Səməd Seyidov Misirin Azərbaycandakı
səfiri ilə
görüşüb
Bu gün Azərbaycan
Dillər Universitetinin (ADU)-nun rektoru, millət vəkili,
professor Səməd Seyidov Misir Ərəb
Respublikasının ölkəmizdəki səfiri, cənab
Sabir Əbdülqadir Mənsuru qəbul edib.
Universitetin mətbuat
xidmətindən “Qafqazinfo”ya verilən xəbərə
görə, görüşdə S.Seyidov yeni tədris ilindən
10 azərbaycanlı tələbənin ADU-da ərəbşünaslıq
ixtisası üzrə təhsil alacağını diqqətə
çatdıraraq ərəbşünaslıq
ixtisasının 2011-2012-ci dərs ilindən tədris
olmasını məqsədəuyğun hesab etdiyini bildirib.
Səfir də öz
növbəsində ərəb dili, mədəniyyətinin
tanıdılması üçün məşhur alimlərin
əsərlərinin Azərbaycan dilinə tərcüməsi
və bu sahədə aparılan işlərin vacibliyindən
danışaraq bildirib ki, ikitərəfli münasibətlərin
inkişafında elm və təhsil sahəsində əməkdaşlığın
xüsusi rol oynayır .Bu baxımdan tərəflər Ərəb
mərkəzinin müxtəlif lazımi elmi-metodik materiallarla
təmin edilməsi, Misirdən müəllimlərin, mütəxəssislərin
dəvəti məsələlərini də ediblər.
Qarayeva Sevinc
525-ci qəzet.-
2011.- 22 yanvar.- S.2.