Elçin Əfəndiyev İstanbul Kültür UniversitetininFəxri doktoru adına layiq görülüb

 

Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, dəyərli ədəbiyyatşünas Elçin Əfəndiyevə İstanbul Kültür Universitetinin Fəxri doktoru adı verilib. E.Əfəndiyev bu mükafata Türk dili Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə xidmətlərinə görə layiq görülüb. Mükafatı yazıçıya universitetin rektoru Dursun Köçər təqdim edib. Dursun Köçər XX əsrdə Türk dilinin sənət dili kimi qəbul edilməsi istiqamətində Elçin Əfəndiyevin xidmətlərini vurğulayıb. Bu münasibətlə çıxışında Elçin Əfəndiyev bildirib ki, mədəni əlaqələrin möhkəmlənməsi xalqların bir-birini daha yaxından tanıması deməkdir. Xalqlar bir-birini daha yaxından tanıdıqdan sonra digər sahələrdəki vacib əlaqələr də inkişaf tapacaq.

 

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.17.