Hərə özü haqqında...

 

Mən Kitabam

 

Mənim adımQırmızı. Müəllifim gənc yazar Nərmin Hüseynzadə, redaktorum fəlsəfə doktoru Yaqut Bahadurqızıdır. Mən Nərminin ilk kitabıyam. Ona görə özümü çox xoşbəxt sayıram. İlk kitab olmaq hər kitaba nəsib olmur. Bilirəm ki, ilk olduğuma görə Nərmin məni heç vaxt unutmayacaq bütün kitablarından ayıracaq. Mən bacardığım qədər Nərminə oxşamağa can atmışam. İçimdəki hekayələrlə, şeirlərlə, esselərlə onu yamsılamağa çalışmışam. Buna qədər nail olmuşam ya ola bilmişəmmi siz məni oxuyandan sonra qərar verəcəksiniz. Bircə rənglərimiz fərqlidi; o qaradı, mənsə qırmızı. Ancaq mən utandığımdan qıpqırmızı qızarmamışam. Qıpqırmızı olmuşam ki, Nərmin mənə baxanda, məni görəndə özünün sevdiyi qırmızı xatirələrə, bütün təqvimlərdə qırmızıya boyanan bayram istirahət günlərinə qayıdıb tənbəl-tənbəl, mışıl-mışıl, rahat-rahat uyusun. Yaxşısı budu özü haqda onun özü məlumat versin, mənsə bir qədər özümü tanıdım. Deməli mən bu ilin yanvar ayında dünyaya gəlmişəm.Oğlaq bürcündənəm. 124 səhifədən ibarətəm. Bu 124 səhifədə 21 hekayə, 10 şeir, 7 esse b.e.ə 4-cü-5-ci əsrlərdə yaşamış dahilərlə yanaşı çağdaş ədəbiyyatımızın önəmli söz ustaları Səlim Babullaoğlu, Salam Sarvan, Fəxri Uğurluyla müsahibələr yer alıb.

 

Mən Hekayəyəm

 

Məni çoxdan tanıyırsınız. Bildiyiniz kimi, mən həyatın balaca bir parçası, kiçik bir hissəsiyəm. Mənim dünyam roman qədər geniş olmasa da, öz balaca dünyama böyük dünyalar sığışa bilər. Məncə Nərmin indiyə qədərki dünyasını mənə sığdırmağı bacarıb. Qədim zamanlarda nənələr, babalar məni öz nəvələrinə danışardılar. Əvvəllər mən şifahi formada olsam da sonralar ədəbiyyat nəzəriyyətçilərinin diqqətindən yayınmamış, yazılı ədəbiyyata qədəm qoymuşam. Az getmişəm, uz getmişəm, dərə, təpə, düz getmişəm, nəhayət gəlib Nərmin Hüseyinzadənin kitabına düşmüşəm. Məni bu kitabda daha çox keçmiş yaşantıları, xatirələri danışan, köhnə günləri yad eləyən formada görəcəksiniz. Hansı formada olsam da, nəyi danışsam da öz səmimiliyimi heç bir yerdə itirməmişəm. Peşəkarlıq baxımından çatışmazlıqlarım ola bilər ancaq xahiş edirəm nəzərə alın ki, mən Nərminin ilk kitabının hekayəsiyəm. Hələ mənim söz dağarcığım artacaq, cümlələrim yonulacaq, təhkiyəm, axıcı rəvan, mövzularım böyük geniş olacaq.

 

Mən Şeirəm

 

Məni əla tanıdığınızdan əminəm. Yenə kiçik bir xatırlatmaya ehtiyac duyuram. Hekayədən fərqli olaraq mən anın bir parçasıyam, daha doğrusu bir anlıq hissəm. Yaranma tarixim o qədər qədimdi ki, bilmirəm hansı tarixi göstərim. Belə deyək , mən təxminən dünyayla yaşıdam. Dünyanın, ilk insanların yaranmasıyla mən yaranmış o gündən ürəklərdə taxt qurmuşam. Qısacası uzun bir yoldan gəlirəm. Yorulub dincimi almaq istəyirdim ki, Nərminin kitabını gördüm ora sığındım. Düzdü, o məni istədiyi hər kökə saldı; bəzən misramı cümlə elədi, bəzən yersiz sözlər işlətdi, qafiyə üzünə həsrət qoydu. Ancaq sağ olsun ki, qonaqpərvərlik eləyib kitabının səhifələrini üzümə taybatay açdı. Bundan istifadə eləyib kitabda Nərminin özü kimi sərbəst gəzməyə başladım. Sərbəst şeir oldum. Onun bu yaxşılığını unutmadım. Əvəzində Nərminə isə verməliydim. Mən öz növbəmdə onun duyğularını, hisslərini, xəyallarını, ümidlərini, arzularını ifadə etməkdə kömək oldum. Bir şeir kimi onu deyə bilərəm ki, o məni ustalıqla yazmasa da hekayələri kimi səmimi, öz içindən gəldiyi kimi, lirik notlarla qələmə alıb.

 

Mən Esseyəm

 

Məni tanımayan yoxdu. Mən orta əsrlərdən yazılmağa başlamışam. Deyilənə görə, banim Mişel Montendi. Elmi-bədii duyğu düşüncələrə yer verilən yazıyam. Əşşi day hər yerindən duran məni yaza bilir. var e esse yazmağa? Düz demirəm? Bilmək istəyirsiz niyə belə əsəbiyəm? Belə şey olar? Nərmin məni hamıdan əvvəl yazıb. Mən onu hekayədən , şeirdən lap əvvəl tanımışam. O məni gizli-gizli yazanda mən onun sirrini heç kimə, hətta anasına belə açmamışam. Amma gördünüz , məni kitaba hekayədən , şeirdən sonra daxil eləyib. Adam yanmasın neyləsin? Daha doğrusu esse yanmasın neyləsin? Eh isə...Nərmindi . İlk kitabı olduğuna görə onu bu səfər bağışlayıram. Axı o mənim köhnə dostumdu.

 

Mən Nərminəm

 

Mənim adım Nərmindi, Nərmin Hüseynzadə. 1992-ci ildə Kürdəmirdə anadan olmuşam. Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili ədəbiyyat fakültəsi qiyabi şöbəsinin 2-ci kursunda, Bakı Slavyan Universitetinin Ədəbi yaradıcılıq fakültəsinin 1-ci kursunda təhsil alıram. AMEA Folklor İnstitutunda çalışıram. Publisistik məqalə, esse hekayələrlə müntəzəm olaraq dövrü mətbuatda çıxış edirəm. Mədəniyyət Turizm Nazirliyinin Fəxri Diplomuna layiq görülmüşəm. “Qırmızımənim ilk kitabımdır. Lap uşaqlıqdan, balacaNəmiş vaxtlarımdan yazmağa başlamışam. Yazmaqdan ötrü ürəyim gedir. Yazıram, yazıram bir baxıram, biy, sən demə, məndən yoxuymuş. Sən demə, mən elə yazmaq üçün doğulubmuşam. Sən demə, bir kitab yazmışam, xəbərim yoxmuş. Zarafat eləyirəm, incimirsiz ki? Belə danışdığıma baxmayın. Əslində çox sadə səmimi qızam. Kitabımı oxusanız, mənə haqq qazandırarsınız.

 

Mən Elvinəm

 

Mənim adım Elvindi, Elvin Bakiroğlu. Bir şeir kitabım çıxıb. Adıİki Ürəkli Adam” olan bu kitabdan danışmağın heç yeridi? Mən Nərminin kitabından danışmalıyam, axı. Tamam yadımdan çıxıb. Baş qoyublar ki, bunlar məndə? Bayaqdan oturub gözləyirəm ki, növbə vaxt gəlib mənə çatacaq. Ay başınıza dönüm, kitabdı, hekayədi, şeirdi, essedi, Nərmindihamısı atıb özünü ortaya, özündən danışır. Mən yalan olmuşam, bunlar gerçək. Bu yazını mən yazıram axı. Qoymurlar ki, bir-iki kəlmə mən deyim, dostumun kitabına münasibətimi bildirim, pahoo... isə, öükür ki, mənə növbə çatdı. Nərmini təbrik eləyirəm. Yazsın, möhkəm olsun. Biz həmişə onun yanındayıq. Arzu eləyirəm ki, onun həyatında qırmızı günlərin sayı o qədər çox olsun ki, artıq bu qırmızı günləri işarələməyə ehtiyac qalmasın. Ömrü başdan sona qırmızı olsun. Bir onu deyim ki, məndəli qırmızı sevərifadəsiylə qəti razılaşmıram. Axı Nərminin bir vaxtlar karateylə məşğul olduğunu çox yaxşı bilirəmsə, dəliyəm, elə bir fikirlə razılaşam?...

 

 

Elvin BAKİROĞLU

 

525-ci qəzet.- 2011.- 26 yanvar.- S.7.