“Qadınların ən güclü silahı onların zərifliyidir”

 

Müsahibimiz BDU-nun Filologiya fakültəsinin müəllimi Nüşabə Sadıqlıdır

 

– Müəllim olmaq həvəsi sizdə necə yarandı?

Bu məsələdə ailəmin böyük rolu olub. Mənim anam xalam müəllim idi. Xalam məktəb direktoru idi, həm ədəbiyyatçı idi. Mən həmişə onu özümə örnək saymışam. Ədəbiyyata marağı isə orta məktəbdəki ədəbiyyat müəlliməm Ramizə İsmayılova yaratdı. BDU-nun ədəbiyyat fakültəsində isə Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Səlim Cəfərov kimi müəllimlərim olub.

Sevimli müəllimlərdən danışarkən, bir çox tələbələr, hətta fənninizdən kəsiri olanlar belə sizi çox sevdiyini bildirir.

Bir dəfə imtahan zamanı maraqlı bir məqam oldu. Tələbə gəldi, elə oldu ki, imtahandan kəsildi. Gedəndə dedi ki, “Nüşabə xanım bu gün çox gözəl görünürsünüz”. Digər biri kəsilməyinə baxmayaraq gedəndə dedi ki, “mən sizi çox sevirəmDigəri isə mənə gül hədiyyə etdi. Yanımdakı assistent çox təəccübləndi. Yəni necə ola bilər ki, tələbə kəsilsin məhəbbətini izhar edərək getsin. Amma bunun çox sadə bir cavabı var. Çünki tələbələrim bilir, mən onları çox sevirəm. Əgər müəllim ədalətlidirsə, qərarından asılı olmayaraq tələbə onu qəbul edəcək. Bu yaxınlarda belə bir fikir oxudum. Azadlığı hamı sevir, ədalətli insanlar azadlığı hamı üçün sevir, ədalətsiz insanlar isə yalnız özü üçün”.

Sizcə, Azərbaycan cəmiyyətində müəllim olmağın mənfi müsbət cəhətləri hansılardır?

Müəllimlik çətin şərəfli peşədir. İlk növbədə bu işi sevmək lazımdır. Mən ilk dəfə auditoriyaya girəndə, elə qürur yaşadım ki, elə bildim, yolda keçən hər kəs mənə baxır bilir ki, mən universitet müəllimiyəm. Çox təəssüflənirəm ki, fərqli müəllimlər var. Rotterdamlı Erazm üçün cəmiyyətin axmaqlığının göstəricisi məclisin yuxarı başında tacirlərin, aşağıda isə müəllimlərin oturması idi.

Gəlin, söhbətimizi bir qədər ədəbiyyat üstə kökləyək. Ədəbiyyat həyatınızda hansı yeri tutur?

Ən önəmli bir yeri tutur. Mən həmişə uşaqlara deyirəm ki, ədəbiyyat sizin üçün həyata açılan bir qapıdır. Yəni, taleyinizi bu qapıdan o yana açılan yol vasitəsilə çox gözəl qura bilərsiniz. Şəxsən mənim formalaşmağımda ədəbiyyatın böyük rolu olub.

– Bu gün insanların ədəbiyyata münasibəti sizi qane edirmi?

Bəzən gənclərimizdən çox umu-küsü edirlər ki, ədəbiyyata biganədirlər. Əgər həqiqətən ədəbi nümunə hadisədirsə sən mütləq onu tapıb oxuyacaqsan. Bizim gənclik illərimizdə B.VahabzadəninGülüstanpoeması çıxdı. Qadağan olunmasına rəğmən hər kəs onu tapıb oxuyurdu. Məsələn, bu gün Ramiz Rövşənin kitabları kimi satılır, heç bir təbliğat da aparılmır. Bizim gənc yazarlar da elə bir hadisə yaratsın görsün ki, təbliğata ehtiyacları var ya yox? Mən tələbələrimin dünya ədəbiyyatı ilə tanışlığından məmnunam. Keçmiş tələbələr hərdən müraciət edir, yenidən dərslərə girir müzakirələrdə iştirak edirlər. Ancaq Azərbaycanda kütlənin səviyyəsi aşağıdır.

– Bu günkü gənc yazarlarımızla tanışlığınız necədir?

Gənc yazarlarımızdan üzr istəyirəm, amma bu dəqiqə dünya ədəbiyyatı mənə imkan vermir ki, başqa bir şey oxuyum. Tolstoya görə hər kəs öz ağlını, intellektini göstərmək üçün Şekspiri bəh-bəhlə qəbul edirdi. Mən istəmirəm ki, bizim gənc yazarlarımız əsərlərini kütlənin zövqünə uyğunlaşdırsınlar. Fəxri Uğurlunun, Taleh Şahsuvarlının əsərlərin sevirəm. Yazarlara məsləhətim budur ki, özlərini heç kimə bənzətməsinlər.

Artıq postmodern ədəbiyyat bəşəri hisslərdən uzaqlaşır?

Sizcə ədəbiyyatın yönü hara olmalıdır?

Mən bir dəfə bir fikir eşitdim. Deyilirdi ki, cəmiyyətdə baş verən qırğınlar bizim yaratdığımız bu ədəbiyyat bu filmlərdən irəli gəlir. Bu gün istər yerli, istər xarici kanallarda ruhuma uyğun filmə baxa bilmirəm. Belə şəraitdə insanlar da dəyişir, humanist hisslər itir.

Hansısa kitab sizin həyata baxışınızı dəyişibmi?

Bir kitab insanın həyatını dəyişə bilməz, ancaq bir neçə kitab dəyişə bilər.

E.HeminqueyinQoca dənizəsərindən sonra mən daha mübariz oldum. MarkesinPatriarxın payızı”ndan sonra həyatımda ədalət hissi çoxaldı. Didro, Russo kimi maarifçiləri oxuyandan sonra mənim azadlıq eşqim artdı. Şelli, Bayron, V.Skotu oxuduqdan sonra şəxsi mənafeyimdən çox, milləti, xalqı düşünməyə başladım. Deməli, hər bir əsər müəyyən mənada öz payını verib.

Sizin üçün bu gün bəşəri yazıçı kimdir?

– Bu, çətin sualdır. Amma mən Q.Q.Markesin adını çəkərdim. O, dəhşətli insan psixoloqudur. Markesməni tanıyır, məni görürdeyə biləcəyim yazıçıdır. İnsan psixoloqu sayılan yazıçılardan biri Şekspirdir.

Bəs Azərbaycan cəmiyyətində qadınların mövqeyi sizi qane edirmi?

Qadın məsuliyyətli bir addır. Məsuliyyətlidir ona görə ki, qadın həm şərəfini, həm mənəviyyatını, həm ailəsini, həm cəmiyyəti qorumalıdır. Cəmiyyətin yükü qadınların çiynindədir. Qadınlara zərif məxluq deyirlər. Qadınlar zərif olduqları qədər güclüdürlər. Qadınların ən güclü silahı onların zərifliyidir. Bəzən kişilər tərəfindən qadının fəallığı qısqanclıqla qarşılanır. Bir bizdə belə bir fikir var ki, kişi gedən yerə qadın getməz. Belə bir söz var; qadınlar düşünür, kişilər həyata keçirir. Deməli, cəmiyyətin ideoloqu qadınlardır.

Bəs sizcə qadın həmrəyliyi varmı?

Çox təəssüf ki, yoxdur.

Qadının vəzifələrindən danışdıq. Bunlardan biri nənəlikdir, Nüşabə xanım necə nənədir?

Nüşabə nənə çox xoşbəxt bir insandır. Üç nəvəm var. Onları çox sevirəm. Mənim övladlarımın uşaqlığı meydan hadisələri dövrünə düşdüyü üçün onlara vaxt ayıra bilməmişəm. İndi həmin vaxtı nəvələrimə ayırıram.

Həyatınızın hansısa anında mübarizədən yorulmusunuzmu?

Bəli elə anlar olub. Həyat yoldaşım mənim ən böyük mənəvi dəstəyim idi. Mənim üçün ən böyük önəm daşıyan insanlardan biri idi. Onu itirdikdən sonra çox yoruldum. Sonradan özümü topladım düşündüm ki, mənim yorulmağa haqqım yoxdur, mən yorula bilmərəm.

Deməli, qadın həm karyera, həm ailə qura bilər. Qızlarımıza bu haqda deyə bilərsiniz?

Sevdikləri adamlarla ailə qursunlar. Həm bu sevgi gərək qarşılıqlı olsun. Füzulinin bir beyti var:

Canı kim cananı üçün sevər,

cananın sevər

Cananın canı üçün sevər,

canın sevər”.

Hansı obraz qəlbinizdə özünə əbədi yer tapıb?

Onlar o qədər çoxdur ki. Ürəyimdə ən çox yer tutan Ovoddur. O, həm vətənini, həm Cemanı, həm Montonellini sevirdi.

Sonuncu oxuduğunuz kitab?

Fransua de Saqanın kitabını oxumuşam.

Buradan oxucularımıza hansısa bir azərbaycanlı, bir əcnəbi yazarı oxumağı məsləhət görsəydiniz kimlər olardı?

–Ramiz Rövşən və Paulo Koelyo.

 

 

Arzu Məmmədova,

 

Nihal Kazımzadə

 

525-ci qəzet.- 2011.- 28 oktyabr.- S.6.