Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb

 

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VI Forumuna start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidəsi önümə əklil qoyublar. Foruma 2000-ə yaxın gənc qatılıb. Forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər şəxslər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan forumun Təşkilat Komitəsinin sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, forum keçirilməzdən əvvəl bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilib. Konfranslarda 5-ci forumdan keçən dövr ərzində görülmüş işlərə nəzər yetirilib, qarşıda duran məsələlər müzakirə olunubforuma nümayəndələr seçilib. Onun sözlərinə görə, konfranslarda foruma 1601 nümayəndə seçilibforumda hazırda 1564 nümayəndə iştirak edir. İ.Babayev qeyd edib ki, forumda, ölkə gənclərinin bütün təbəqələrini təmsil edən – gənclərin qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, gənc alimlər, istedadlı və yaradıcı gənclər, gənc sahibkarlarsair nümayəndələr iştirak edirlər. Nazir müavininin dediyinə görə,

Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problemyeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər də müzakirə olunacaq: “Məlumat üçün bildirim ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib.1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünə layiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib.

Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib II Forum 1999-cu il, III Forum 2003-cü il, IV Forum 2005-ci il, V Forum 2008-ci ildə keçirilib”.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, Azərbaycan gəncliyinin dövrlə ayaqlaşaraq, zamanın nəbzini tutaraq, sürətlə inkişaf edir: “Hər dövrün öz tələbi var. Azərbaycan gənclərinin inkişafını və potensialını həm daxildə gedən proseslərdə, həm də beynəlxalq tədbirlərdə görmək mümkündür. Gənclərimiz müasir texnologiyanın tətbiqi sahəsində, həmçinin sosial şəbəkələrdə uğurlu fəaliyyət göstərirlər. Biz gənclərimizin potensialından istifadə edərək, Azərbaycanın dünyada tanınması istiqamətində layihələrdən bəhrələnmək istəyirik”. Nazir forumda Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və atılacaq addımların müzakirə olunacağını vurğulayıb: “

Forumun yekun iclasında ötən forumdan keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurları, inkişaf və əldə olunmuş nəticələri təhlil ediləcək, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi (2011-2015-ci illər)” Dövlət Proqramından irəli gələn vəzifələri, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq, təkliflər səsləndiriləcəkdir. Forumun iclasında yekun sənədlərin – qətnamə və forum nümayəndələrinin Azərbaycan gənclərinə müraciəti qəbul ediləcək”. A.Rəhimov vurğulayıb ki, bu gün işini başlayan Gənclər forumunda gənclərlə birgə Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında verdiyi tapşırıqları yerinə yetirməyin yollarını araşdıracağıq. Nazir əlavə edib ki, gənclərin altıncı forumu Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta təsadüf edir. Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür: “Əldə olunmuş nailiyyətlər sırasında gənclərlə idman sahələrində dövlət siyasətini əlaqələndirən mərkəzi idarəetmə orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılmasını, müvafiq qanunvericilik bazasının formalaşdırılmasını, ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsini, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunmasını və “Gənclər ilinin elan edilməsini xüsusi qeyd etmək istərdim”. Nazir bildirib ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib. Bələdiyyə üzvlərinin 28 faizi – 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. A.Rəhimov Azərbaycanda gənclər təşkilatlarının yaradılması, hərbi vətənpərvərlik oyunlarının keçirilməsini də uğurlu addımlar kimi qiymətləndirib. O qeyd edib ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən hərbi vətənpərvərlik oyunlarına 120 minə yaxın şagird qatılıb.

Nazirin sözlərinə əsasən, dövlət gənclər siyasətinin istiqamətlərindən biri olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, xüsusilə də onlar arasında cinayətkarlığın, narkomanlığın, QİÇS-in və digər neqativ halların profilaktikası sahəsində işin aparılması daim diqqət mərkəzində olub: “Beşinci forumdan ötən dövrdə gənclər təşkilatlarının 294 layihəsi dövlət büdcəsi hesabına dəstəklənib. Bununla yanaşı, Avropa Gənclər Fondu tərəfindən 42 layihə maliyyələşdirilib. 2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə edən ölkə olub. Ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib. Hesabat dövründə Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-da çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək verilib”.

Daha sonra prezident İlham Əliyevin gənclərə müraciəti oxunub.

İlham Əliyevin Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına müraciətini Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oxuyub.

Müraciət oxunduqdan sonra 5-ci forumdan keçən dövr ərzində həyata keçirilən işləri əks etdirən hesabat xarakterli film nümayiş olunub.

Forumda Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və digərləri çıxış edib. Sonra forum öz işini plenar iclaslarla davam etdirib. Sonda VI forumun yekun sənədləri – qərar və qətnaməsi qəbul olunub. Qətnamədə bildirilir ki, hesabat dövrü ərzində dövlət gənclər siyasətinin əsas sahələrində müsbət dəyişikliklər, yüksək inkişaf, dəyərli nəticələr əldə olunub, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, yeni formalardan istifadə edilib. Qətnamədə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının tətbiq edilməsi yüksək qiymətləndirilib.

Forumda 11 bənddən ibarət qərar da qəbul olunub. Qərarda V forumdan ötən dövr ərzində gənclərlə sahəsində həyata keçirilən dövlət siyasəti müsbət qiymətləndirilib və dövlət orqanlarına tövsiyə olunub ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının əlaqələndirilməsi və istiqamətləndirilməsi həyata keçirilsin, gənclərin inkişafı və bu sahədə elmi-tədqiqat işlərinin aparılması stimullaşdırılsın.

Qərarda gənclərin yerli və mərkəzi səviyyədə idarəetmə vəzifələrinə cəlb edilməsi dövlət qurumlarına, ictimai və özəl təşkilatlara tövsiyə edilir, gənclər üçün təlim mərkəzlərinin yaradılması, müasir informasiyakommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə üçün əlavə tədbirlərin görülməsi zəruri sayılır.

Forumun sonunda prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.3.