ORALARDA KİMLƏR VAR:Tomas Tranströmer
SƏHİFƏNİN QONAĞI YAZAR ASLAN
QƏHRƏMANLININ TƏQDİMATINDA
Tomas (əslində Tumasdır) Tranströmer 1931-ci il aprelin 15-də Stokholmda anadan olmuşdur. Məşhur İsveç şairidir.
Bu il Nobel mükafatına layiq görülmüşdür.
Tranströmer ədəbiyyat sahəsində Nobel mükafatı
alan yeddinci
isveçlidir. Əvvəllər
Selma Lagerlöf (1909),Verner
fon Heydenstam (1916), Erik
Aksel Karlfeldt (1931), Per Lagerkvist (1951), EyvinYonson və Harri Martinson (1974) Nobel mükafatı
laureatı olmuşlar.
Tomas Tranströmer ixtisasca həkim-psixoloqdur və Stokholm Universitetini bitirmişdir.
1960-cı ildən 1966-cı ilə qədər İsveç şəhəri
olan Linkepinqdə həddi-buluğa çatmamış
cinayətkarların saxlandığı
koloniyada psixoloq vəzifəsində çalışmışdır.Onun
“Zindan” şeirində
həmin dövr müşahidələrinin əlamətləri
var. Sonralar 1980-ci illərdə
yenə öz ixtisası üzrə işə düzəlmiş,
Vesteros şəhərində
istehsal şəraitində
ciddi zədə almış fəhlələrə
psixoloq köməyi göstərmiş və iş yerində qarşılıqlı münasibətlər
üzrə məsləhətçi
işləmişdir.
Tranströmer yaradıcılığa
çox erkən, 13 yaşında sərbəst
şeirlərlə başlamışdır. 1950-ci illərin
əvvəllərində onun
şeirləri və poemaları artıq müxtəlif ədəbi
jurnallarda çap olunurdu. İlk kitabı 1954-cü ildə “17 poema” (İsveç dilində
“17 dikter”) adı altında çap olunmuşdu. Şeirlər və poemalardan ibarət bu ilk toplu mütəxəssislər
tərəfindən rəğbətlə
qarşılanmışdı və son onilliyin ən mühüm ədəbi debütü kimi qeyd edilmişdi.
Bundan sonra onun bir-birinin ardınca “Yolda gizlinlər” (1958), “Yarımçıq
səma” (1962), “Səslər
və izlər” (1966),
“Qaranlıqda görən”
(1970),”Həqiqətin maneəsi”
(1978), “Açıq meydan”
(1983) və s. kitabları
nəşr olundu.
Tomas Tranströmerin memuar janrında yazdığı
kitab və fransız sürrealist şairlərinin, o cümlədən
Andre Bretonun əsərlərinin
İsveç dilinə
tərcümələri də
yüksək qiymətləndirilir.
Tranströmer bədii
əsərlərdən ibarət
12 kitabın müəllifidir. Skandinaviya ölkələrində verilən bütün ədəbi mükafatları
almışdır. Bunlardan ən
mühümü Bonniyer
nəşriyyatının poeziya
mükafatı hesab edilir. O həm də bütün Avropada məşhur olan və Almaniyada
verilən Petrarka poeziya mükafatı laureatıdır.
Şərq ölkələrinin poeziya ənənələri
Qərb ənənələrindən
çox fərqlidir, ona görə də Tranströmer Asiya ölkələrində
az tanınır.
Maraqlıdır ki, onu köhnə Avropa poeziya məktəbinə daxil edirlər, yazıları isə bizə heç də klassik nümunələri
xatırlatmır.Tənqidçilər bu şairin məcazi mənadan sənətkarlıqla istifadə
etməsini xüsusi nəzərə çarpdırırlar
və göstərirlər
ki,onun əsərlərində
bənzətmələr incəliyi
və zərifliyi ilə seçilir.Ona görə də əsərlərini tərcümə
etmək həddindən
artıq çətindir.Bəzi
tərcüməçilər süni olaraq, sərbəst şeirləri
qafiyəli şeir formasına gətirsələr
də, əsl poeziya həvəskarları
orijinalın daha gözəl olduğunu söyləyirlər.
Tranströmer 1990-cı ildə
çox ağır
insult keçirib və
onun bədəninin sağ tərəfi iflic olub. Buna baxmayaraq,o,xəstəliyə
qalib gələ bilib,hətta sol əlilə
həm yazmaq və həm də fortepianoda çalmağı öyrənib;
peşəkar pianoçu
olan tanınmış
şair üçün
bəstəkarlar yalnız
sol əllə çalınan
əsərlər də
yazmışlar.
Səksən yaşı bu il tamam olmuş Tomas Tranströmeri dahi isveçlilər Emmanuel Svedenborq,
Avqust Strinberq və İnqmar Berqmanla bir sıraya
qoyurlar. Qeyd edək ki,E.
Svedenborq (1688-1772) təbiətşünas
və ilahiyyatçı,
A. Strinberq (1849-1912) yazıçı,
İ. Berqman teatr və kino rejissoru
olmuşdur. Maraqlıdır ki, digər
Nobel mükafatı laureatlarının
heç birini Tranströmerlə müqayisə
etmirlər, halbuki onlar da çox
görkəmli yazıçılar
idilər. Mən 1951-ci ildə bu mükafata
layiq görülmüş
Per Lagerkvistin yaradıcılığı
ilə yaxından tanışam. O, həqiqətən
gözəl sənət
nümunələri yaratmışdır.
Gənc yaşlarımda oxuduğum
“Cırtdan”, “Cəllad”
romanları xüsusilə
xoşuma gəlmişdi.
Tranströmerin şeirləri dilimizə çevirilməmişdir,
rus dilində də az sayda
tərcümə olunmuş
əsərləri var. Şairin
klassik formada sərbəst şeirləri
ilə yanaşı “hayku” adlanan şeir formasında eksperimental yazıları da məlumdur və onların xeyli hissəsi 2004-cü ildə nəşr olunmuş “Böyük sirr” kitabına daxil edilmişdir. Qeyd edək ki, əvvəllər “hokku” adlanan bu yapon
şeir növü iki yerdə qırılan 17 hecalı bir sətirdən
ibarətdir (əslində sütun da demək olar,
çünki yapon heroqlifləri sütun şəklində
yazılır); ona görə də bir sətir əslində
üç sətirdir. Hayku digər şeir
formalarının ilk sətiri
olur; məsələn,
haykudan sonrakı sətir 14 hecalıdırsa,
iki yerə bölünürsə və
fikri tamamlayırsa, tanka (kiçik nəğmə) adlı şeir alınır.
Bunlar yapon şeirində belədir, qalan xalqlarda isə hecalara fikir vermirlər, 3 sətirlik şeir hayku, 5 sətirlik isə tanka adlanır.
Hazırda Stokholmda arvadı Monika ilə yaşayan Tomas Tranströmerin
əsərləri dünyanın
60 dilinə tərcümə
edilmişdir; 61-ci dilə,
Azərbaycan dilinə
ilk tərcümələri oxucuların diqqətinə
çatdırırıq.
ŞEİRLƏRİNDƏN SEÇMƏLƏR
Aprel və sükut
Bahar səhra kimi bomboş,
Qara məxməri xəndək
yanımla sürünür,
əksi yoxdur onun,
təkcə sarı çiçəklər
işıqlanır,
kölgə aparır məni,
qara qutuda
skripkayam elə bil,
Demək istədiyim söz
əlçatmaz bir yerdə
parıldayır
Sələmçinin gümüş
pulu kimi.
Bülbül
Bülbülün keçə bilmədiyi sərhəddə
yamyaşıl gecə yarısında
ağır yarpaqlar mürgüləyir,
qulağı batmış avtomobillər
şütüyür neon yolla,
bülbül oxuyur
səsi güclüdür xoruz banı kimi,
çünki keçmir o yana,
amma gözəldir,
Bir zamanlar mən məhbəsdəydim,
o gəlmişdi yanıma,
mən xəstə olanda
haradasa lap yaxındaydı,
oxuyurdu,
onda fikir verməmişdim,
amma indi ...
Qoqol
Rəngi solğundur,
Ac canavar sürüsü kimi
Seyrəkdir kürkünün tükləri,
Üşüyür
əlyazmalarına baxa-baxa,
Səhifələr cəngəlliyinə
vəhşilər doluşub,
səhvlər uzun-uzadı ulayır,
çatışmazlıqlar
xəbis təbəssümlə
dişlərini şaqqıldadır,
hamısı atılır kağız çənbərdən,
buna ürəyi dözmür,
Qürub da bir
tərəfdən
tülkü kimi ehmalca
irəliləyir,
getdikcə qatılaşır qaranlıq,
Səma at kimi çapır
dördnala,
kölgə örtür sarı pəncərələri,
SPb -Sankt Peterburq
Söykənib ölüm meridianına,
əyilib, sanki qüllədir,
tezliklə yıxılacaq,
Şəhərin son sakini hərlənir
buz bağlamış kvartallar arasında
sərgərdan balıq kimi.
Oturub otaqda titrəyir,
heyvanların xəbis təbəssümü
bir də pəhriz
onu tamam əldən
salıb,
heç nəyə yoxdur inamı,
Ruhlar kəhkəşanı
ağ xəz kimi
parıldayır uzaqda.
Vaxtdır!
Sür alov saçan
döyüş arabanı,
uzaqlaş bu məmləkətdən!
Qartal qayaları
Terrarium şüşəsi arxasında
görünür
hərəkətsiz və qəribə
sürünənlər.
Səssizlikdə qadın
paltar sərir,
ölüm sakitdir.
Dərinliklərin dərinliyində
qəlbim üzür
kometa kimi aramla.
Zindan
Qarışıqlıq düşdü
futbol oyununda,
top divardan aşıb getdi.
Onlar səs-küy salırlar ki,
zaman qorxsun,
daha sürətlə keçsin.
Burada həyat fərqlidir,
gözəllik aşiqləri
bədənlərinə şəkil döydürürlər.
Həbsdən qaçanı tutdular,
boşaltdı
göbələklə dolu ciblərini.
Meşəni heyrətləndirir
səs-küylü iş və
bir də
gözətçi qülləsinin şiş ucu.
Dəmir şəbəkə qaldırılır,
həyətə giririk
ilin başqa mövsümündə.
Lampa divarı işıqlandırır,
mığmığalar yad işığın
ləkəsini görürlər.
Gecə yük maşınının səsi
eşidilir,
məhbusların yuxuları
qorxudan tir-tir əsir.
Oğlan süd içib
şirin yuxuya gedir,
kamerada − daş ananın qucağında.
Ələm qayığı
Gərginlikdir ̶
elektrik xətləri
notsuz donub qalıblar.
Gecə keçir
Şərqdən qərbə,
Ay sürətilə.
Tuneldə də Allaha
yaxın ol,
Quşların oxuması ilə
İşığa yol tap.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.23.