Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib

 

 Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə “Pen-Klub”un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək “Pen-Klub”un prezidenti vəzifəsindən azad olunmasını istəyib. Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər “Pen-Klub”un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 19 yanvar.- S.7.