İlğım roman – “Unutmağa kimsə yox...”

 

İki gündür ki, oxuyub (içib) qurtarmışam Kamal AbdullanınUnutmağa kimsə yox...” romanını (düşüncə nektarını). Möhtəşəm Ahəngin sehrindəyəm iki gündür.

Bəlkə mənfi (müsbət) haldır – roman haqqında yazılan heç bir yazını (düşüncəni) oxumadım. Heç Ön Sözü (Son Sözü) . İçdiyim nektar haqqında yazmaqda sərbəst (sərməst) olum deyə.

Bu nektarı içə-içəUstad Marqarita” yenidən oxudum (yazdım (cızdım)). Ürəyim istədi nəsə. 5 gün sərasər yeyib-içdim. 2 gün sonra ayılıb UNUTDUQLARIMI – duyub, düşündüklərimi paylaşmaq istədim, bu an gördüm ki:

 

Qarağacın kölgəsi hər yanı tutdu.

Amma sən kölgənin altında yoxsan.

Sən yoxsan...”

 

Romanı (“Çiçəkli yazını”) oxuyub bitirdikdən sonra daha F.Q. kimi mətnə deyil, mənayaaçar sözaxtarmağa başladım. Bu “açar söz”ü əldə edəcəyimdə özümdən çox Xaronun mərhəmətinə güvənirdim. Mifin qisasından qorxmayan MərhəmətliXaronun üzünə özündən xəbərsiz yad bir təbəssümbuaçar söz”ü mənim yaddaşımdan silmədiyi üçün qonacaqdı. Gülüşün mübarək, Mərhəmətli Xaron!

Açar söz”ü axtara-axtara Stiksə – “varla yoxun sərhədinəqədər gedib çıxdım. Ammamətn” (mətnin iyi) məni özünə tərəf çəkdi. Xaron mərhəmətlidir deyə əlimi onun nahaq qanına batırmaq istəmədim. Çünkimətn”dən gələn iy “QAN” iyi kimi valehedici şirin (acı) idi. Bəliaçar sözelə mətnin içində apaydın göstərilib.Uzun sözün qısası... Çiçəkli yazının” – (romanın) – “içindən onun öz kodunu, yəni açarını tapıb sonra oxumaq lazımdır”.

Mənaya ən çox uyğun gələnaçar söz” “QAN”dır (məncə). Kamal Abdulla esselərinin birində deyir: “Ədəbiyyat heç bir zaman sevincdən, nəşədən yaranmır. Ədəbiyyat həmişə əzabdan, ağrıdan, göz yaşından yaranır”. Digər birində isə “Kim dedi ki, ədəbiyyatın mayasında qan durmur?” – ritorik hökmünü nəticədən səbəbə doğru əsaslandırır.

Bəli, QAN, Bəhram kişinin QANı bahasına oxunanÇiçəkli yazı” – halın izharı yeni doğulan mətnyeni yaranan ədəbiyyat.

Yeni insan övladının doğulması üçün bir damla QAN lazım olduğu kimi, yeni mətnin (yeni ədəbiyyatın) doğulması üçün bir QAN dolu can (ən azı) lazımdır. Mən bütün əsər boyu mətnin doğulması üçün o QANın axtarışını gördüm. Axtarılan QAN Afaqda tapılmadı, Qulamhüseyn Cəfər müəllimin QANı da uyğun gəlmədi. (Nədənsə?!)

Qana susamış Mağaranın (İt kimi qan iyi duyub vəngildəyən Vəng dağının) (yazının) ruhu nəhayət aldı öz könlündəkini. Sonra da bakirəliyini təslim etdi. (Bir ehtiraslı dilçiyə)

Bəhram kişi, “Qarağac səni unutdu. Sən qarağacı unutmadın”, Xaronun mərhəməti işığında.

Nənəmin arzularından biri belədir: “Mən can verəndə başımın üstündəYasinoxutdurarsız.”

Bəhram kişinin QANı bahasına qazandığıÇiçəkli yazıeləYasinmisali oxundu. F.Q.:

 

Qarağac indi səni anır.

Qarağacın ürəyi deşilir.

Param-parça olur.

Göy , yer sən deyir.”

 

Qəhrəmanını beləcə yuğlardı türk elləri.

Unutmağa kimsə yox...” romanı süjet xətti əks istiqamətdə olan dedektivdir (de-dedektiv). Paralel dünyada yaşamaqçün bu dünyada özünü ölümün qucağına atanların (birsağolüçün) oxunmuş (deşifrə olunmuş) alın yazısıdırUnutmağa kimsə yox...” romanı. (Öləsən bir düşmən sevindirəsən, Ardınca barı birsağol”un ola. Salam Sarvan)

Hadisələrin üfüqündən görünən Paralel dünya öz Möhtəşəm Ahəngi ilə bu dünyada xatırlamağa unutmağa kimsəsi olmayanlar üçün ən ideal məkandır. Vir-vizual məkan. O məkan ki, dünən ora şir yağmışdı, bu gün dəvə yağır, sabah, sabah isə ... yəqin çiçək yağacaq. O çiçəyin ətrini bu dünyada duyan (Bəhram kişi) Mağaranın ruhuna qoşulub gedir, Vəngin dünyasından Ahəngin dünyasına.

, bu Dünyalar məsələsinə gəldikdə, mənim hər əlimdə bir kitab olur: SağdaUnutmağa kimsə yox...”, soldaUstad Marqarita”.

Sağda: Bəhram kişi, öz QANı bahasına bizlərə bəxş etdiyiÇiçəkli yazı”, yeni ədəbiyyat, nakam ölsə , özündən sonra yaşayan mətn yeni F.Q.

Solda: Ustad, öz həyatı bahasına bizlərə bəxş etdiyi roman, “Əlyazmalar yanmır”, nakam ölsə , özündən sonra yaşayan şagird.

Sağda: Təbəssümündən doyulmayan Gülsüm.

Solda: Ona bənzəyən Marqarita.

Sağda: Sirli-sehirli mağaranı göz bəbəyi kimi qoruyan vahiməli Bozların hürməsi.

Solda: Sirli-sehrli aləmin sakini olan Begemotun miyoltusu.

Sağda: Əlindəki alma ilə İlahi varlığaSən ən gözəl deyilsəndeyə damğa vuran Paris.

Solda: İlahi varlığa hökm oxuyan Ponti Pilat.

Sağda: Sirli-sehrli kənd, Vəng dağı, Çoban papağı.

Solda: Sirli-sehrli Patriarx gölü, Sadovı küçəsi, 302-bis binanın 50-ci mənzili.

Hər iki tərəfdə sirli-sehirli, bir-birinin içində olan iki paralel dünya. Mif, zamansızlıq zaman.

Hər iki əsər 3D formatındahər iki əsərdə zaman məkandan əlavə, bu anlayışların birbaşa olmasa da, meta əlaməti olaniy dad” var. Bu xüsusiyyət romanları müstəvi üzərindən səmaya, planametriklikdən stereometrikliyə daşıyır. Üç ölçülü vir-vizual məkansərməstliyin vətəni.

Unutmağa kimsə yox...”: “Çovğun işə başlamışdı, rəngi vardımaviyə çalırdı” // “Ustad Marqarita”: “Otaqdan qızmış ütü iyi gəlirdi” – əkiz qardaş olan cümlələr.

Görünür, yeni doğulan mətn iki daha yüksəkdə uçan ruhun (Kamal Abdulla & Mixail Bulqakov) təmasından yarananda daha kamil olur. Bu səbəbdəndir ki, (bəlkə) “Unutmağa kimsə yox...” romanının bir sözünü belə yerindən qoparmaq olmur. Elə bil kağıza yox, daşa yazılmışÇiçəkli yazı”dır bu roman.

 

Qarağacın kölgəsi hər yana çatdı.

Sən yoxsan.

Qarağac səni unutdu.

Xatırlamağa kimsə yox.

Unutmağa da kimsə yox.”

 

Sən hələ Stiks çayını keçməmisən, Xarona əziyyət verməmisən, ay balası. Belə baxıram, heç sənin Stiksi keçməyinə ehtiyac yoxdur, balası. Sənin cəmi-cümlətani 3-5 qırıq xatirən, 1-2 xəyalın, “Bozlara yal, su qoymaq yadından çıxmasınkimi bir arzun, “Ovod”u Gülsümə çatdırarsanadlı bircəcik xahişin var. Bunlar da yatıb dursan yadından çıxacaq (unudulacaq). Daha Stiksə qədər gedib çıxmağına ehtiyac var, balası. Sənin nəyin varsa Kəhrizli körpünün üstündən keçəndən sonra unutmusan. Onsuz da:

 

Qarağac səni unutdu.

Yerin ürəyində taxtını qurdun.

Qarağacı ürəyində saxladın” –

yaddaşında yox, balası.

 

(Xarona əziyyət vermədin. Ona silmək üçün bir şey saxlamadın yaddaşında. Elə bilirsən yaddaşıxatirələri silmək asandır, yox, əsla, bu əzabdır, iztirabdır) Buna görə Xaron sənin ona olan mərhəmətinin qarşısında diz çökəcək, bəlkə , hönkürüb Stiksi məcrasından çıxaracaq qədər göz yaşı tökəcək.

Amma qəm eləmə, “hamı səni sevənlər burdadı”. Hamı səni sevənlər Qarağacın kölgəsi səni anır”. Nolar, balası, sus...” deyən gözlər sən gedən Paralel dünyanın yollarına – Ay zolağına dikilib.

Qan tökülüb, can alınıb, sirr açılıb, roman bitib. Yeni bir mətn doğulub Azərbaycan ədəbiyyatında. Dünya ədəbiyyatının qucağında yaşamaq imkanı (saflığı, tamlığı Möhtəşəm ahəngi ilə) əldə edib.

Yerin rahat olsun, Roman.

 

 

Sərraf Balaxan

 

525-ci qəzet.- 2011.- 3 sentyabr.- S.24.