Təhsil Nazirliyi Aparatı və
Ümumi şöbənin hesabatı dinlənilib
Dünən
Təhsil Nazirliyində Aparat və Ümumi şöbənin
2010-cu il ərzində görülən işlərə dair
hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov,
nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi
aparatının struktur bölmələrinin müdir və əməkdaşları
iştirak ediblər.
İclasda
çıxış edən nazirliyin Aparat rəhbəri
İlham Pirməmmədov bildirib ki, Aparatın əsas fəaliyyət
istiqamətləri nazirliyin struktur bölmələri
arasında qarşılıqlı işin qurulması, nazirlik
üzrə hazırlanan sənədlərin, qərar layihələrinin
və digər sənədlərin müzakirəsi, ümumiləşdirilməsinin
təşkili, onların Təhsil Nazirliyinə təqdim
olunması, kollegiya iclaslarının təşkili,
keçirilməsi, qərarların icrasına nəzarət,
nazirlikdə vətəndaşların qəbul işinin təşkili,
özəl təhsil müəssisələrində vahid
dövlət təhsil siyasətinin həyata keçirilməsinə
və təhsil qanunvericiliyinin icrasına nəzarət,
qanunsuz təhsil müəssisələrinin aşkar
olunması, onların fəaliyyətinin dayandırılması
ilə bağlı tədbirlərin görülməsi, saxta
təhsil sənədlərinin aşkar olunması, onların
mövcud qaydada ləğvi, nazirlik üzrə müxtəlif
tender posedurlarının təşkili, icrasına nəzarət,
hər il üçün təhsil müəssisələrinin
dövlət nümunəli təhsil sənədlərinə
tələbatların öyrənilməsi, ümumiləşdirilməsi,
sifarişinin təşkilidir. Həmçinin Azərbaycanda
təhsil alan şəxslərin təhsil sənədlərinin
ölkədən kənarda tanınması üçün
lazımi təsdiqedici sənədlərin verilməsi, nazirlik
üzrə hazırlanan sənədlərin hüquqi
baxımdan düzgün olmasının təmin olunması, məhkəmələrdə
Təhsil Nazirliyinin təmsil olunması, məktəbəqədər
təhsilin məzmununun, inkişaf perspektivlərinin müəyyən
edilməsi, xaricdə təhsil alan şəxslərin
diplomlarının ölkədə tanınması, dövlət
nümunəli təhsil sənədlərinin alınması,
saxlanması, doldurulması, verilməsi və uçotuna nəzarətdir.
Aparat rəhbərinin sözlərinə görə, ötən
il aparat tərəfindən “Təhsil qanunu”na uyğun olaraq
40-a yaxın normativ-hüquqi sənədin layihəsi
hazırlanıb, müzakirəsi, digər aidiyyəti nazirliklərdə
razılaşdırılması təşkil olunub. Ötən
il ərzində Prezident Aparatından 30-a yaxın, Nazirlər
Kabinetindən isə 70-ə yaxın sənədin digər
şöbələrlə birlikdə icrası təşkil
olunub, icranın nəticəsi barədə müvafiq qurumlara
məlumat verilib. 2010-da Aparatın əməkdaşları
nazirlikdə vətəndaşların qəbulunun təşkilində
yaxından iştirak ediblər. Ötən il 864 vətəndaş
təhsil naziri, 2103 Aparat rəhbəri, 4000-ə yaxın isə
Aparatın əməkdaşları tərəfindən qəbul
olunublar. Qəbul nəticəsində 3500-ə yaxın vətəndaşın
məsələsi həll olunub, digər vətəndaşlara
isə müvafiq izahat verilib. İ.Pirməmmədov
vurğulayıb ki, hazırda ölkədə 15 özəl
ali, 1 özəl orta ixtisas təhsili, 17 ümumtəhsil və
21 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir. Hazırda bütün özəl
təhsil müəssisələrinin özlərinin tədris
binaları mövcuddur. Aparat tərəfindən özəl təhsil
müəssisələrində vahid dövlət təhsil
siyasətinin həyata keçirilməsi və təhsil
qanunvericiliyinin icrasına nəzar edilir: “Ötən il Aparat tərəfindən
özəl təhsil müəssisələrində
qış, yay imtahan sessiyasının monitorinqi təşkil
olunub. Monitorinqin nəticələri təhlil edilib və
bununla bağlı tərtib olunan arayış rektor,
prorektorların iştirakı ilə müzakirə edilib.
2009-10-cu tədris ili üzrə buraxılış yekun
dövlət attestasiyasının keçirilməsi məqsədi
ilə müvafiq komissiyalar təşkil olunub, attestasiyaya
buraxılması nəzərdə tutulan tələblərin
sənədləri yerində araşdırılıb. Tədris
planında nəzərdə tutulanları tam yerinə
yetirmiş və sənədlərin qaydasında olan tələbələrin
siyahıları tərtib olunub, yalnız onlar dövlət
attestasiyasına buraxılıblar. Dövlət
attestasiyası bitdikdən sonra komissiya sədrləri
hesabatlarını nazirliyə təqdim ediblər. Yalnız
müvafiq siyahıda adları olan və komissiya tərəfindən
müsbət qiymətləndirilən məzunlar
üçün müvafiq ali məktəblərə nazirlik
tərəfindən dövlət nümunəli diplom verilib.
Özəl ali məktəblərin magistratura səviyyəsində
tədrisin təşkilinin monitorinqi keçirilib, monitorinqin nəticələri
təhlil olunub, nəticədə 6 ali məktəbin
magistratura səviyyəsinə yenidən tələbə qəbulu
planlaşdırılmayıb. Özəl ali təhsil müəssisələrində
təhsil alan tələbələr haqqında nazirlikdə
olan məlumat bankı yeniləşdirilib”. Aparat rəhbərinin
dediyinə görə, ötən il ərzində müxtəlif
təşkilatlardan daxil olan sorğuların
yoxlanılması, yerlərdə aparılan araşdırmalar
zamanı 25 saxta diplom aşkar edilib. Bu saxta diplomlar müvafiq
tədbirlər görmək üçün Baş
prokurorluğa göndərilib. Ötən il Aparat tərəfindən
təhsil müəssisələrinin dövlət nümunəli
sənədlərə tələbatı öyrənilib,
müvafiq tender prosedurları keçirilib, tender nəticəsində
qalib olan Xəzər-Etiket MMC tərəfindən sifarişin
vaxtında və lazımi səviyyədə icrası təmin
olunub. 2010-cu ilə Aparata və onun nəzdində sektorlara
4500-ə qədər ərizə, 3000-ə yaxın məktub
daxil olub. Ərizələrə baxılıb, məktublara
cavablar verilib: “Bu il Aparat hesabatın əvvəllində
göstərilən əsas fəaliyyət istiqamətlərinə
uyğun işlərini davam etdirəcək. Görüləcək
işlər yaxın günlərdə nazir tərəfindən
təsdiq ediləcək Aparatın illik fəaliyyət
planında öz əksini tapacaq”.
Təhsil sənədlərinin
tanınması işi üzrə sektorunda ötən il
görülən işlər haqqında məlumat verən
İ.Pirməmmədov deyib ki, sektor öz fəaliyyətində
Azərbaycanın qanunvericilik aktlarını, Nazirlər
Kabinetinin qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin
ali təhsil sahəsində ixtisaslarının
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiya) Qaydaları”nı, direktiv orqanların, eləcə
də təhsil nazirinin əmr, sərəncam, göstərişlərini,
nazirliyin kollegiya qərarlarını rəhbər tutur. Onun
sözlərinə əsasən, Təhsil Nazirliyində sektor
tərəfindən təhsil sənədlərinin
tanınması ilə bağlı xüsusi kompüter
proqramı hazırlanıb. Bu proqramda, müraciət etmiş
vətəndaş və onun təqdim etdiyi diplom haqqında məlumatlar,
həmçinin ekspert qrupunun rəyi əks olunur. Əlavə
olaraq proqramda statistik məlumatların verilməsi nəzərdə
tutulur. Sektorun son bir illik fəaliyyəti dövründə
1166 müraciət daxil olub. Müraciət edən vətəndaşların
əksəriyyətini MDB-nin müxtəlif ölkələrində
və Türkiyədə təhsil alanlar, müəyyən
bir qismini isə Avropa, Amerika, Asiya, Ərəb ölkələrinin
ali məktəblərinin məzunları təşkil edib. Son
bir il fəaliyyəti nəticəsində diplomların
tanınması ilə əlaqədar Təhsil Nazirliyinə
1060 müraciət daxil olub. Müzakirəyə
çıxarılan şəxsi işlərdən 776-sı
müsbət həll edilib, 218 vətəndaşın işləri
bu günə kimi sektor tərəfindən baxılmaq üzrədir.
Həmin işlərin bu günə kimi icra
olunmamasının səbəbi, vətəndaşlar tərəfindən
vaxtı-vaxtında tələb olunan müvafiq sənədlərin
təqdim edilməməsidir. Sektor tərəfindən bir il ərzində
təqdim edilən sənədlər arasında 66 qeyri-qanuni
fakt aşkarlanmış və onlarla bağlı Azərbaycan
ərazisində tanınmaması haqqında qərar qəbul
olunub. Sektorun iş fəaliyyəti nəticəsində
nostrifikasiya ilə bağlı 66 mənfi cavab alanlar
arasında 8 saxta diplomun xarici ölkələrdə
qeyri-qanuni yollarla əldə edilməsi faktı sübuta
yetirilib. Saxta diplomları verən ölkələr
arasında Rusiya, ABŞ-ı, Qazaxıstan və Ukraynanı
göstərmək olar: “Bu il sektorun fəaliyyətinin daha da
səmərəliliyini təmin etmək məqsədilə
sektorun işini gücləndirmək, məlumat
bazasını kompüter avadanlığı ilə təmin
etmək, xarici ölkələrdə orta ixtisas, peşə və
orta təhsil alan vətəndaşların sənədlərinin
də ölkə ərazisində tanınması
üçün Nazirlər Kabinetinə təkliflə
müraciət etmək, təsdiq olunan müvafiq qaydalarda dəyişiklik
edilməsi barədə vəsadət qaldırmaq nəzərdə
tutulub. 2011-ci il üçün sektorun təklifləri isə
bunlardır. Sənədlərin tanınması ilə
bağlı işlərin çox olduğunu nəzərə
alaraq sektor əməkdaşlarının sayını
artırmaq, xarici təşkilatların təcrübəsini
öyrənmək və müvafiq seminarlarda iştirak etmək,
sektor üçün xüsusi avadanlıqların
alınması”. Məktəbəqədər təhsil sektoru
haqqında məlumat verən Aparat rəhbəri qeyd edib ki,
sektor məktəbəqədər təhsil təhsilin ilk pilləsi
olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun
olaraq, uşaqların erkən yaş dövründən
intellektual, fiziki, psixi inkişafını, sadə əmək
vərdişlərinə yiyələnməsini, istedad,
qabiliyyətinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
təbiətə, insanlara həssas münasibətinin formalaşmasını
təmin edir. Sektorun əsas vəzifələri “Təhsil
haqqında Qanun”un tələbləri baxımından, ailənin
və cəmiyyətin mənafeyini qorumaqla məktəbəqədər
yaşlı uşaqların hərtərəfli
inkişafına nail olmaq, onları milli zəmində sistemli təhsilə
hazırlamaq, məktəbəqədər təhsil müəssisələri
şəbəkəsini qorumaq və inkişaf etdirmək,
maddi-texniki, tədris bazasını gücləndirmək,
uşaqlarda fəal vətəndaş mövqeyinin
formalaşdırılması, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə,
Vətənə hörmət, qayğı hisslərinin
aşılanması, onların vətənpərvərlik, azərbaycançılıq
ruhunda tərbiyə olunması, müstəqil həyata, əmək
fəaliyyətinə hazırlanması üçün məktəbəqədər
təhsil müəssisələrində şəraitin
yaradılmasına nail olmaqdır. Məktəbəqədər
təhsilin keyfiyyətinə, “Məktəbəqədər təhsilin
dövlət standartı və proqramı”nın həyata
keçirilməsinə, uşaqların məktəbə
hazırlanmasının təşkilinə dövlət nəzarətini
təmin etmək, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün məktəbəqədər
təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi
həyata keçirmək və sairdir. Ötən il
şöbə tərəfindən “Məktəbəqədər
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”
hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər
Kabinetinə təqdim edilib. İl ərzində 4 yeni uşaq
bağçası inşa edilib, 6 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir olunub, 32
müəssisədə cari təmir işləri
aparılıb.
Təhsil Nazirliyinin sifarişinə əsasən
“Şərq-Qərb” ASC tərəfindən 39 adda müxtəlif
təlim vəsaitləri – şəkilli əlifba, müxtəlif
yaş qrupları üzrə nağıl kitabları,
yığmacalar və sair hazırlanıb, ölkənin
bütün məktəbəqədər təhsil müəssisələrinə
paylanıb: “Bu il məktəbəqədər təhsil müəssisələrinin
maddi-texniki və tədris bazasının gücləndirilməsi,
5 yaşlıların hamılıqla məktəbə
hazırlığının təmin olunması
üçün zəruri tədbirlərin həyata keçirilməsi,
məktəbəqədər təhsil sahəsində kadr
siyasətinin təkmilləşdirilməsi, uşaq
bağçasında təlim-tərbiyə prosesinin ən
müasir təhsil texnologiyaları əsasında
qurulmasını təmin edən və məktəbəqədər
təhsilin müxtəlif formalarını özündə
birləşdirən resurs mərkəzlərinin
yaradılması, məktəbəqədər təhsil
üzrə monitorinq, qiymətləndirmə sisteminin
yaradılması və sair nəzərdə tutulub”. İ.Pirməmmədov
əlavə edib ki, nazirliyin hüquq sektoru öz fəaliyyətində
aşağıda göstərilən normativ-hüquqi
aktların müddəalarını rəhbər tutur. Azərbaycanın
Konstitusiyası, “Təhsil haqqında” Qanun, “Təhsil Nazirliyi
haqqında” Əsasnamə, Mülki Prossesual Məcəlləsi
və sair: “Təhsil Nazirliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi:
“Sektor tərəfindən bu il “Təhsil haqqında” qanunun və
digər normativ hüquqi aktların icrasını təmin etmək
məqsədi ilə yerlərdə maarifləndirmə işlərinin
aparılması, monitorinqlərin keçirilməsi,
Mülki-Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən
kassasiya və əlavə kassasiya instansiyalarında vəkilin
iştirakı məcburi olduğu üçün vəkil
xidmətlərinin ödənilməsi üçün vəsaitin
ayrılması, təlim-tərbiyə müəssisələrinin
zəbt olunmuş ərazilərinin qanunvericiliyə əsasən
geri qaytarılması üçün təhsil idarəetmə
orqanlarının, müəssisə rəhbərlərinin məsuliyyətinin
artırılması ilə bağlı tədbirlərin
görülməsi, təhsil müəssisələrinin
nizamnamələrinin yeniləşdirilməsi, təlim-tərbiyə
müəssisələrinin ilkin texniki pasportlarının bərpa
olunması ilə bağlı qanuna müvafiq tədbirlərin
görülməsi”. Aparat rəhbəri bildirib ki, ötən
il xüsusi şöbə tərəfindən təhsil sənədləri
müvafiq qaydada ali, orta ixtisas, ilkin peşə təhsili və
ümumtəhsil məktəblərinə təhvil verilib,
anbarda qalan təhsil sənədlərinin uçotu müntəzəm
olaraq aparılıb, 2010-cu ilin hər rübündə təhsil
sənədlərinin hesabatı Təhsil Nazirliyinin
muhasibatlığına təhvil verilib, qiymətləndirmə,
monitorinq, TİMS şöbələri ilə birlikdə
şagird adlarına nömrələnmiş attestat
blankları təhsil şöbələrinə təhvil
verilib: “Bu il 2010-cu ildə anbarda qalan təhsil sənədləri
ilə bağlı məlumat əsasında sifarişə
ehtiyacı olan təhsil sənədlərinin müəyyənləşdirilməsi,
tələb olunan təhsil sənədləri daxil olduqdan
sonra Nazirliyin balansına keçirilməsi və
mühasibatlığa verilməsi, 2010-2011-ci tədris ilinin
buraxılış sinif şagirdlərinin adlı siyahısının
məlimatlar bazasına daxil edilməsi, ali və orta ixtisas
müəssisələri məzunlarının adlı
siyahılarının məlumat bazasına daxil edilməsi, tələbə
adına nömrəli diplomların təmin edilməsi və
sair”. Ümumi şöbənin müdir müavini Hicran Məmmədova
vurğulayıb ki, şöbənin əsas vəzifələri
nazirliyə daxil olan, göndərilən və daxili sənədlərin
vaxtlı vaxtında baxılıb hesabat üçün rəhbərliyə
təqdim etmək, bütün sənədləri tərtib və
aidiyyəti üzrə göndərmək, işə tikmək,
yazışmanı səmərəli təşkil etmək,
daxil olan, göndərilən, daxili sənədlərin qəbulunun
qeydiyyatının, saxlanılmasını, aidiyyəti üzrə
çatdırılmasını, eləcə də daimi
qorunmasını düzgün təşkil etmək, Nazirlikdə,
eləcə də onun idarə və təşkilatlarında
kargüzarlıq işinin düzgün təşkilinə
metodiki rəhbərlik etmək, sənədlərin nazirliyin
tabeliyində olan digər təşkilat və müəssisələrə,
yuxarı təşkilatlara vaxtında, operativ
çatdırılmasını təşkil etməkdir:
“Şöbənin əsas fəaliyyəti nazirliyə daxil
olan müxtəlif sənədləri, ərizə və
şikayətləri araşdırmaq və aidiyyəti üzrə
nazirə, nazir müavinlərinə, şöbə müdirlərinə
operativ təqdim etmək, Təhsil Nazirliyinə daxil olan
bütün ərizə, şikayətlər xüsusi
proqramla kompüterə daxil edib, qeydiyyata almaq, nömrələmə,
hər bir ərizə üçün qeydiyyat-nəzarət
vərəqəsi çap etməkdir. Bütün sənədlər
rəhbərliyə çatdırılır, dərkənar
yazıldıqdan sonra aidiyyəti şöbələrə
paylamaq, şöbələr tərəfindən icra edildikdən
sonra sənədlər cavabla birlikdə yenidən Ümumi
şöbəyə daxil olur, cavablar müvafiq ünvanlara
göndərilir, bu barədə məlumat kompüterə
daxil edib, sənəd icradan çıxarmaqdır”. H.Məmmədova
vurğulayıb ki, 2010-cu il ərzində əməkdaşların
işinin səmərəli təşkili üçün
struktur bölmələr noutbuk, kompüter dəsti, printer,
skaner, İP telefon, surətçıxaran, faks aparatları ilə
təchiz edilmişdir. Nazirlikdə 194 ədəd kompüter
domein sisteminə qoşulub. 2010-cu ildə istifadəçilərə
34 ədəd personal kompüter, 7 ədəd Notbuk, 19 ədəd
printer, 8 ədəd faks aparatı, 8 ədəd İP telefon
verilib. Təhsil Nazirliyinin mərkəzi aparatı
üçün yeni mətbəə tipli surətçıxaran
maşın alınıb. İstilik qazanxanasının və
mərkəzləşmiş kondisioner sisteminin səmərəli
işləməsinə nəzarət olunub, inzibati binanın
3-cü mərtəbəsində yerləşən kollegiya
zalında olan kondisionerlər təmir olunub, bundan əlavə
15 ədəd yeni kondisioner alınıb
quraşdırılıb. Qarşıda duran vəzifələrdən
danışan H.Məmmədova deyib ki, şöbə tərəfindən
bu il “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində
karğüzarlığın aparılmasına dair Təlimat”ın,
“İcra intizamının möhkəmləndirilməsi və
icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi
tədbirləri haqqında” Fərmanın tələblərinə
ciddi əməl edilməsi və bu sahəyə nəzarətin
gücləndirilməsi, icraçıların məsuliyyətinin
artırılması, icra intizamının gücləndirilməsi
məqsədilə xidməti yoxlamaların keçirilməsi
barədə təkliflərin hazırlanması, nazirlikdə
və onun təşkilatlarında müraciətlərə “Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında” Qanununa uyğun baxılmasının təmin etilməsi,
vətəndaşların fərdi qaydada qəbulunun Qanunun tələblərinə
müvafiq təşkil edilməsi nəzərdə tutulub.
Daxil olan ərizə, şikayət, təkliflərin
vaxtında baxılmasına və icrasına nail olunması,
nazirliyin tabeliyindəki müəssisələrin ümumi
şöbə müdirləri, kargüzarlığa məsul
olan şəxslər üçün seminarların
keçirilməsi, vətəndaşların müraciətlərinə
baxılması işinin qanunvericiliyə uyğun
aparılması ilə bağlı yerlərdə monitorinqlərin
aparılması, nəticələrin müzakirəyə
hazırlanması:
“Həmçinin vətədandaşların
qəbulu, onların müraciətlərinə vaxtında,
obyektiv baxılması ilə əlaqədar tədbirlərin
həyata keçirilməsi, icraya nəzarət mexanizminin təkmilləşdirilməsi,
keyfiyyətli, operativ nəzarətin həyata keçirilməsinə
imkan verən mərkəzləşdirilmiş elektron
informasiya sisteminin yaradılması, fərman, sərəncamların
icra vəziyyətinin vaxtaşırı araşdırılması,
nəticəsi barədə rəhbərliyə məlumat
verilməsi, nazirliyin mərkəzi aparatına daxil olan ərizə,
məktub, şikayətlərin mövcud qanunvericiliyə
müvafiq olaraq qəbul edilməsi, uçotunun
aparılması, vaxtında rəhbərliyə və sonradan
icraçılara çatdırılması prosesinin yüksək
səviyyədə təşkil edilməsi”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 18 yanvar.- S.5.