Ağacəfər Həsənlinin
“Ağac kitabxanalar”ı
Yazıya, şərti də
olsa, hansısa bir ad verə bilərdim. Amma bu yazıya Ağacəfər
Həsənlinin kitabına
verdiyi addan –”Ağac kitabxanalar”dan gözəl bir başlıq tapmadım, odur ki, müəlliflə
kitabın adını
qoşalaşdırdım sərlövhədə.
Özünə və qələminə
böyük rəğbətim
olan bu müəllifin
kitabında, adından
tutmuş tərtibatınadək,
hər bircəhət
xoşuma gəldi. Həyata, dünyaya xüsusi yanaşma və maraqlı deyim tərzi məni bir oxucu kimi
qeybət, giley-güzar
ədəbiyyatından uzaqlaşdırdı.
Şairin ağac, yarpaq,
çiçək, daş,
qaya dilindən söylədikləri insanda
aqressiya yox, düşüncə içində
qəribə, xoş bir ovqat yaradır.
Bu da ondan
irəli gəlir ki, müəllifin daxili təbiəti əsrarəngiz təbiətlə
çuğlaşır və
söylədiyi kimi özünəməxsus şeirlər
meydana gəlir.
Misraların uyutduğu
Qəribəm – özüməməxsus.
Hecaların soyutduğu,
Qəlibəm – özüməməxsus.
Demə ağac
da bir kitabxana
imiş, yarpaqları kitablar
...Qızılı, gümüşü, sarı
kitablar,
cildinə qırış düşmüş,
Qocalmış qarı- kitablar
Təkrar-təkrar keçir çap
maşınından.
Elə bilirdim, təkcə
mən kitabxanadan yazmışam. Sonra gördüm
yox, kitabxanaya vurğun şairlərin sayı çoxmuş.
Ağacəfər Həsənlinin sevgisi
isə lap qədim, həm də çox təbii imiş.
... “İndi
həsrət açıb
xatirə gülü”
misrası mənə
xüsusi bir zövq bağışladı.
Əslində xatirə sözündə
bir kədər var. Amma o xatirə yazarın təmiz könlündən süzülüb
qələmində çiçək
açanda oxucunun da qəlbində qəribə bir sevinc qığılcımı
yaranır. A.Həsənlinin bu cür yadda
qalan, maraqlı misraları olduqca çoxdur. “İşıq
dırmaşmışdı sənin üzünə”,
“Dəmyə torpağıdı
üzümün əti”,
“Sənin gülüşünü
oğurlayarlar”, “Çinarlar
hamısı Uzun Həsəndi”, “Ağbəniz
mürgülü səhər”
və.s...
...Çılpaq qaya kimi susub,
dururam
Beçə kəklik kimi söz uydururam.
A.Həsənlinin şeirlərində oxucunun əxz edəcəyi çox mətləblər var.
Hər gün
ömrümün sonudu,
Hər gün
ömrün əvvəlidi
– söyləyən
müəllif bu qarmaqarışıq dünyamızda
hər kəsin bir qonaq olduğunu
bir daha yada salır. Amma bununla belə
hər günü təzə, yəni xeyirli bir iş
görməyə həsr
eləmək, heç
olmasa ağac, qaya, dəniz kimi faydalı olmağı arzulayır özünə və oxucusuna...
Dünya –Yaradanın
tam sığortası,
Yarı qaranlıqdı, yarı
işıqdı.
Bilinməz haradır
göyün ortası-
Şimşəyi, buludu, qarı işıqdı.
Sözün düzü, oxucu
kimi mənə nə qədər kədərli olsa belə, şeirin içindən boylanan zəif bir işıq
daha çox doğmadı. Müəllimim olmuş gözəl yazıçımız rəhmətlik
Əlibala Hacızadənin
bir sözü yadıma düşdü.
“Bizi saxlayan elə o qəlbimizdəki
işıqdı”, – söyləmişdi . Ağacəfər müəllim özü
işıqlı, xeyirxah
insandı.
Vətən – sevgimizdən bir boy da uca,
Silsilə dağları tutub
uc-uca.
Dadı baldan
şirin, adı quruca,
İgidi dağ boyda Vətən üşüməz.
Onun hər qarışını
sevə-sevə vəsf
elədiyi doğma Yurda münasibəti də təmənnasızdı. Elə ona görə
də
Ovcumda yemişan
tər çiçək
açıb,
Mən yurda
çəkmişəm,
yurd mənə çəkib
– söyləyir.
...Uçurdardım bütün divarları,
beton divarları...
hər kəs keçə bilsin,
hər kəs aça bilsin,
hər quş səkə bilsin.
Şairin bu gözəl bəndi ilə bitirirəm yazını. Bilirəm ki, Ağacəfər müəllim şeirlərində
olduğu kimi xaraktercə də konkret adamdır. Odur ki, uzun-uzadı yazmaqdan əl götürüb ona çiçək topalarının
üzündəki gün
işığı və
aydınlıq kimi könlündə xoş ovqat yaradan uğurlar
arzulayıram.
Qeyd edim
ki, Ağacəfər
Həsənlinin “Ağac
kitabxanalar” adlı şeirlər kitabı ötən il
“Təhsil” nəşriyyatında
çapdan çıxıb.
Kitabın redaktoru yazıçı
Mustafa Çəmənlidir.
Mina RƏŞİD
525-ci qəzet.- 2012.- 5 aprel.- S.7.