Dost

 

Xoşbəxtlikdən, ya hansısa ayrı səbəbdən, heç vaxt özümü bu dünyada tənha hiss eləməmişəm. Ən əziz yaxınlarımı itirdikdə belə...

Dəqiq bildiyim budu ki, buna səbəb – məni daim qayğılar və sevgilərlə əhatə edən ailəm, övladlarım deyil.

Səbəb – hər an iliyimdə duyduğum Hamıdan Ucanın əzəli və əbədi Sevgisibu Sevginin rastıma çıxardığı bir ovuc insanlar – bəzən aylar və illərlə görüşməsək belə, fikir və duyğularını, rəğbət və təəssüb dolu baxışlarını daim ən yaxın məsafələrdə hiss etdiyim əli qələmli dostlarımdı.

Deyirlər, qohumları bizə Allah verir, dostları özümüz seçirik. Amma məncə dostları da Allah verir. Qəlb əqidə birliyi üzrə, doğmalıq dünya duyumu üzrə.

Bu mənada, mənə görə Sabir Rüstəmxanlının görkəmli ictimai xadim, xalq şairi, fədakar millət vəkili sair bu kimi, fəxri titullarından daha uca bir titulu var: DOST.

İnsana əbədi ucalıqlar qazandıran bu titula sahib olmağın yolu daha çətin daha mürəkkəbdir. İlk növbədə qəlb kamilliyi, böyük təmənnasız insan sevgisi, sonsuz səbr nəciblik tələb olunan bu yolu sona qədər alnıaçıq, üzüağ getmək hər kəsə nəsib olmur. Düşünürəm, bu da bir vergidirPeyğəmbərlik şairlik kimi, yazıçılıq rəssamlıq kimi.

Ən çətin çıxılmaz məqamlarda özünü vaxtında yetirmək bacarığı, ortaya çıxan problemləri mümkün qeyri-mümkün üsullarla dəf edə bilmək məharəti, insan dost sevgisini əlçatmaz ucalıqlarda qoruyub saxlamaq qüdrəti...

Uzun illər boyu Sabirdə gördüyümüz bu keyfiyyətləri dilə gətirmək, olub- ötənləri xatırlayıb tarixi dəqiqəsi ilə təsvir etmək üçün bəlkə sanballı kitab yazılmalıdır.

 

***

 

Sabirlə ilk tanışlığımız 1977-ci ildə Zaqataladamərhum rejissor qardaşım Eyvazla birlikdə nümayəndə seçildiyimiz Respublika Yaradıcı Gənclərinin toplantısında baş tutmuşdu...

Hələ o vaxt mən, sivri üz cizgiləri ilə qədim türk əsgərini, lorkasayağı saç düzümü, içindən püskürən hüdudsuz azadlıq sevdasıyla Latın Amerikası şairlərini xatırladan bu adamın Vətən sevgisiylə aşıb-daşdığını, təsəvvüründə qurduğu ideal məmləkətində şairdən çox, mühəndis konstruktivliyi ilə nələrisə dəyişmək istədiyini, türkçülük, azərbaycançılıq ideyalarıyla yanıb-yaxıldığını necəsə, anlamışdım bu, hələ o dövrlər mənimşairpoeziyabarədə anlayışlarımı bir xeyli laxlatmışdı.

İllər ötdükcə, Sabir şəxsiyyət sənət göstəriciləri ilə aydınlaşmağa başladıqca mən, bu narahat adamın inadla məhz nələri dəyişdirmək istədiyini, soyuq ağılla, ya gizli ilahi fəhmlə qurmaq istədiyinin olduğunu, həmin o istədiyini artıq varlığı sənət eşqi ilə hissə-hissə qəlblərdə əqidələrdə qurmaq üzrə olduğunu anlamağa başlamışdım...

Türkçülük azərbaycançılıq, dil Vətən abadlığı, itirilmiş torpaqlar qaçqınların dərdi, milli birlik sosial ədalət uçurumları...

Sabir artıq neçə illərdir ki, bu barədə danışır yazır. Şeirlərində, çıxışlarında, publisistik yazılarında, bəzən hətta kino-ssenarilərində.

Bu zahirən ictimai motivlərin alt qatında isə incə şırımlarla sızan daha dərin yaralı mətləblərin axıntıları sezilməkdədir...

Uzun illərin kobud siyasi reformaları içrə əldən getmiş milli-mənəvi dəyərlər, zaman-zaman itirilmiş vətəndaşlıq heysiyyəti...

 

***

 

Bu il Sabir 65 yaşını haqladı.

65 – şeirlər yazılarla, vətən dost sevgisi ilə dolu keşməkeşli il. Zamanın zaman olaylarının öldürücü həmlələrindən sarsılmayan, korşalmayan, fədakarlıqlar qəhrəmanlıqlar dolu şərəfli ömür yolu.

Düşünürəm, illər ötəcək, Sabir daha tutumlu rəqəmlərə sığacaq ömür sahibi olacaq, yaşa dolub qocalacaq... Vətən yanğısı da, söz eşqi olsun ki, səngiyəcək... Lakin dost sevgisi, dost ola bilmək məharəti, istedadı tükənməyəcək, azalmayacaq...

Bu yerdə böyük Latın Amerikası yazıçısı Borxesin incəliklər nisgil dolu dost sevgisi yada düşür...

Ömrünün doxsanıncı dönəmində beli büküldüyündən sərbəst gəzə bilməyən, gözləri yaxşı görməyən yazıçı jurnallardan birinə verdiyi müsahibəsində dostlarla bağlı demişdi:

Məni bu dünyaya daha heç bağlamır... Bağlayan bir dostlarım idi, onlar da artıq dünyalarını dəyişiblər. İndi mən onların yalnız qəbirlərini ziyarət edə bilirəm. O da ara-sıra, imkan düşəndə. Hərəsi bir yanda basdırılıb. Odu ki, yolum tez-tez gah şimala, gah da cənuba düşür...

 

 

A.MƏSUD

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.19.