“İndoneziya ilə
Azərbaycanın konstitusiyaməhkəmələri
arasında memorandum imzalanacaq”
MƏHƏMMƏD
MAHFUD: “SƏNƏDDƏ HƏR İKİ TƏRƏFİN
MARAQ DAİRƏSİNƏDÜŞƏN MƏSƏLƏLƏRDƏ
ƏMƏKDAŞLIQ NƏZƏRDƏ TUTULUB”
Ötən həftə sonu İndoneziya
Konstitusiya Məhkəməsinin sədri Məhəmməd
Mahfud Azərbaycanda səfərdə olub. Səfər
zamanı bir sıra görüşlər keçirilib və
müxtəlif məsələlər ətrafında fikir
mübadiləsi aparılıb. Məhəmməd Mahfud “525”ə
müsahibəsində bu barədə ətraflı
danışıb.
–Azərbaycana səfərinizin əsas məqsədi
nə idi?
–Bu, İndoneziya Konstitusiya Məhkəməsi
ilə Azərbaycan Konstitusiya Məhkəməsi arasında
dostluq görüşüdür. Əvvəllər də
bizim yazışmalarımız, söhbətlərimiz olub və
əlaqələrimizin bu sahədə daha da genişləndirilməsi
barədə razılığa gəlmişik.
İndoneziyanın Konstitusiya Məhkəməsinin dəvəti
ilə 2010-cu ildə Azərbaycan Konstitusiya Məhkəməsinin
nümayəndə heyəti bizim ölkəmizdə səfərdə
olub.
Azərbaycana səfər mənim
üçün çox əhəmiyyətli oldu.
Çünki tək Konstitusiya Məhkəməsinin sədri
deyil, eləcə də digər yüksək dövlət rəhbərləri
tərəfindən, Ali Məhkəmənin sədri, ədliyyə
nazirinin müavini, Ombudsman və Milli Məclisin sədri tərəfindən
qəbul olundum. Dillər Universitetinin rektoru ilə də
görüşümüz oldu.
Bu universitetdə İndoneziya Mərkəzi
fəaliyyət göstərir. Mən İndoneziyanı, onun mədəniyyətini
öyrənən tələbələrlə
görüşüb, söhbət etdim. Orda qeyd etdim ki, bu mərkəz
iki xalq arasında bir körpü rolunu oynaya bilər.
–Bəs görüşlərdə məhkəmə
sahədə əməkdaşlıqla bağlı nə kimi
məsələlər müzakirə olundu və sizcə, bu
səfər ikitərəfli münasibətlərin
inkişafına necə təsir edə bilər?
–Biz hər iki ölkənin hüquq
mühafizə orqanları barədə söhbət
apardıq. Eyni zamanda əməkdaşlıq edə biləcəyimiz
sahələri müəyyənləşdirməyə
çalışdıq. Hüquq sahəsində əməkdaşlıq
əlbəttə, bir qədər çətindir.
Çünki hər ölkənin özünəməxsus
hüquq sistemi olur. Amma bununla belə ümumi nöqtələr
var ki, onları müəyyənləşdirib, əməkdaşlıq
etmək olar. Məsələn, əməkdaşların
mübadiləsi, hüquq sahəsinə aid birgə
jurnalların dərc edilməsi, insan hüquqlarının
qorunması və s. Bu məsələlər müzakirələrin
mövzusunu təşkil etdi. Amma müzakirələrimiz
yalnız hüquqi məsələlərlə bağlı
olmadı.
Parlament sədri ilə biz bir-birimizi beynəlxalq
forumlarda dəstəkləmək barəsində də
söhbət etdik. Bu görüşlərdən çox məmnun
oldum. Bütün bunlar gələcək əməkdaşlığımızın
daha da inkişafına xidmət edir.
Hər bir görüşdə
vurğulandı ki, İndoneziya istənilən beynəlxalq
forumlarda Azərbaycanı dəstəkləyir. İndoneziya həm
də Azərbaycanı düşünülmüş şəkildə
dəstəkləyir. Çünki tarixə nəzər
salsaq, ölkəmizin Azərbaycana bənzər yol
keçdiyini görmüş oluruq. Hər iki ölkə əsarətdən,
müstəmləkə sistemindən çıxıb.
Ona görə də bizim bir-birimizin beynəlxalq
dəstəyinə ehtiyacı var. Azərbaycan müstəqilliyini
elan edəndə onu dəstəkləyənlərdən biri
də məhz İndoneziya olub. Mübarizə yolları da təxminən
eyni olub. Amma artıq hər iki ölkə suveren bir dövlət
kimi formalaşıb.
–Azərbaycanda Konstitusiya Məhkəməsi
10 ilə yaxındır yaradılıb. Bu baxımdan
qarşılıqlı olaraq iki ölkə bir-birinin təcrübəsindən
necə yararlana bilər?
–Əslində İndoneziyanın
Konstitusiya Məhkəməsi Azərbaycanınkından
yaşlı deyil. Müstəqil dövlət kimi
İndoneziyanın 66 yaşı var, amma 2003-cü ilə qədər
ölkəmizdə Konstitusiya Məhkəməsi yox idi. Indi
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
daxil olan bütün məsələləri həmin ilə qədər
Ali Məhkəmə həyata keçirirdi. Konstitusiya Məhkəməsini
formalaşdırmağa başlayandan sonra əslində burda
insan hüquq və azadlıqları, dövlət quruluşu
və digər məsələlər onun səlahiyyətlərinə
daxil oldu.
–Gələcəkdə bu sahədə
iki ölkə arasında nələr gözlənilir?
Hansısa sənəd imzalana bilərmi?
–Biz Konstitusiya Məhkəməsində
görüş keçirərkən orda iki ölkə
arasında memorandum imzalanmasına dair razılığa gəldik
və bu sənədin layihəsi hazırlanıb. Bu sənədin
mətnini hər iki tərəf kifayət qədər öyrəndikdən
sonra qərar verəcək. Çünki burda fərqli məsələlər
var. Bir neçə aydan sonra biz bir neçə mütəxəssis
ayıracağıq ki, bu məsələni öyrənsin və
sonra müvafiq qərar qəbul olunsun
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.5.