Məhəmməd
Əmin Rəsulzadə
Şirməmməd
Hüseynov
Əsərləri
Üçüncü cild (1915-1916)
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev
və elmi işçi Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Bir münaqişə münasibətilə
Öylə bir şərait və zaman içində yaşayoruz ki, ən açıq və ən aşkar şeylər “Ört-basdır” edilmək istənildigini seyr ediyoruz.
Kars general qubernatorunun gərək əvvəlinji və gərək ikinji bəyannaməsinin kəmali-sərahət və qətiyyətlə anlandığı bir məsələ vardı ki, kimsənin o xüsusda bir şəkk və şübhə edə biləjəgini kimsə təsəvvür edə bilməzdi. General qubernator jənabları, məlum olduğu üzrə yerli “xristian əhalisinin əvam” qismi tərəfindən yerli müsəlmanlar haqqında rəva gördükləri zülm və qəddarları dayandırmaq üçün ən şiddətli jəzalara mürajiət etmək məjburiyyətində qaldığını bildiriyor və şiddətli jəzaların tətbiqini əmr etməklə bərabər, xristian xəlqinin ürəfa qismi dəxi bu işdə ijrayi-nüfuz etməgə dəvətlə hərfən diyordi ki:
“Türkiyə ilə müharibənin əvvəlindən etibarən xristian əhalinin əvam xəlqi tərəfindən yerli müsəlmanlara qarşı bəzi düşmənlik hissi biruz ediyordu ki, bu hiss son günlərdə açıq bir hüjum şəklini alıb bir neçə sülhcu müsəlmanların qətli ilə nətijələnmişdir... Rusiya xətti-hakimiyyətində Rusiyaya qarşı hissiyyati-ədavətkaranə göstərənlər belə olsa, onlar həqqində zülm və özbaşnalığa müsaidə verilməz... Kars mahalının əqli başında olan xristian əhalisinə mürajiətlə onları əvam xəlqə ijrayi-nüfuz üçün dəvət ediyoram ki, heç bir şeydə qüsurlu olmayan müsəlmanları qırmaqdan və onlara əziyyət verməkdən sakınsınlar, çünki, bunlar zühura gələn əhvali-hərbiyyədən heçdürlər, məsul degildirlər”.
General qubernator Zuyevin xristian əhalisinin əqli başında olanlarına qarşı vaqe olan mürajiətini “Kaspi” qəzetəsi təyib eləmiş və xristian ürəfasından istəmişdi ki, “əvam xəlqi” bu yaramaz hallardan saxlamağa çalışsınlar.
Bu arzunu general qubernator Zuyevin ilk bəyannaməsi çıxdığı sıralarda “İqbal” dəxi bəyan eləmiş, bu xüsusda bütün Qafqasiya ürəfası həqqinə düşən vəzifədən bəhs edərkən əsil məsuliyyətin bilxassə xristian ürəfasına aid olduğunu da qeyd eləmiş idi. “İqbal”: “Tarixi vaqeələr qarşısında: Qonşuluq münasibati” ünvanındakı məqaləsində: “Xristian əhalinin əvam qismi jəhalətindən dolayı fəna bir işə qədəm qoymuş. Əjəba, bu xristian əhalinin məarifməndəlri nədən bu işin zühuruna meydan vermiş və nədən bunun çarəsini piş əz vəqt düşünməmişlərdir?” – demişdi.
“Kaspi”yə javab olaraq yazdığı bir mütaiəsində “Baku” qəzetəsi məəttəəssüf bu qədər açıq bir məsələyə başqa bir rəng vermək səddinə gəlmiş, xristian ürəfasına tövsiyə olunan mürajiətlərin yersiz olduğunu meydana çəkmiş, demişdir ki: “Biz razı ola bilməriz ki, anjaq xristian əhalisi Kars general-qubernatorunun xitabına mərji olsun və anjaq onlar öz əvamlarına ijrayi-nüfuz etmək məjburiyyətində qalsınlar. İşi böylə birtərəfli təsvir etmək Kars general-qubernatorunun elanının ruhunu təflit etmək deməkdir ki, bu xüsusda o heç bir istinayə məhəl buraqmayıb öz elanına müsəlmanları da xristianları mərjə iqtixas eləmişdir.
“Bu həqiqətən də doğrudur və anjaq iki tərəfdən vaqe olan sülh təşviqləridir ki, faiqə bəxş ola bilər”.
Bu xüsusda “Kaspi” qəzetəsinin “Baku”ya qarşı nəşr olunan javabı lazım gələn nöqtələri jamidir.
Ən jiddi bir məsələyən nisbətlə bu qədər qeyri-jiddi bir əlaqədarlıq göstərdigindən naşi “Kaspi” ilə bərabər olub da, “Baku”ya təəssüf etməmək olmaz.
Məsələ gün kibi aşkar. Xristian əhalisi miyanında böyük Rusiyanın heysiyyət və hüquqi-hikmranisinin haris və tərəfdarlığını talknan bir takım könüllülər zühur etmiş də “vətən xainidir” deyə bunu – onu boğazlayıb keyfləri istədigi məzalimi ijra eləmişlərdir. Düşmənlərə hissiyyati-dustanə göstərmək kibi böyük bir ittiham altında bulundurulan müsəlman xəlqi iştə bu fürsəti-çuğmaçıların qurbanı oluyorlar. Böyük Rusiyanın səlahiyyətdar şəxsi və idarələri durub-dururkən onlar aranı ixtilalə veriyorlar. Vətənpərəstlik namindən sui-istifadə edən bu “həvəskarlar” isə general-qubernator Zuyev elannaməsinin sərahət və bəlağətlə isbat elədigi kibi, şübhəsiz ki, xristian əhalisindən bir qismidir, madam ki, böylə bir həqiqət meydandadır ki, o halda şübhəsiz ki, sülh və asayişi təmin naminə deniləjək nə varsa, hüjum olunanlara degil, hüjum edənlərə denilməlidir.
Əvət, biz bunu qanıyoruq ki, müsəlman, xristian və sairə kim olursa-olsun, bu gün daxili asayişi və Qafqasiya əqvamini biri-birindən soyudajaq, aralarına munafirət salajaq hərəkətlərdən sakınmalıdır. Bunu bilxassə ürəfa qismi yapmalıdır. Bu xüsusda “İqbal”, “Baku” mətbuatı miyanında hər kəsdən əvvəl bəyani-fikir eləmiş və ürəfanı bilafərq millət və məzhəb böylə bir məqsədə dəvət etmişdir.
Fəqət əmri-vaqeəyə qarşı bir vəziyyət almağa gəlinjə, bittəbii ilk sübheyi-işa xristianlara racı olmaq üzrə, yenə xristianlar tərəfindən vaqe olmalıdır.
– Nə yapırsınız, durunuz, qatillər! – bağırmalıdır. Bunu şübhəsiz ki, xristianlar bağırmalı; sonra:
– Bu bir suyi-zənd və təqim nətijəsidir. Qonşuluq və həmvətənlik xatirinə alamınızı unudunuz! Əqailla ama sələf – deyə təskin etmək nəvişi müsəlman ürəfasına gəlsin.
İşin, hal-hazırın, əmri-vaqein ijabi bunu tələb edirkən məmafiə “Baku”nun arzu etdigini müsəlman mətbuatı on gün bundan əqdəm ifa eləmiş və xəlqi qonşuluq həqqini gözləməgə dəvət eləmişdir. Halbuki, “Baku”nun bu yolda vaqe olan ilk bəyanı da iştə bir məqalədən ibarətdir.
Fəqət biz “Baku”nun məqaləsini şübhəsiz ki, bütün xristian qismi ürəfasının əhvali-ruhiyyəsinə tərjüman olaraq qəbul etmək meylində degiliz. Yalnız çox arzu olunardı ki, onlar da meydanı “Baku”ya buraxmasınlar. Çünki “Baku”dan ötrü əsl mətləbi dərk edib də vaqe olan insani mürajiətləri qanmaq bir az müşküljədir. Çünki təqib elədigi ruh və təsnif elədigi əxbarın tovlid edə biləjəgi əhvali-ruhiyyə ilə Kars fajiələri arasında bəlkə də mənəvi bir rabitə olduğunu kəndisi də seziyor.
Fəqət heç olmasa imdi kəndisinin iltihaq edəjəgini elan eylədigi “qarışıqlıq əziyyətləri unutmaqla qonşuluq sülh” təşviqatı naminə “Baku” qəzetəsi səmimiyyəti-asari göstərəydi.
Məəttəəssüf, bu da yox.
M.Ə.Rəsulzadə
“İqbal”, 23 yanvar 1915, ¹846
Mərjə – mürajiət olunan
Haris – əkinçi
İnşa – nümunə
Raje – aid
Suzənd – yanğın
Təqim – səmərəsiz
İltihaq – qatılma
Almaniya ilə İngiltərə
Bir çoxları Almaniya diplomasiyasını tənqid edərkən diyorlar ki, “Faterland” (almanlarda vətən təbiri baba yurdu mənası ilə gələn “Faterland” sözü ilə ifadə olunur) siyasiləri İngiltərənin müharibəyə qarışmayajağını təxmin edərkən allanmışlar. Bu allandıqlarındandır ki, imdi ən böyük kin və büğzlərini ingilislərə tövjih eləmiş və əvamə varınjaya qədər “jəzirəlilərə” qarşı düşmənlik bəsləmişlərdir.
Fəqət bizə öylə gəliyor ki, ümumi bir Avropa müharibəsi çıxdığı zaman Almaniya mütləqa İngiltərəni öz düşmənləri jərgəsində görmək məjburiyyətində idi. Başqa dürlüsünü təsəvvür etmək qabil də degildi. Çünki az-çox siyasət aləmindən xəbəri olanlarja bəllidir ki, Almaniya rəqabətindən ən çox mütəzərrər olan İngiltərə idi. İngiltərə dəryalar ölkəsi olub kənarı su ilə yıkanan nə kibi bir jəzirə və şəbi-cəzirə varsa, hamısına təməllik etmək və yaxud orasını təhti-nüfuzuna almağı özünə gögündə təsdiq elədigi bir həqq bilərkən Mərkəzi Avropa hökmdarı olan Almaniya haman tərəfdə bu “ingilis hakimiyyətinə rəqib sifətilə çıxmış və meydanə çıxardığı ujuz münasib malları ilə ingilsiləri özlərinin (bəzi ingilislərin) müstəmləkələrində belə ajiz buraxmışdı.
Son sənələrdə Almaniya artıq dünya tijarətini tamamilə əlinə ala bilmək üçün qüvvətli bir qüvvətə ehtiyaj görmüş və haman düşündüjünü qüvvədən felə çıxarmağa girişmiş idi.
Almaniyanın bir tərəfdən xarüqüladə surətdə tərəqqi edən tijarəti, digər tərəfdən böyük bir sürətlə artan gəmiçiligi ilə dəhşətnak bir hal alan quru və dəniz qüvvələri ingilisləri qorxutmuş idi.
Bu qorxu səbəb oldu ki, İngiltərə hökuməti ənənatə istinad edən politikasından vaz keçib fransızlarla uyuşdu. Bizim Rusiya ilə barışdı, əvvəljə rus kölgəsini qılınjlamaq siyasəti ənənəsindən olan İngiltərə meydanda Almaniya təhlükəsi gördügündən islam aləmi ilə dostlaşmağı müvafiq gördü və buna görə də İran, Tibet və qismən də Əfqanıstan ilə Türkiyəyə aid olmaq üzrə hökumətimizlə aşnalıq elədi və əvvəljə iki böyük dövlət arasında davalı olan bu qitələr, bilxassə İran, ayrıd olunub nüfuz məntəqələrinə bölündü.
İngilis politikasının bu zəmindəki təhvilini göstərən bir çox misallar gətirmək olar. Fəqət, bu misallarda məqaləmizin uzanması mujib olduğundan bu qədər iktifa edəlim.
Demək ki, Almaniya qorxusundan ən qədim siyasətini təğyir və təbdil etmiş olan İngiltərəni ümumi bir Avropa müharibəsində, həm də Almaniya əleyhinə olunan müharibədə Almaniya düşmən miyanəsində görməmək əqlə belə gəlməməlidi. Binaən ileyh alman siyasilərinin də düşmənləri miyanında İngiltərəyə ehtimal vermədiklərinə inanmaq, bizjə bir az sadəlik təşkil edər.
İngilislər jəzirələrində asudə oturub da kimsənin oraya çıxajağını təsəvvür etməzkən birdən-birə meydana Almaniyanın çıxmasını görüb ürkmüşlər və bu jermən dövlətinin əzəmət və qalibiyyətində öz məğlubiyyətlərini haman sezmişlərdi. Binaənileyh ilk fürsətdə bu qorxunj rəqiblərini əzmək və onu Britaniya üçün zərərsiz bir halə gətirməgə çalışajaqlardı. Böylə də oldu və böylə olajağını Almaniya da bilməz degildi.
Diyorlar ki, Almaniyada əvamə varınjaya qədər hər kəs ingilislərdən nifrət ediyordu. Müttəfiqlər miyanından ingilislərə qarşı bəslənilən ədavət hissi Almaniyada kimsəyə qarşı hiss edilməməkdədir. Hətta tarixi düşmənləri olan fransızlara qarşı belə ingilis həqqində bəslənilən büğz və kin hissi ibraz ediləməməkdədir. Bunu da almanların ingilis düşmənligini umid etməzkən allandıqlarını gördüklərindən hasil bir kin kibi tələqqi ediyorlar.
Almaniyada ingilislərə qarşı böylə bir kinin mövjud olduğu, əlbəttə jərh ediləməz. Fəqət, bu ümid etmədikləri bir düşmən qarşısında bulunmaqdan ziyadə ən məzij bir hərif qarşısında bulunmalarından iləri gəlsə gərək. Məlum olduğu üzrə düşmənləri Almaniyanı aclıqla təhdid ediyor və yenə məlum olduğu üzrə Almaniyanı bu xüsusda təngligə salan hamıdan ziyadə İngiltərədir. İngiltərə qüvvətli flotu sayəsində Almaniya sahillərini amluqə edərək oraya ərzaq gətirilməsinə mane oluyor. Şübhəsiz ki, ingilislərin bu hərəkəti almanları ən həssas yerlərindən vurmaqdadır. İngilislərin heç bir şeyləri olmasa da, bu xüsusda müttəfiqlərinə göstərdikləri xidmət az bir şey degildir.
Fəqət almanlar nemsələrə məxsus olan qətiyyət və mətanətlə bu tədbirə qarşı da mübarizənin çarələrinə təbəssül ediyorlar. Əvvəla aj qalmamaq üçün Almaniya ən doğru tədbir olaraq ərzaq qənaətinə təvəssül ediyor. Almaniyanın 10 aylıq ərzağı vardır. Almaniya torpaqlarından hasil olan ərzaq da 7-8 ay qədər Almaniya əhalisini əhatə edəjək haldadır. İmdi müharibədən altı ay keçir. Demək ki, Almaniyanın dörd ay qədər ərzaqi vardır. Busurət gələn biçinə qədər Almaniya məmləkəti yalnız bir-iki ay bir az qəhətlik çəkəjək. İştə bu bir-iki ayı atlanmaq üçün hökumət hər qism tədbiri görmüşdür. Heyvanlara artıq arpa və suluf yemi verilmiyor. Yeyintilərin tükəntisi məxsusi bir surətdə yığılıb məxsus zavodlar tərəfindən onlardan heyvanlar üçün yem hazırlanıyor. Əlavə olaraq çörəgin qənaətlə işlənməsi həqqində hökumət tərəfindən bir çox tədbirlər görülmüşdür. İngiltərənin Almaniyayı aj buraxmasına müqabil daxildə bu kibi iqtisadi tədbirlər ittixaz idi. Almaniya xarijdə iki nov tədbir təvəssül etməkdədir. Əvvəla Amerika əfkari-ümumiyyəsi oradakı mübəlliğləri vasitəsilə ijrayi-təsir və nüfuz edib tijarət kəsblərinin ingilislər tərəfindən müşkülata uğradıldığı başda Amerika hökuməti ilə Britaniya hökumətləri arasında ixtilaf və soyuqluq salıyor, digər tərəfdən də əsgəri və bəhri tədbirlərə təvəssül işinə gərək çirilyonları və gərək sualtı qayıqarı vasitəsilə İngiltərə müttəfiqini talaşa buraxıb Britaniya tijarət gəmilərini fəlj halına gətirmək istiyor. Bu yolda vaqe olan Almaniya ləşitləri həqiqətən də heyrəti mujib hallardandır. Son günlərdə Almaniya sualtı qayıqlarının hətta ingilis jəzirlərinin qərbi sahilində olan Liverpul bəndərinə qədər varıb orada duran bir gəmini patlatdıqdan sonra səlamət olaraq geri dönə bilmişdir. Bu təşəbbüs hətta ingilis mühəqqində indi İrland dənizini Almaniyadan təmizləmək məsələsi belə qalxmışdır.
Almaniyanın yaxın bəndərlərindən Liverpul və aradan geriyə 2000 mildən artıq bir məsafə vardır. Bu qədər yolu gedib məqsədi hasil edə bilmək sualtı qayıq üçün böyük bir jəsarətdir. 4.500 mil məsafəni teyy edən qayıqlar varsa da, bu məsafə adi zamanlarda qorxusuz olaraq seyr etmək zamanlarına məxsusdur. İmdiki kibi qorxulu bir zamanda 2000 mil məsafə teyy etməkdə münhəssis yer haman böyük bir qəhrəmanlıq görüyorlar.
Gərək bir az bundan əvvəl London sahillərində vaqe olan jeyş hüjumu və gərək bu kərə zühura çıxan jövranə sualtı qayıqları həmləsi isə almanların təqib etdikləri yeganə məqsəd haman İngiltərəyi qorxudub da tijarətlərini ajizlanmaqdan ibarətdir. Bu məqsədlə almanlar məzmuni neçə gün əvvəlki məqafilədə nəşr olunan təhdidnaməni nəşr eləmişlərdir. Bu təhdiddən anlaşıldığı vəjhlə Şimal dəryası bitərəf dövlətlərin gəmiləri üçün də xətərlidir – deyə elan olunur. Çünki, düşməni təqib edirkən ingilislər bitərəf gəmilərin şəkil və qiyafəsinə girməkdən çəkinmiyorlarmış.
Yaxınlarda qəzetəçilərlə vaqe olan bir müsahibəsində Almaniya baş vəziri Bisman Huluvek demişdir ki, İngiltərə bizi ajından öldürmək istiyor. Amma bizdə 70 milyonluq əhalini ajlığa məruz buraxmamaq üçün hər dürlü tədbirdən çəkinmiyəjək və bu silahı ingilislərin özlərinə qarşı işlədəjəgiz.
İngiltərə Almaniyanı aj buraxmaq istiyor. Buna görə də almanlar ən çox ingilisləri sevmiyorlar. Çünki, pək əla bilirlər ki, onları məğlub edəjək son bir qüvvə varsa, haman ajlıqdır.
İştə bu ajlıq təhlükəsindən qurtara bilmək üçün hər qism əməli tədbirlərlə bərabər almanlar ingilisləri təhdiddən də geri qalmıyorlar. Fəqət gərək çüpülyonların hüjumu və gərək sualtı qayıqların arabir vaqe olan jəsarətləri daha məzkur təhdidin vüjudə gəldiginə dəlil olamiyib, yalnız məzkur alman təhdidinin təkrarən vaqe olduğunu isbat etməkdədir.
M.Ə.
“İqbal”, 26 yanvar 1915, ¹847
Tövjih – döndərmə
Təhvil – dəyişdirmə
Mujib – səbəb, bais
Əknaf – jəhətlər, tərəflər
Jərj – sanjma, biabır etmə
Müzij – usandırıjı
Fəlj – iflij
Mühəqqində – təhqiq olunmuş, öyrənilmiş
Jeyş – qoşun, ordu
Gürjüstanın böyük şairi
Gürjüstan matəmdədir. Böyük oğlu, böyük şairi Akaki Seretelinin mətamində.
Gürjü sağlığının, gürjü jəmiyyətinin Zaqafqasiya şairiyyətinin gözəl bir nümayəndəsi, böyük gürjü şairi 75 yaşında ikən vəfat eləmiş, bütün Gürjüstan bu gün iştə bu böyük şairinə ağlamaqda və onun ziyan ilə dağidar olmaqdadır.
Hər millətdə müxtəlif sinif və jərəyanlar vardır. Bu cərəyanlara məxsus hər millətdə müxtəlif mütəfəkkirlər və jəmaət xadimləri mövjuddur. Fəqət sinfi mütəfəkkirlər, sənətkarlar və millət xadimləri vardır ki, onlar həqqində bütün millət ittihad edər və o bir firqə və sinfin degil, bütün millətin malı olur. Akaki Sereteli də gürjü millətinin böylə yeganə bir pirini təşkil etməkdə idi. Çünki, bu böyük şair yazdığı mənzumələrində Gürjüstanın ruhunu, gürjülərin qəlbini oqşayor və şübhəsiz ki, hər bir gürjü, haman bir gürjü olmaq hissilə bu böyük qəlbin təsvir elədigi doğma mənzərələrə aşna duyğular və nəjib hisslərdən ali bir zövq duyur və Akaki jənablarının təbi-şairanəsindən mütəhəssis olaraq ərzi-şeylərdən təjahüd edərək ruha, məaliyyatə tərəf pərvaz ediyordu.
Fəqət akakilər yanız bir qövmin, bir millətin, bir qitənin degildir. Bir millətin bütün əfradi-nas üzərində hüsni-təsir oyadan dahilər bəşəriyyət beynəlmiləliyyətinin bir rüknünü təşkil etməkdədirlər. Akaki jənabları da bu nöqteyi-nəzərdən əvvəljə bütün Qafqasiya, sonra da bütün dünyanın təqdir edəjəyi zatlardandır. Çünki, o insanları tövhid edəjək məsləkin, həqiqi şairligin dəgərli bir nümayəndəsidir.
Akakinin bütün qafqasiyalılarja təqdir edildigini qafqasiyalılar 1908-ji ildə göstərdilər. 1908-ji ildə böyük gürjü şairinə yubiley yapılmışdı. Yubiley sahibi Bakıya da gəlmişdi. Bakıdakı bütün millətlərə məxsus baljümlə məarif jəmiyyətləri haman bir tək vahid kimi şairin hüzurunda jəm olub olduqja səmimanə bir surətdə kəndisinə ehtiram göstərmişlərdi.
Qafqasiya ənasiri arasında bu kibi nəfasəti-ədibiyə istedadları mövjud ikən təəssüf olunajaq bir şey vardır ki, o da biz qafqasiyalıların nejə ki, lazımdır biri-birimizdən xəbərdar olamadığıdır. Əgər bu yek digərindən uzaq düşmək olmasaydı, şübhəsiz ki, bu gün müsəlman qareləri də Akakinin şairliyi və ədəbi məziyyəti haqqında az-çox bir məlumati-ədəbiyyəyə malik olarlardı. Heyhat ki, qafqasiyalılar daha bu nemətdən – biri-birinin ədəbiyyatını və dilini bilməkdən uzaqdırlar. Nə əla olardı ki, Akaki kibi nəjib bir millətin sevgilisi olan bir zatın ziyandan hasil olan təsir bu yolda qafqasiyalılar üçün bir ətibbah təşkil edəydi və böyük şairin müntəxabati – asarini türkjədə görəydik.
Nəjib gürjü milləti nəjib bir müəllimini itirərkən duyduğu qəm və qüssələrdə özünü yalnız görməsin. Bütün qafqasiyalılarla bərabər ümumi vətənin böyük bir ünsürünü və gürjü millətinin səmimi bir qonşusunu təşkil edən müsəlmanları da özləri ilə həmdərd ədd edə bilərlər.
Şad olsun böyük gürjü şairinin böyük ruhu. Var olsun onun insani kitablarına bilavasitə ilə müxatib olan gürjü milləti!
Yaşasın şairin nəşr etdigi insani duyğular!...
M.Ə.Rəsulzadə
“İqbal”, 28 yanvar 1915, ¹850
Nəfasət – nəfislik, zəriflik
Müxatəb – xitab olunan
(Ardı var.)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2011.- 22 oktyabr.- S.26-27.