(525-ci qəzetdən)

 

CENGİZ DAĞCI KİMDİ?

 

1920-ci ildə anadan olan romançının uşalığı qıtlıq, yoxsulluq, Rus imperializminin zülmü və basqısı altında geçdi. Çətin bir həyat mücadələsindən sonra savaş illərində Krımı tərk etmək məcburiyyətində qaldı. Xalqının yaşadığı böyük acıları hüzn dolu kitablarda anlatdı. Türkiyəni heç görmədiyi halda bütün ƏSƏRLƏRİNİ ‘ANAMIN DİLİ’ dediyi Türkiyə türkcəsi ilə yazdı. İlk kitabı “QORXUNC İLLƏR” 1956-cı ildə çıxdı. Ardından “YURDUNU İTİRƏN ADAM,”, “ONLAR DA İNSANDI”, “O TORPAQLAR BİZİMDİ” və sairə və sairə...60 ildir Türkiyə Türkçəsi ilə yazan böyük romançı, Türk ədəbiyyatına 30-a yaxın əsər bəxş etmişdir.

“Yurdunu itirən Adam” minlərcə Krım Türkündən biriydi. Yurdunu itirmiş, amma dilini, adətini, ümidini, idealını və inancını əsla itirməmiş. Bu üzdən böyüdü, devləşdi, əfsanələşdi. Həyatı çətin idi. Ən ağır işlərdə çalışırkən yazdı.

( Keçdiyimiz günlərdə türk dünyasının böyük bir yazarı da haqqa qovuşdu.Bu yazı da olsun ona bizim vida borcumuz.Bu arada araşdırmaçı-yazar Əli Şamil bəyin elə bu qəzetdə çap etdirdyi yazı üçün bir oxucu kimi ona sağ ol deyirik).

 

Mən bu gözəl yazar haqqında ilk dəfə Türkiyənin Kültür və Turizim Bakanı Atilla Koçun bir səfər zamanı yazıçının evinə getdiyi və Onu, qürbətdəki tatar yazarı Çingiz Dağcını Türkiyəyə dəvət etdiyini oxudum. Xəbərdə deyilirdi: “Kültür və Turizm Bakanı Atilla Koç Dünya turizm Fuarı üçün getdiyi Londonda Krımlı, tatar yazar Çingiz Dağcını gecə yarısı evində ziyarət edib.( !!!!!!!!!!!!. Nidalar mənimdir).

Bakan Koç Türkiyəni heç görmədiyi halda bütün kitabları Türkiyə türkcəsində Türkiyədə yayınlanan Çingiz Dağçının ziyarət etmiş və demiş: “İllər öncə “Onlar da insandı” kitabınızı oxumuşam və mənə çox böyük təsir bağışlayıb”.

Çin səfərindən dönərkən Londona gələn Atilla Koç gecə yarısı az vaxtı olsa da Vimbeldon yaxınlarında yaşayan yazar Dağcını ziyarət etmiş və bu ziyarətə sırasında İstanbul Millət Vəkili Hüseyn Bəsli və Londonda yaşayan Türk şair Mevlut Çeylan da orada olmuşdur.Bakan Koç Çingiz Dağcıya “Onlar da insandı” adlı kitabının “Varlıq” yayın evində çıxdığını xatırladaraq, ‘Badam budağına asılı bəbəklər’ romanını oxuduğunu da söyləmişdir.Çingiz Dağcını Türkiyəyə və Krıma dəvət etməyi də unutmayan Bakan Koç: “Kitablarınızı oxuyan insanlar heç getməmiş olduğunuz Türkiyədə də sizi görmək istərdi. Sizi Türkiyəyə dəvət edirik.”

Bakan Koçun söylədiklərindən çox məmnun olan Çingiz Dağçı da “Mən nə günah işlədim ki,bir Bakan mənim evimə ziyarətə gəlir.”-deyə zarafat etmişdir. Və Dağcı sonra əlavə etmişdir: “Evimdə ilk dəfə bu qədər türkü bir yerdə qonaq edirəm.”

Söhbət zamanı ilk kitablarının redaktoru olan tanınmış şair Ziya Osman Sabanın zəhmətini xatırladan Dağçı, kitablarını Türkiyə türkcəsində çap olunmasının ardından özü-özünə : “Dağcı sən artıq Türkcənin və Türkiyənin yazarısan”-deyərək bütün əsərlərinin türkcədə yazdığını ifadə etmişdir.Bir saata yaxın Atilla Koçla söhbət edən yazar Çinciz Dağçı Bakan Koçun Türkiyəyə dəvətini sağlığı üzündən qəbul edə bilməyəcəyini söyləmişdir”.

Və daha sonra mən internet üstündən bu yazarın taleyi ilə maraqlandım və bu da ona gətirib çıxardı ki, hörmətli nazirin dəvətindən sonra Türkiyədə onun haqqında oxuculardan tutmuş ədəbiyyatçılara qədər hər kəs maraqlanmağa başladı və mən həmin maraqların da ardınca gedib, bu gözəl yazar haqqında bir çox bilgiləri əldə etdim.

“Krım Türklərinin dramını romanlaşdıran və bütün əsərlərini Türkiyə Türkcəsiylə yazan dünya çapındakı böyük yazar Çingiz Dağcını Türkiyədə görmək istəyirik.”-deyir oxucular.

Çingiz Dağcı 1940-cı illərdə sürgün olunduğu və yaşamağa məcbur olduğu İngiltərədən Türkiyəyə gəlmək istəmiş, ancaq bu arzu geri çevrilmişdi. Sənət aləmi ürəyi Türkiyə sevdasıyla dolu olan bu nəhəng ( İstanbul türkcəsində (DEV) yazıçının Türkiyəyə gətirilməsini, qırılmış qəlbinin sarınmasını, haqqında böyük tədbirlər görülməsini və oxucularla görüşməsini tələb etmişlər. Bu həsrət bitsin demişlər.

Bu maraqlı hadisə ilə bağlı bəzi fikirləri sizlərlə də bölüşmək istəyirik.Bu fikirləri almaq üçün internetdə bir adres açılmış və oxucular öz fikirlərini oraya göndərmişdir.Bu sahədə çox aktiv olan türk oxucuları həqiqətən az zaman içərisində aşağıdakıları yazmışlar.

 

lll

 

Yazar Mehmet Nuri Yardım :”Çingiz Dağcı həsrəti.

Cengiz Dağcıya Dəvət” başlıqlı yazıma oxuculardan səs gəldi. Bu məsələnin bu qədər həyəcan doğuracağını heç düşünməmişdim. Və bu çox sevindirici bir haldır. Hərkəs, romançımızın Türkiyəyə gətirilməsi üçün nələr eləyə biləcəyini, üstünə hansı işlər düşə biləcəyini soruşur.Hər halda məsələni gündəmdə saxlamağımız vacibdir.Romançımızın əsərlərini yayımlayan “Ötükən” nəşriyat, bu məsələni çox gərəkli hesab edərək TYB Başkan Yardımçısı Ali Ural da bunun vacib olduğunu vurğulamış, Dağcının Türkiyəyə gətirilməsi üçün idarə heyyəti ilə birlikdə əllərindən gələni eləyəcəklərini söyləmişdir.Telefonla arayan və məktub yazan oxucular, “Düşüncənizə və yazdıqlarınıza dörd əlli “hə” deyirik.Anadolunun üzü ağ topraqları hər zaman Krım Türklərinin xəyalı olmuşdur. Çingiz Dağcı, Türk dünyası üçün bir dəyərdir. Sağlığında da qiymətini bilməliyk”- deyən İstanbul Krım Türkləri Dərnək Başkanı Cəlal İçdən bir məktub aldım. İç məktubunda deyir: “Yeni Çağ” qəzetində, Çingiz Dağcı ilə bağlı yazınızı oxudum, çox xöşbəxt oldum.Bildiyiniz üzrə Türkiyəmizdə 6-7 milyon civarında olduğu söylənən Krım Türkləri çeşitli şəhərlərə yayılmışdır. Dərnək sayısı 30 civarındadır. Mən Cəlal İç, İstanbul Krım Dərnəyinin 1993-cü ildən bəri başqanlığını aparıram.Dağcını Londonda ziyarət etmişdik. Kəmal Çapraz, Almaniya Krım Dərnək Başkanı Rafət Karanlık və Londonda Mustafa Kökər ilə yanına getdik.Romançımız, söhbət əsnasında Türkiyəyə gəlmək üçün təşəbbüs etdiyini, amma Türk Konsulluğnda ‘Sənin Türkiyədə akraban varmı?’ deyə sorulduğunu söylədi. O da : ‘yox orada bir tanıdığım yoxdur”- demiş. Və Türkiyəyə gəlişi üçün izn verilməmiş. Çinciz Dağcı mənə: “Konsulluqdan çıxdıqdan sonra binanın qarşısındakı parkda oturdum. Türkiyədə hərkəsin mənə əqraba olduğunu sanırdım,- deyərək çox üzüldüyünü anlatdı. Onun bu sözlərindən sonra biz bir-birimizin üzünə baxdıq, deyəcək bir sözümüz yox idi.

Dağcı, buna baxmayaraq hər gün Türkiyə radiolarını dinləməkdən yorulmurmuş.Türkcə yazaraq Türkiyəyə sevgisini və həsrətini heç bir zaman itirməmiş, bütün Krımlılar kimi. “Krımda yaşayan Krım Türklərinin öz vətənlərində artıq yox olma təhlükəsi var.Siz öz yazılarınzda bu məsələni həmişə gündəmdə tutursunuz,buna görə sizə təşəkkür edirəm,- deyib böyük yazıçı”- türk qəzetçisinə.

 

lll

 

Cengiz Dağcı neyçin bu qədər dəyərlidir? Çünki Rusların Krımdaki qətliamlarını romanlaşdırmışdır. Edilən zülümləri, çəkilən acıları, yaşanan sürgünləri anlatmışdır. Bugün Ortadoğuda yaşasaydı İsrayılın Qanadakı vəhşiliklərini dastanlaşdıracaqdı.Televiziyalarda və qəzetlərdə gördüyümüz qumlar üzərindəki əmzikli bəbəklərin hekayəsini yazacaqdı. Yaxşı,bunu məhz o insanlarmı qələmə almalıdır ki,onlar hər hansı bir xəttlə bu işə bağlıdırlar? Xeyir.Orada vəhşicəsinə doğranılan bizim yavrularımız. Hətta gizləndiyi yerlər belə onlar məzar olur.Həyata başlarkən vidalaşmaq məcburiyətində qalan körpələr, yavrularına sarılaraq ölən analar, oyuncaqlarına doyamayan çocuklar bizim. Hardasınız ey dünyanın yaxşı insanları!!! Ətrafınızda baş verən bu vəhşilikləri görmürsünüzmü?

Ortadoğuda bəbəklərin qanı axır. Dünya seyirci. Ərəblərin hər şeyi var, amma bu gün çəkdiklərini romanlaşdıracaq Cengiz Dağcıları yoxdur. Bax, məhz buna görə Cengiz Dağcı mənim gözümdə daha da böyüyür.

 

Mehmət Nuri Yardımın “Cengiz Dağcıya dəvət” yazısından :

 

“Doğulduğum Görfəz qəsəbəsinin və uşaqlıq illərimin keçdiyi Qızıldaş kəndinin gənclərinin söylədikləri bir türkü gəlir ağlıma:

 

Küçə boyu gəzərdi adam

Gəzərdi piyadə

anan sevər, baban sevər

Məndən ziyadə.

 

Uşaqlıq illərimdən bəri ruhumun dənizi sahilində mənə bir aşina oldu gözəl Türkiyə. Mən o gözələ baxa-baxa əsərlərimi Türkcə yazmaya bilməzdim.Başqa bir dildə yazmazdım. Türkiyəni görmək, romanlarımı oxuyan oxucularla üz-üzə oturub danışmaq. Bundan daha böyük bir xöşbəxtlik ola bilməzdi.”

Belə bir ovqatda böyümüş Cengiz Dağcı.Krımlı yazar Cengiz Dağcı.1999-cu ildə mənə göndərdiyi məktubda Türkiyə eşqini yuxarıdakı kimi ifadə edirdi.

 

CENGİZ DAĞCInın son günləri

 

Bu yazı yazılanda Cengiz Dağcı 86 yaşındaydı. Londonun Uimbildon bölgəsində, həm vətənindən, həm sevdiyi ölkə Türkiyədən uzaqda, yalnız yaşayırdı. Evini İlesam, Türkiyə Yazarlar Birliyi Türkocağının verdiyi ödüllər bəzəyir. Amma sol çevrələr onu görmək istəmədi. Çünki romanlarında totalitar rejimi çox hirslə tənqid edir, zülmü lənətləyirdi.Suçu (!) böyükdü. Zira soydaşlarının, dindaşlarının dramını, incidliyini, yurdsuz qalışını yazmışdı. Bu əfv edilə bilir bir qəbahət (!) deyildi. İnkar olunan Dağcı, yüzminlərcə oxucusunun gönlündə taxt qurdu. İngiltərədə yaşasa da ağlı Krımda, qəlbi Türkiyədə oldu. Ürəyindəki sevgini kəlmələrlə romanlarına, hekayələrinə, xatirələrinə tökdü.

Türkiyə Türkcə sevdalısı, amma ölkəmizi heç görmədi. Əski Kültür Bakanı İstemihan Talay tərəfindən dəvət edildi, bir şey çıxmadı.İndiki Atilla Koç görəsən romançımızı Türkiyəyə gətirə biləcəkmi?

Əsərlərini Türkiyə Türkçəsiylə yazan, Türkiyəni Krım kimi vətən bilən böyük yazar üçün bu bir istək, bir vicdan borcudur. Yazarın 1940-cı ilərdə ölkəmizə gəlmək istədiyi, ancaq bu tələbin rəddedildiyi danışılır.Bu rəvayət doğruysa, dəvət ilə qırıq gönlü ovutmağımız üçün, 60 il öncəki xata təkrar edilməməlidir.O Türkiyənin dağına, daşına həsrət, bayrağına, toprağına sevdalı, suyuna, bulutuna vurğun. Çingiz Dağcıya Türkiyədən salam yollarkən, sizi onunTürk çiçəkləriadlı yazısıyla tanış edirəm:

 

CENGİZ DAĞCIDAN BİR ETÜD : TÜRK ÇİÇƏKLƏRİ

 

Türkcə isimlərini bilmədiyim iki çiçək əkdim üç il qabaq qarşıdakı çəpərin dibinə. Çiçək satanın dediyinə görə Türk çiçəkləriymiş. Türkiyədən gətirilib. Yerdən yarım metrə yüksək, əğrəltiləri xatırladan tünd yaşıl yarpaqları arasındakı budaqların ucunda bir zurnanı xatırladan pəmbəmsi, qızıl baxçamın ən gözəl yerinə əkdim. Geçən ilin yazı ilk kəz çiçəklədilər. Çiçəyin ismini öyrənirəm deyə tanıdığım insanlardan soruşdum. Bilən olmadı. olsun ki,bu vacib deyil. Əsas olur ki,çiçəklər Türk çiçəyi; bu mənə bəs eləyirdi.Yaz boyu hər axşam suladım, üzərlərinə əyilərək oxşadım; oxşarkən qohumuq, qardaşıq deyə fısıldadım belə çiçəklərə. Gecələri ayaz oldu; bəzən çox qorxulu şaxtalara dözdü. Səhər tezdən baxçaya çıxdığımda çimlik, gümüşü günəş şüaları ilə örtülürdü bəzən mən onlaratürk çiçəklərinə baş əyirdim.Soyuğa dözümlü olduqlarını bildiyimə baxmayaraq, üzərlərini saman çöpləriylə örtürdüm. Kim bilir, gecənin bir aəlmində ayaz vurar onları-deyə qorxdum.Ya da qar yağar,- düşündüm.Üşüməsinlər mənim Türk çiçəklərim...”

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 22 oktyabr.- S.23.