Mirzə Fətəliyə
həsr olunan Xalq
Teatrları Festivalı başlayıb
Ötən gün M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalına start verilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən Festivalda İdarənin nəzdində fəaliyyət göstərən 16 Mədəniyyət evi Xalq teatrlarının M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış tamaşaları təqdim olunacaq. Festival aprel ayının 10-dək davam edəcək. Dünən festivalda İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ə.Ələkbərov adına Xalq teatrı – “Hekayəti-xırsi-quldurbasan” (I və II məclis), Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı- “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (II məclis), Ə.Paşayev adına Mədəniyyət evinin dram dərnəyi – “Hekayəti-xırsi-quldurbasan” (I məclis) , Nizami rayon Mədəniyyət Mərkəzinin M.Müşfiq adına Xalq teatrı – “Hekayəti-xırsi-quldurbasan”, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı – “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşalarını təqdim edib. Hər tamaşa göstərildikdən sonra münsiflər heyətinin üzvləri ayrı-ayrılıqda tamaşa haqqında fikirlərini və tənqidlərini bildiriblər.
525-ci qəzet.-
2012.- 4 aprel.- S.7.