Günəşin intizarında

 

Günəşi gözləyənlər”... Görəsən bu, dünyada çap olunan neçənci kitabdır? Maraqlıdır, bu kitabı kimlər oxuyacaq nələr düşünəcək? Bu kimi suallar labirintində özümü azdırıb yazıya giriş axtarmağı düşünürdüm ki, gözümə qapıda dayanmış gözlərini əlimdəki kitaba zilləmiş Üzeyir sataşdı...

Deyirəm Üzeyir, kənarda dayanıb baxmaqdansa, bu yazının girişinə bəlkə kömək edəsən... Zarafat deyil e, həyatını 302 səhifəlik romana sığışdırmağın bəs deyil, hələ bu qədər milləti təqdimatına da toplamısan. Adama deyərlər, hansı gününə? Alatavadakı səfil həyatınamı, yetim taleyinəmi, bir qadına doğru-düzgün sahib ola bilməməyinəmi?... Nəyinə belə şadyanalıq edirsən?

Romanın sonuncu cümləsini oxuyub ürəyimdə Üzeyiri qınamağa başladım. “Axı sənə vacib idi ki, qonşun Cümşüdün “011” minib küləklər kələklər şəhərinə üz tutasan? Axı bura sənin arzularının doğru ünvanı deyildi... deyildiiii...”.

Beləcə deyinə-deyinə Cavid ZeynallınınGünəşi gözləyənlərromanının təqdimatı barədə yazı hazırlamaq üçün kompyuterin qarşısına keçdim.

Təqdimatdan bir gün öncə kitab mağazalarından birində pulumu sonuncu qəpiyinədək xərcləyib maaşa 3-4 gün qalmış müflisləşdiyim bir vaxtda Cavidin kitabının imza günü xəbəri sevindirici olduğu qədər gözlənilməz alındı. Bütün günü NərminləHələ maaş da almamışıq, Cavidin kitabını hansı pulla alıb imzaladacağıq” – notları üstündə deyindiyimiz halda, tədbirdə Rəşad Məcidin bizə kitab bağışlaması lap göydən düşmə oldu. Ən azından, indi bizim sinəmizə döyüb Cavidə imzaladacaq kitabımız vardı.

Tədbirdə giriş sözü söyləyən Əsəd Cahangir Cavidin ilk hekayələrinin oxucusu olduğunu bildirdi: “Cavidin istedadı ilk qələm təcrübəsi olan hekayələrindən sezilsə , onun hələ roman yazmaq üçün daha da savadlanmalı, daha çox hekayə yazmalı olduğunu düşünürdüm. Amma bu kitab göstərdi ki, Cavid Zeynallı bu mərhələləri çox sürətlə keçib”. Romanın ön sözündə yer alan Əsəd Cahangirin bir fikri daha çox xoşuma gəldiyindən onu burada qeyd etməyə bilmirəm: Günəşi gözləyənlərinsan qəlbi haqqında optimist poema kimi oxunur. Əsas qəhrəmanlargənc Üzeyir doğulduğu bürcə görə zarafatla Əqrəb adı verdiyi sevgilisinin aqibəti ən ümumi ideya məntiqindən doğan bu insanpərvərliklə səsləşiroğlan heyvani qatdan yuxarı qalxır, qız ilahi qatdan aşağı enir istəklilər insani qatda qovuşurlar”.

 Əjdər Ol romanı qiymətləndirdiyini bildirsə , yazıçının bəzən milli dəyərlərdən, bədiilikdən uzaq, mentalitetə zidd məqamlara yer verməsini irad olaraq səsləndirdi: “Cavid hələ çox gənc olduğundan romandakı boşluqları onun yaşına təcrübəsizliyinə bağışlamaq olar. O bu romanı əgər 40 yaşında yazsaydı, qətiyyən təqdir etməzdim”.

Rəşad Məcid Cavid Zeynallıya daha ciddi çalışmasını, daha çox mütaliə etməsini arzulayıb romanla bağlı fikirlərini söylədi: “Mən Cavidin romanını oxuyarkən çox nikbin hisslər yaşadım. Bu romandakı axıcı dil gözəl təhkiyə məni sevindirdi”.

Rafiq Tağı, Səlim Babullaoğlu, Əli Əmirli, Bəhram Osmanov, Zahir Əzəmət, Cavanşir Yusifli, Aydın Xan, Taleh Şahsuvarlı başqa söz adamları da fikirlərini bölüşdülər, Cavid Zeynallını təbrik etdilər.

Tədbir yekunlaşdıqdan sonra evə tələsib nəyi necə yazacağım haqda düşünməyə başladım. Doğrusu, ilin yekunları ilə bağlıMədəniyyətqəzetinə hazırlayacağım yazıların yükü, bir yandan da zaman azlığı kitab təqdimatı ilə bağlı reportajımın 1 həftə gecikməsinə səbəb oldu. Bu bir həftə ərzində işə gedərkənGünəşi gözləyənləri metrodaca bitirib, təəssüratlarımı qeydə aldım. Romanın baş qəhrəmanı Üzeyirin yaşadığı qayğılı, çirkli, bir az da iyrənc həyat fikrimdə, hissimdə qəribə bir anlaşılmazlıq yaradırdı. Bilmirdim ona acığım tutur, ya halına acıyıram... Üzeyir onun yaşadığı həyat mənə ən çox meksikalı kinorejissor İnnaritu Gonzalesin filmlərini xatırladırdı. Sidik iyi qoxuyan palaz, ağzından, dilinin altında siçan ölüsü varmış kimi, dözülməz qoxu gələn adam, dişləri kir-pas içində olan daraq sairə təsvirlərlə Cavid bizə həyatı olduğu kimi göstərir. “Günəşi gözləyənlər bəzi romanlardan bizə tanış olan bər-bəzəkli, pafoslu cümlələrə rast gəlinmir.

Başımı göyə qaldırıram. Çiskin yağış yağırla bitən romanın sonluğu oxucuda dərin qüssə yaradır. Deyə bilərsiniz ki, roman optimist hadisələrlə yekunlaşır, axı. Görünür, bu qüssəyə səbəb əsərdən doya bilməməyin nəticəsidir.

Romanın baş qəhrəmanı Üzeyir əvvəlcə oxucuda avara, heyvani həyat tərzi keçirən adam təəssüratı oyatsa da, sevginin gücü, ürəyinin bir küncündə yatıb qalmış insani hissləri onu tərpədir sonda özünə qaytarır.

Bəs iradlarım? Sözsüz ki, onlar da yox deyil. Məsələn, texnikanın at oynatdığı, elmin qaz vurub-qazan doldurduğu bir dövrdə falçılara, şamanizmə inamı oxuculara aşılamağı heç doğru saymıram. Onsuz da bunu sutkanın 24 saatı televiziyalarda bəzi üzdəniraq verilişlər tamaşaçı beyninə yeritməyə çalışır. Belə bir zamanda, son ümidimizin ziyalılığa qaldığı vaxtda gənc yazarın oxucudaruh şamanlıqbarədə təsəvvürləri gücləndirmək cəhdini necə başa düşək? Hətta ürəyimdə Cavidi buna görə qınayıb, bir az ondan incidim . Amma ümid edirəm ki, bu düşüncəmi Cavid doğru anlaya biləcək...

İlk romanı ilə Cavid Zeynallı özünü dərəcədə göstərə, qədər doğrulda bildi, bu barədə oxucular vaxt qərar verəcək. Bizə isə Günəşi gözləmək qalır...

 

 

Yeganə CANSAİL

 

525-ci qəzet.- 2011.- 8 yanvar.- S.25