Göyçək FatmaGənc Tamaşaçılar Teatrının səhnəsində

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin ilk premyerasının hazırlıq işlərini başa çatdırmaq üzrədir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr bu dəfə kiçik yaşlı tamaşaçılarına Azərbaycan xalq nağılı “Göyçək Fatma”nı təqdim edəcək. İki hissəli sehrli nağıl janrında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur. Rolları əməkdar artistlər Seyidşah Məmmədov, Nübar Novruzova, Kubra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev, Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və başqaları ifa edirlər. Tamaşanın premyerası fevralın 6-da gerçəkləşəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 26 yanvar.- S.7.