Nərminə məktub

 

19-dan 20-nə keçən gecədir... bilmirəm saat neçədir, amma çox gecdir... hava elə soyuqdur ki, əsl qar havasıdır. Üşüyürəm... fikirlərim qırılmış zəncir halqalarına bənzəyir. Nizamsız şəkildə ətrafa səpələnib. Hər şey haqqında düşünürəm. Məsələn, indi 21 il bundan öncə 20 Yanvar günü tankın üstünə gedən gənc oğlanın qorxu qarışıq cəsarətini, məntiqə sığmayan müharibələri, üşüyən qəbirləri, gecələr qarnını qucaqlayıb karton üstündə küçələrdə gecələyən uşaqları fikirləşirəm... Əlim heç nəyə çatmır. Üsyan hissim közə dönmüş ocağı xatırladır. Çox üşüyürəm. Kədər sindromu heç bitib-tükənmək bilmir ... Bəlkə sən demiş, şair kimi yaşamaq, insan kimi yaşamaqdan daha çətindir...

Ötən həftəQırmızının təqdimatında sənin gözlərindəki sevinc məni elə sevindirmişdi ki... Sən ürəkdən güləndə elə sevinirəm ki... Amma, bağışla, tədbir yazıları məni tükəndirir, həm bir az quru təəssürat yaradır. Bu səbəbdən sənə demək istədiklərimi məktubda yazıram. Səni ilk tanıdığım günə qayıtmaq istəyirəm. Əvvəllər tez-tezMədəniyyətqəzetinin redaksiyasına gələrdin. O zamanlar səndən qıcıqlanıb ürəyimdə hələ biremolara bənzər saçına lağ da edərdim. Sonra bir gün facebook sosial şəbəkəsində (Allah Zuckenberg qardaşdan razı olsun) səninlə dost olduq o vaxtdan səni daha yaxından tanımağa başladım. Bir gün mənə yazıların olan blog ünvanını göndərmişdin. Mən adətim üzrəƏlbəttə. Mütləq oxuyaramdeyib söz vermişdim. Bağışla ki, o blogun rəngi-ruhundan hələ xəbərim yox.

Yaşda məndən kiçik olduğun üçün əvvəllərbalaca bacım yaşda olan uşaq yazacağeeedeyər sənin məni facebookda işarələdiyin yazılara vaxt ayırmazdım. Lakin bir dəfəKor inəyin məhəbbətihekayənə Rəşad Məcidin şərhini gördüm düşündüm ki, Rəşad müəllim mənasız yazıya şərh yazmaz. Hekayəni oxuyandan sonrabunu 17 yaşlı uşaqmı yazıbdeyə təəccübləndim . O gündən sənin daimi oxucuna çevrilmişəm. Doğrusunu desəm, səndə olan potensiallıq məni həmişə heyrətləndirib: “Axı bu qız bu qədər enerjini haradan alır?” sualı daima məni düşündürür. Sənin daxilində kök salmış kədərin rışaları mənim ürəyimdədir.

 

Gözünü bağla, dostum

Yum gözünü,

Ağlama...”

 

Yadındadır, bir dəfə İçəri Şəhərdə görüşəcəkdik. Həmişəki kimi alınmadı. Sən bir əlində şarlar, bir əlində m&m’s dar dalanlarda təkcə gəzmişdin. m&m’s-dən yeyib şarlarla oynayıb oturmuşdun soyuq daşın üstündə. Daşın soyuğundan çox insanların laqeydliyi üşütmüşdü səni... ürəyində hayqırmışdın... Səsin uşaqlığına qədər gedib çatmışdı. Sonra yenidən özünə qayıdıb ağlamışdın.... Ağlamışdım... Həmin günü söyüb lənətləmişdim bütün kişiləri şairləri.

Bağışla, Nərmin. Mən sevdiyim insanlara deyiləcək olan ürək sözlərimi vərəqlərdə ifadə edə bilmirəm. Çətinlik çəkirəm. Bu mənim istedadsızlığımdan irəli gəlmir... Sadəcə bacarmıram... Bəlkə buna görə ətrafımda insanlar seyrəkdir... Sənə ilk dəfə şeir həsr edirəm:

 

inan, dostum,

gözlədiyim o qar

mütləq yağacaq.

Peyğəmbərin ürəyindəki

Qara nöqtəni

Yuyan tək

Yuyacaq insanların ürəyini...

Bir gün hamı

Peyğəmbər olacaq...

... anlayacaqsan ki,

Mən kafir deyiləm...

 

 

Yeganə CANSAİL

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.27.