Əli Həsənlinin
“Çağ” nəsr
kitabı işıq üzü görüb
Bu günlərdə yazıçı- publisist
Əli Həsənlinin
“Çağ” adlı
hekayələr toplusu
işıq üzü
görüb. Kitaba yazıçının
“Səs-yol yoldaşı”,
“Qayıq”, “Tale bələdçisi”, “Ağ
yol”, “Aşıq”, “Xof”, “Talenin oyunu”, “Doğmaların yadlığı”, “Ocaq”,
“İnsan qoruğu”, “Əbədi yurd yeri”, “Sovxa adam”,
Şeytan təpəcikləri”,
“Oğul”, “Dar ayaqda” hekayələri və “Nəslin qiyamı”, “Tutqu” povestləri daxil edilib. Kitaba daxil edilən hekayələrdə baş
verən hadisələr
real həyatla yaxından səsləşir.
Topluda yer alan maraqlı hekayələrdən biri
“Tale bələdçisi”
hekayəsidir. Hekayədə
vaqon bələdçisinin
milliyyətcə yəhudi
olan sərnişinlə
başına gələn
əhvalat əks olunub. Yəhudi sərnişin ilk baxışdan bələdçiyə
yalançı, fırıldaq
bir insan təsiri bağışlasa
da onu yarıyolda
qoymağa ürəyi
gəlmir və öz yanında biletsiz sərnişinə
yer verir. Ancaq yol boyu
sərnişinin qəribə
davranışları, söhbətləri
bu insan haqqında onun beynində sual işarələri yaradır.
Bakı vağzalında
sərnişin bələdçinin
yaxşılığının əvəzi olaraq onu evinə qonaq aparmaq üçün
təkid edir. Bələdçi nə qədər etiraz etsə də sərnişin israrlarında
davam edir. Nəhayət bələdçi
məcburiyyət qarşısında
qalıb onunla getməyə razı olur. Ancaq içini
dəhşətli bir
qorxu bürüyür.
Mənzil başına
yetişənə qədər
düşünür ki,
bu adam onu
belə israrla aparmaqda yaxşı niyyətdə deyil. Sonra cərəyan edən hadisələr göstərir ki, yəhudi heç də onun düşündüyü
qədər pis niyyətli insan deyil. Digər maraqlı hekayə isə “Ağ yol” hekayəsidir ki, burada kənd
camaatının Ağbaş
kişi adlandırdığı,
yaşlı və özünə qapalı bir kəndlinin camaat üçün müammalı qalan ölümündən bəhs
edilir. Hər gün səhər
tezdən və gün batandan sonra insan adı
ilə çağırdığı
inəyini kənddən
xeyli kənar olan otlaqlarda otarmağa apran bu Ağbaş kişi bir gecə
gölün üstündə
gördüyü qeyri-adi
bir varlığın
saçdığı işıqdan
vahimələnir. Onun
Sadoy adlı inəyi hürkərək
bataqlığa tərəf
qaçır və inəyin boynuna bağlı olan kabel qırığının
bir ucu da
kişinin qoluna bağlı olduğu üçün onu da özü ilə bataqlığa dartır. Ağbaş kişinin gördüyü
həmin qəribə
məxluq institutda oxuduğu vaxtlarda taleyin, elə hamının acığına
ailə qurmaq istədiyi, ancaq cəsarəti çatmadığından
sevdaları baş tutmayan iki ayağı
şikəst olan həmin qızın ruhu idi və
sanki heç bir söz deməsə
belə səssizliyi
ilə onunla məşhər ayağına
çəkirdi. Ağbaş
kişi həmin möcüzənin təsirindən
huşunu itirib inəyi ilə birlikdə bataqlığın
dərinliyinə gömülür.
“Aşıq” hekayəsində
isə müəllif el-obasından didərgin düşmüş bir aşığın ürək
ağrıdan taleyini və üzləşdiyi vəziyyətləri qələmə
alıb. Müəllifin
povestlərində təsəvvür
olunan hadisələr də xüsusi maraq doğurur.
GÜNEL
525-ci qəzet.-
2011.- 20 yanvar.- S.7.