Türkün yarasını sən sara bilməzsən...
Bu
günlər qardaş Türkiyə böyük bir faciə
yaşayır. Van bölgəsində baş verən 7,2 bal
gücündə zəlzələ yüzlərlə
insanın həyatına son qoydu. Yaralıların sayı isə
mindən çoxdur. Hadisədən dərhal sonra Azərbaycan
prezidenti cənab İlham Əliyev türkiyəli həmkarı
Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğanı
arayaraq başsağlığı verdi, türk
xalqının acılarını
bölüşdüyünü bəyan etdi. Oktyabrın 24-nə
keçən gecə isə prezidentin
tapşırığı ilə Fövqəladə Hallar
Nazirliyinin xilasediciləri gərəkli ləvazimatlar və
texniki vasitələrlə fəlakət bölgəsinə
çatdılar. İndi Azərbaycan xilasediciləri əllərindən
gələni edir və faciənin nəticələrini aradan
qaldırmaqda maksimum səy göstərirlər. Türkiyə
rəhbərliyi və ictimaiyyəti Azərbaycan prezidentinin bu
addımını bir qardaş köməyi kimi çox
yüksək dəyərləndirir. Türkiyə mediası
isə belə manşetlər atır. “Türkiyəyə ilk
yardım Azərbaycandan gəldi”, “Azərilər türk
qardaşlarını yalnız buraxmadılar”, “Azərbaycan
Türkiyənin yanındadır” və sair. Azərbaycanın
atdığı bu addımdan doğal nə ola bilərdi ki?
Çünki bizim acımız da, ağrımız da,
sevincimiz də, kədərimiz də birdir.
Mənimçün
təəccüblü olmadı ki, Ermənistan prezidenti Sərkisyan
Türkiyə prezidentinə zəng vuraraq
başsağlığı verdi və erməni xilasedicilərin
köməyə hazır olduqlarını bildirdi. Ama nədənsə
bunu Rusiya prezidentinin yanında olarkən etdi. Özü də
Medvedyevin telefonu vasitəsilə. Görünür, demək
istədi ki, gör nə qədər yaxındırlar ki,
ikisi bir telefondan belə istifadə edir. Bu, başqa məsələdir.
Əsas məsələ odur ki, Sərkisyan Türkiyəyə
köməyə tələsməkdə nə qədər səmimi
idi. Axı bu adam AŞPA-nın tribunasından
utanıb-qızarmadan deyib. “Mən fəxr edirəm ki,
Şuşanın azad olunmasına (işğal
olunmasını- S.A) şəxsən rəhbərlik etmişəm”.
Yəni bu adam beynəlxalq səviyyədə etiraf edib ki,
Şuşada öldürülən yüzlərlə
mülki şəxsin – qocanın, körpənin,
qadının qatilidir, türkün qatilidir. Bir türk qatili,
bir türkün qanına susamış cani başqa bir
türkü xilas etmək üçün çalışa
bilərmi?! Bu adam başından bəri Dağlıq Qarabağın
əzəli və əbədi sahiblərinin öz doğma
yurdlarından qovulmasında, onlara divan tutulmasında, ən
ağılagəlməz işgəncələr verilməsində,
əzəli və əbədi torpaqlarımızın
türksüzləşdirilməsində bilavasitə
iştirak edib. İndi onun canı faciə qurbanlarına necə
yanar? Əsla! Düşünürəm ki, Sərkisyan
başqa bir məqsədi hədəf seçib. Zəlzələdən
istifadə edərək bir neçə erməni xilasedicisini,
mümkün olsa, faciə bölgəsinə göndərməklə
heç olmasa bircə nəfəri uçqunlar altından
salamat çıxarmağa nail olmaq. Bundan sonra bütün
dünyaya car çəkmək: “Görün ermənilər
necə millətdir. Türklər bir milyondan çox ermənini
qətlə yetirib, ancaq ermənilər onları xilas edir.
Görün ermənilər necə xoşməramlı, necə
ürəyiyanan insanlardır ki, hətta düşmənini də
darda qoymur”. Əslində isə Sərkisyanın babaları
elə Türkiyənin özündə yüz minlərlə
türkü qətlə yetirib. Toplu məzarlıqlar bu
gün də həmin hadisələrin şahididir. Sərkisyanın
babaları təkcə 1918-ci ildə Bakıda,
Şamaxıda, Gəncədə, Qubada və digər bölgələrimizdə
yüz mindən çox Azərbaycan türkünün
qanını içib. 1988-ci ildən başlayaraq isə ermənilər
havadarların köməyi ilə Dağlıq Qarabağ və
ətraf rayonları işğal etməklə tarixə həm
də Xocalı soyqırımının müəllifləri
kimi düşüblər. Bu adamların sülhməramlı
olmalarını, xoş niyyətlərinə inanmaq çox
sadəlövhlük olardı.
Sərkisyan
hansı üzlə erməni xilasedicilərini Türkiyəyə
göndərəcəkdi ki, onun müəllimi Zori Balayan
1996-ci ildə dərc etdirdiyi “Ruhumuzun canlanması”
kitabında yazır. “13 yaşındakı türk
uşağını başından, sinəsindən və
qarnının dərisindən soydum. Saata baxdım. Türk
uşağı 7 dəqiqə sonra qan itirərək
dünyasını dəyişdi. İlk sənətimin həkimlik
olduğuna görə humanist idim. Ona görə də
türk uşağına etdiyim bu əməllərə
görə özümü xoşbəxt saymadım. Amma ruhum
xalqımın bir faizinin belə qisasını
aldığı üçün sevincdən
qürurlandı. Xaçatür sonra ölmüş türk
uşağının cəsədini hissə-hissə
doğradı və o türklə eyni kökdən olan itlərə
atdı”. Kim bilir, bəlkə də ermənilər faciə
bölgəsinə getsəydilər onların arasında
Balayanın nəvəsi də olardı, ya hansısa bir qohumu
– faciəni seyr etmək üçün, ondan ləzzət
almaq üçün. Çünki tarixən ermənilər
türkün qanına susamışlar. Yüz il bundan əvvəl
də belə olub. Siz Sədi Koçaşın “Tarixdə
ermənilər və erməni məsələsi” adlı
kitabını oxumusunuzmu? Orada Daşnaksütyun partiyası tətikçilərinin
qətlə yetirdikləri 76 türk diplomatının adı,
soyadı və qısa tərcümeyi-halı çap olunub.
Kitabda həm də Bitlisdən olan bir erməni daşnakın
– Petros Naqatonyanın atasına yazdığı məktub da
yer alıb. Məzmunu belədir: “Sevimli atam, bu son məktubumdur.
Zira, mən də artıq vətəni vəzifəmi yerinə
yetirmək və türkün başını əzmək
üçün erməni könüllülərinə
köməyə gedirəm”. Budur, erməni xisləti! Erməni
xisləti 4 il bundan əvvəl İstanbulda nəşr olunan
“Aqost” qəzetinin baş redaktoru Hrant Dinkin xislətidir. O,
deyirdi: Mən Türkiyədə yaşasam da, erməniyəm.
Türk qanı yaxşı qan deyil. Bəlkə, Sərkisyan
erməni xilasedici könüllülərini gözü ilə
türk qanının necə axmasını seyr etmək istəyirmiş?
Bu qəbildən nə qədər fikir desəm yazmaq və
demək olar. Hamısı da Sərkisyana yaraşar.
Bu
barədə düşünürdüm ki, 1988-ci il
dekabrın 7-də Ermənistanda baş verən zəlzələni
xatırladım. Ermənilər artıq Ermənistanı təxminən
türksüzləşdirmişdilər. Alınan canların
sayı-hesabı yox idi. Quqarqda körpə uşaqlar dəmir
borunun içinə doldurularaq
öldürülmüşdü. Çox dəhşətli
hadisələr baş vermişdi. Amma nə yazıq ki, zəlzələ
baş verən kimi Ermənistana köməyə tələsən
birinci respublika Azərbaycan oldu. Xilasediciləri aparan təyyarə
isə ermənilər tərəfindən vuruldu. 75 nəfər
faciəli şəkildə həlak oldu. Onlar Azərbaycanın
o vaxtkı rəhbərliyinin təşəbbüsü ilə
göndərilən köməyə elə cavab verdilər – əsl
erməni kimi. Bir məqamı isə heç vaxt unutmuram. Zəlzələ
bölgəsinə SSRİ Nazirlər Sovetinin sədri Nikolay
Rıjkov getmişdi. O, bir qrup erməni ilə görüşürdü.
Qəfil qoca bir qadın ona yaxınlaşıb əllərindən
tutdu, boynuna sarılıb üzündən öpdü və
belə bir sual verdi: bala can, bizim bu Qarabağ məsələmiz
nə vaxt həll olunacaq?
Səyyad AĞBABALI,
“Arena” qəzetinin
baş redaktoru
525-ci qəzet.-
2011.- 26 oktyabr.- S.4.