Behbud ağa Şahtaxtinski AMEA Naxçıvan Bölməsində yad edilib

 

AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti ilə birgə “Nəsillərə nümunə: görkəmli dövlət xadimidiplomat Behbud ağa Şahtaxtinski” başlıqlı elmi konfrans təşkil edilib.

Elmi konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli dövlət xadimidiplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncamın mühüm əhəmiyyətindən danışıb. Akademik tariximizdə, taleyimizdə, elm, təhsil, mədəniyyət, diplomatiya və dövlət quruculuğu sahələrinin inkişafında mühüm rol oynayan Şahtaxtinskilərdən bəhs edərək qeyd etmişdir ki, Şahtaxtinskilərin fəaliyyətləri ilə bağlı son illərdə imzalanan tarixi sərəncamlar dövlətimizin onlara göstərdiyi qayğının ən yaxşı ifadəsidir.

Tədbirdə mürəkkəb, çətin, ziddiyyətli bir dövrdə yaşayan, cəmi 43 il ömür sürən maarifçi, publisistik, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin həyat yolu, siyasidiplomatik fəaliyyətindən ətraflı danışan akademik Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsində bu görkəmli şəxsiyyətin çox böyük xidmətləri olduğunu xüsusi vurğulayıb. O, bildirib ki, Behbud ağa Şahtaxtinski Bakı Soveti İcraiyyə Komitəsinin, “Hümmət” təşkilatı Mərkəzi Komitəsinin sədri, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, habelə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi və başqa vəzifələrdə çalışıb. Akademik çıxışında onu da qeyd edib ki, görkəmli dövlət xadimidiplomat Behbud ağa Şahtaxtinski hansı sahədə fəaliyyət göstərməyinə baxmayaraq həmişə Vətənə xidmət edibonun həyatı bu günkü nəsillərə bir nümunədir.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Behbud ağa Şahtaxtinskinin V.İ.Leninə məktubları”, AMEA Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərlinin “Behbud ağa Şahtaxtinski görkəmli siyasi və dövlət xadimi kimi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevinBehbud ağa Şahtaxtinskinin jurnalistlik fəaliyyəti”, NDU-nun elmi katibi, dosent Elçin ZamanovunBehbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyəti”, Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Emin Şıxəliyevin “Behbud ağa Şahtaxtinskinin həyat və faciəli taleyi”, Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun elmi işçisi Musa QuliyevinBehbud ağa Şahtaxtinski haqqında yeni faktlarmövzusunda məruzələri dinlənilib.

 

 

525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.7.