Polşa. Köhnə Varşava.Polyakların Çeslav Miloş sevgisi

  

Polşa xalqı dünyaya çox sayda tanınmış şəxsiyyət verib. Elm sahəsində Polşanın dahiləri sırasında elə Koperniki və Mariya Skladovskaya-Kürini göstərmək kifayətdir.

Polşanın iki məşhur dahisi var ki, Polşada hər addımda onların adlarına rast gəlmək olur: Adam MiskeviçFriderik Şopen.

 

lll

 

Varşavanı gözəlləşdirən abidələrdən biri də Adam Miskeviçin heykəlidir. Bu abidənin xüsusi bir tarixçəsi var. 1897-ci ildə II Nikolay Varşavaya gəlir. Onu çar kimi, necə lazımdı qarşılayırlar. Məmnun qalan çar, Miskeviçin abidəsinin qoyulmasına və 24 dekabr 1898-ci ildə şairin 100 illiyində abidənin açılışına razılıq verir. Amma bir şərtlə ki, abidənin hündürlüyü general-feldmarşal Paskeviçin heykəlinin başından aşağı olsun. Bu o Paskeviçdir ki, 1831-ci ildə Polşa üsyanını yatıraraq Varşavanın şöhrətli knyazı titulunu alır. Polyaklar şərti qəbul edirlər, amma bir az biclik işlədirlər. Rusiya hakimiyyətinə təqdim olunan layihədə şərtlər gözlənilir, ancaq postamentə bir neçə pillə əlavə edirlər və abidə açılanda onun fedmarşalın abidəsində bir baş yuxarı olduğu hiss olunur...

Polyaklar həqiqətən qəhrəmanlarını, onu tanıdıb yaşadanları daima əziz tutur, sevir və onları lazımınca dəyərləndirirlər.

Polşanı Rus imperiyasının pəncəsindən qurtarmaq üçün Türkiyəyə üz tutan Adam Miskeviç İstanbulda yaşayan, islam dinini qəbul edən, müsəlman adı Sadiq paşa olan polyak yazıçısı Mixail Çaykovskinin yanına gəlir. Sadıq paşa rus-türk müharibəsində türklər tərəfindən vuruşmaq üçün böyük bir polyak dəstəsi də toplamışdı. Adam Miskeviç İstanbulda türk həyatına, məişətinə maraq göstərir, türk dilini öyrənməyə başlayır. Çox təəssüf ki, ölüm Miskeviçə digər arzuları kimi bunları da sona yetirməyə imkan vermədi.

Onu da qeyd edim ki, Peterburqda Miskeviçlə görüşən, universitetdə çalışan azərbaycanlı alim, şair Mirzə Cəfər Topçubaşov, tələbəsi, polyak şairi, “Koroğlu” eposunun ilk tərcüməçisi A.Xodzkonun köməyi ilə onun şeirlərini fars dilinə çevirərək Adam Miskeviçin Şərqdə ilk tərcüməçisi və təbliğatçısı oldu. Deyilənlərə görə, Abbasqulu Ağa Bakıxanov Miskeviçin əsərlərini orijinaldan oxumaq üçün polyak dilini öyrənməyə başlayıbmış.

Bunlar Uzun Həsənlə Kral Yaqello arasındakı əlaqələrdən sonra Azərbaycan-Polşa ədəbi əlaqələrinin möhkəmlənməsində böyük rol oynadı. Qafqaza sürgün olunmuş polyak şairlərinin, Polşada yaşamış azərbaycanlı ziyalıların da bu işdə böyük əməyi olub.

 

lll

 

“Milyon insanın yaşadığı yerə, milyon insan boşluğu gəldi” – deyir polyak şairəsi Anna Svirşçinska. Müharibə mövzusunda daha çox yazan-o illərdə Varşava hospitalında şəfqət bacısı olan, şeirlərini çox sevdiyim, mövzusu və ruhu mənə daha doğma olduğundan daha çox tərcümə etdiyim elə həmin Anna Svirşçinska patriotik üsyan ənənəsi olan (1794, 1830, 1863) Polşada 1944-cü ilin Varşava üsyanını “Sonuncu polyak üsyanı” adlandırmışdı. Svirçşinskanın əsərlərinin mozaikasında o ayların (63 günün) Varşavasının ponaraması və xronikası yığılıb.

O dövrü yaşamış bütün polyak şairlərinin yaradıcılığında müharibə qırmızı xətt kimi keçir.

Ümumilikdə götürdükdə polyak şairlərinin şeirlərində əsas açar sözlər; “ölüm”dü, “kül”dü. XX əsrdə Lehistan torpağında çoxlu sayda “kül” və “kül qabı” olduğundan, şairlərin hətta lirik şeirlərində də bütün bunlar hiss olunur.

Ölkəsində Osvensim kimi bir ölüm düşərgəsi olan, milyonlarla insan itkisi vermiş Polşa o ağır, məşəqqətli günləri unutmur, amma onunla da yaşamır.

 

lll

 

Köhnə Varşavanın görməli yerləri çoxdu. Onlarda biri Kral qəsridi.

1596-cı ildə paytaxt Krakovdan Varşaya köçdükdən sonra qəsr rəsmi Kral Rezidensiyası olur. Burda 3 may 1791-ci ildə unudulmaz Konstitusiya qəbul olunub. Bu Avropada ilk, dünyada isə Amerika konstitusiyasından sonra ikinci konstitusiya olmuşdur.

İşğalçılar 1939-cu ildə 1944-cü ilin Varşava üsyanının məğlubiyyətindən sonra hər beş evdən dördünü xarabalığa çevirirlər, binaları yerlə-yeksan edirlər. Kral qəsri onların sırasında idi. Bərpası 17 ilə başa gələn qəsr əvvəlki görkəminə qaytarılıb.

Şəhərin köhnə hissəsi olduğu kimi saxlanılır. Müharibədə dağıdılmış binalar bərpa olunaraq ilkin görünüşünə qaytarılıb.

İşğalı, əsarəti, ağrını təkcə Polşa torpağı, polyak xalqı çəkmədi. Heykəllər çəkdi. Güllə düzəltmək üçün hissələrə ayrılaraq əridilən heykəllər . Heykəlləşən adamlar da.

 

lll

 

Polşa hər ölümə gül qoydu. Qırmızı, qan rəngli gül. Qanı, itkini, tarixi yaddaşlarda yaşatmaq üçün. Ona görə Polşada hər kəs tarixini o daşlar qədər bilir. Sevir. Ağrısı, sevinci ilə bərabər. Polşanın şimalında da, şərqində , qərbində Mən buralıyam demir, mən polyakam deyir”. Sonra haradan olduğunu söyləyir.

Bəlkə şəhərləri bəzəyən, eyvanlardan, yol dirəklərindən asılan gül-çüçəklər olanları xatırlatmaq gələcəyə bir ümid nişanəsidi. Bəlkə . Amma gözəldi. Bütün mənalarda. Adamın ovqatını təzələyir. Bu, hər halda bir qonağın düşüncəsidi.

Sürücümüz Boqdan ötüb keçdiyimiz yerləri göstərərəkbu yerlər hər zaman Polşanın olubdeyirdi. Yüzillərlə sərhədləri dəyişən Polşa üçün polyaklar daima mübarizə aparmışlar.

 

lll

 

O gün bütün yollar Krasnoqruda gedirdi. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşun 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq Dialoq Mərkəzinin açılışına.

Krasnoqruddakı tədbirin başlanmasına az qalmış çox böyük hörmətlə qarşılanan sarımtıl uniformalı adamlar gəldilər. Qonaqlar üçün nəzərdə tutulmuş yerlər dolduğundan onlar üçün əlavə stullar gətirildi. Onların kim olduğunu belə xüsusi diqqət yetirildiyi ilə maraqlandım. Tərcüməçimeşə işçiləridi”, dedi. Təəccübümü hiss edib, “axı onlar da Polşanın təbiətini qoruyurlardeyə, əlavə etdi. Elə mən bu qədər meşəni belə qoruyub saxlayanlara hörmət olunmalıdıqənaətinə gəldim. sonra bizdə meşələrin kimlərə tapşırıldığını xatırladım. Yadıma Bakıda keçirilən beynəlxalq tədbirlərdən biri düşdü. Tədbirin sonunda sorğu keçirilirdi. Sorğuda xeyli suallar vardı. Nəticədə aydın oldu ki, böyük əksəriyyət demokratiyaya insan haqlarına səs verib. Ekologiyaya, ətraf mühitə, yaşıllığa səs verən olmayıb. Təbii ki, qonaqlar çox təəccübləndilər. Amma bu belədi. Biz hələ demokratiya uğrunda canfəşanlıq göstəririk. Avropalılar yaşıllığa, ətraf mühitə can atır. Aradakı məsafəyə, fərqə baxın.

Prezidenti, naziri, sıravi vətəndaşı bir-birindən ancaq təqdimat çıxışlarında seçilən bu ölkədə hamı ilk öncə Polşa vətəndaşıdı. Hamı öz hüququnu bilir başqasının hüququna hörmətlə yanaşır. Haqlar qorunur. Dövlətçilik ənənəsi olan bu ölkədə hamı dövlətini sevir. Onu qoruyur. Vətəndaş-dövlət münasibətləri tənzimlənir.

 

lll

 

2011-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Çeslav Miloş ilidi.

Çoxmillətli, qarışıq ənənəsi olan Litvanın Şeteyne kəndində dünyaya göz açan, təkcə doğma polyak dilində deyil, litov, yəhudi rus dillərində danışan şair, esseist, nasir, filosof-Amerikanın Berkli Harvard Univerisitetlərində dərs deyən Çeslav Miloş, sonralar bütün insanlarla öz dillərində danışmağa başladı.

Polşanı, onun ədəbiyyatını Avropaya dünyaya tanıdan bu böyük şairin 100 illik silsilə tədbirləri ölkənin hər yerində keçirilir. Kitab sərgiləri təşkil olunur.

2011-ci il Çeslav Miloşun İlinin qeyd edilməsi ilə əlaqədar Polşa Respublikasının Bakıdakı səfirliyi tədbirlər keçirir. Səfirlik Azərbaycan Yazıçılar Birliyi ilə birlikdəPolşa haqqında hekayətlərmövzusunda ədəbi (hekayə/esse şeir) müsabiqə elan edib.

Krasnoqruddakı Beynəlxalq Dialoq Mərkəzinin açılışı yüksək səviyyədə təşkil olunmuşdu. Bunu tədbirə gələn nümayəndələrin tərkibindən görmək olardı.

Mərkəzin açılışını edən Polşa prezidenti Bronislav Komarovski, nazirlər, qonaqlar Çeslav Miloş üçün doğma olan bu yerdə onun yaradıcılığından, Polşa sevgisindən danışdılar. Şeirlər oxundu. Musiqilər dinlənildi. Gözəl bir bayram günü keçirildi.

Çeslav Miloşun yubiley tədbirləri Litvada da dövlət səviyyəsində qeyd olunub. Miloş Litvada doğulduğundan litvalılar onu həm özlərininki kimi sevirlər. Bunu Krasnoqrudda açılan Beynəlxalq Dialoq Mərkəzinin açılışına gələnlərin arasında rəsmi qonaq qismində Litvadan gələnlərin sayının üstünlük təşkil etməsindən hiss etmək olardı. Bunları həm tədbirdə tanış olduğum Litvanın sevilən şairi Marseliyus Martinaitis Alicja Rybalko ilə olan söhbətlərimdən eşitdim. Onu da qeyd edim ki, polyaklarda gördüyüm səmimiyyəti tanış olduğum litvalılarda da duydum. litvalılarla olan bu xoş münasibət, ədəbi əlaqələr indi davam edir.

Bu bayram günündə Mərkəzdən çıxan hər kəsin əlində Çeslav Miloşun şeir vərəqləri bayraq kimi dalğalanırdı.

 

 

Rəfail TAĞIZADƏ

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.30.