Əbülfəs Qarayev:
“Mədəni irsimizin qorunmasında mətbuatın
fəal roluna ehtiyac duyulur”
MƏTBUAT
ŞURASINDA “TURİZMİN İNKİŞAFI MEDİA MÜSTƏVİSİNDƏ”
MÖVZUSUNDA DƏYİRMİ MASA
KEÇİRİLİB
Dünən Mətbuat Şurasında
“Turizmin inkişafı media müstəvisində” mövzusunda
dəyirmi masa keçirilib. Toplantını giriş
sözü ilə açan Mətbuat Şurasının sədri
Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə
mediasında müxtəlif sahələr üzrə maarifləndirmə
işlərinin aparılmasına ciddi önəm verir. 2011-ci
ilin “Turizm ili” olduğunu xatırladan Ə.Amaşov bu
baxımdan kütləvi informasiya vasitələrinin mövcud
istiqamətdəki fəaliyyət intensivliyinin vacibliyindən
söhbət açıb: “Ölkə prezidentinin təsdiqlədiyi
Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi
ilə bağlı Tədbirlər Planına əsasən
KİV-lərdə “2011-ci il Turizm ilidir” devizi altında
proqramların və xüsusi verilişlərin təşkilinə
dair bənd yer alıb. Bunun da icrasına məsul qurumlar
içərisində Azərbaycan Mətbuat
Şurasının da adı var. Televiziya və radiolarda “Turizm
ili” ilə bağlı kifayət qədər veriliş və
proqramlar yayımlanır. Mətbuatın da məsələyə
diqqəti müşahidə edilməkdədir. Təkcə
onu deyim ki, ötən 6 ay ərzində ölkənin
aparıcı kütləvi informasiya vasitələrində
turizmlə əlaqədar çoxsaylı materiallar yer
alıb. Onların 87 faizi informasiyalardır. Bu baxımdan
analitik məzmunlu və daha çox təşəbbüs
ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil
edib. Materialların 4 faizi isə reportaj janrındadır.
Ümumən medianın, xüsusən də çap
mediasının məsələyə diqqətinin artırılması
vacibdir. Turizm özlüyündə geniş infrastrukturu birləşdirən
sistemdir və ondan yazmaq jurnalistlərdən xüsusi
hazırlıq tələb edir. Tədbirimiz bu istiqamətlərdə
fikir mübadiləsi aparmaq məqsədi daşıyır”, –
deyə o vurğulayıb.
Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi
dövlət qurumunun mətbuata açıq olduğunu,
KİV-lərlə əməkdaşlığa böyük
önəm verdiyini bildirib və bunu mədəniyyətin və
turizmin inkişafına nail olmağın mühüm vasitələrindən
biri kimi dəyərləndirib: “Mədəniyyət və
turizm sahələri bir-birinə çox bağlıdır. Məhz
buna görə də cənab prezident 2006-cı ildə bu iki
istiqamətdəki işlərin eyni mərkəzdən idarə
olunmasına, bir növ vəhdətin yaradılmasına xidmət
edən sərəncam imzaladı – Mədəniyyət və
Turizm Nazirliyi yarandı. Azərbaycanda turizm sahəsi nə qədər
çox inkişaf etsə, mədəniyyətimiz də bir o
qədər çox təbliğ olunar”.
525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.1-3.